Məhkəmə qərarları › İş №e-2(076)-1369/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1369/2025

29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1369/2025 29.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir ədəd divan, kreslosu ilə birlikdə, bir ədəd stol, altı ədəd stulu ilə birlikdə, bir yataq dəsti mebeli, bir ədəd servant, iki ədəd xalça, üç ədəd yorğan, dörd ədəd balınc, altı ədəd döşəkçə, bir ədəd iki nəfərlik döşək, bir ədəd çılçıraq, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd pərdə qarnizi, bir ədəd künc güldanı, iki ədəd meyvə qabı, iki ədəd şirniyyat qabı, iki ədəd vedrə, beş ədəd sini, bir dəst yemək üçün servis, bir rumka dəsti, bir ədəd bagema, bir qaşıq dəsti, bir ədəd tək döşəyin ona məxsus olan, Şəmkir rayonunun Tatarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına, 60 manat mediasiya xərcinin, 40 manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiası üzrə Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu X6 ilə əvvəllər mehriban yaşasa da, sonradan aralarında narazılıqlar baş verdiyindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-702/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahlarını pozmuşdular. Cavabdeh onun evinə gəlin köçmüş və oğlu ilə ayrılana qədər onun evində yaşamışdır. Cavabdeh onun evinə gəlin köçərkən bir ədəd divan, kreslosu ilə birlikdə, bir ədəd stol, altı ədəd stulu ilə birlikdə, bir yataq dəsti mebeli, bir ədəd servant, iki ədəd xalça, üç ədəd yorğan, dörd ədəd balınc, altı ədəd döşəkçə, bir ədəd iki nəfərlik döşək, bir ədəd çılçıraq, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd pərdə qarnizi, bir ədəd künc güldanı, iki ədəd meyvə qabı, iki ədəd şirniyyat qabı, iki ədəd vedrə, beş ədəd sini, bir dəst yemək üçün servis, bir rumka dəsti, bir ədəd bagema, bir qaşıq dəsti, bir ədəd tək döşək ibarət cehiz əşyalarını özü ilə gətirmişdir. Cavabdeh oğlundan ayrıldığından artıq ailənin bir üzvü sayılmır. Bu səbəbdən də o hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, cavabdeh ona məxsus evdə olan, bir ədəd divan, kreslosu ilə birlikdə, bir ədəd stol, altı ədəd stulu ilə birlikdə, bir yataq dəsti mebeli, bir ədəd servant, iki ədəd xalça, üç ədəd yorğan, dörd ədəd balınc, altı ədəd döşəkçə, bir ədəd iki nəfərlik döşək, bir ədəd çılçıraq, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd pərdə qarnizi, bir ədəd künc güldanı, iki ədəd meyvə qabı, iki ədəd şirniyyat qabı, iki ədəd vedrə, beş ədəd sini, bir dəst yemək üçün servis, bir rumka dəsti, bir ədəd bagema, bir qaşıq dəsti, bir ədəd tək döşək olan cehiz əşyalarını onun evindən çıxarsın. Hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan evdə qalması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən o cavabdehdən dəfələrlə əşyalarını ona mülkiyyət hüququ ilə məxsus olan evdən çıxarmasını xahiş etmişdir. Lakin o, könüllü olaraq onun evindən cehiz əşyalarını çıxarmaqdan imtina edir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, ifadəsində bildirdi ki, İddiaçı keçmiş qaynatasıdır. İddiaçının oğlu Bəylər Əliyevlə o 2012-ci ildə evlənmişlər. Ona hədiyyə olunan cehizləri iddiaçıya məxsus evə köçürülmüşdür. Evləndikdən sonra həmin evdə yaşamışlar. xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Cehizlərin çıxarılması barədə qətnamə çıxarılmasına etiraz etmir. Birgə nikahdan doğulmuş uşağın saxlanılmasında çətinlik çəkdiyini və buna görə məhkəmə xərcləri barəsində tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə sənədləri araşdıraraq habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planının və ölçüsünün notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Tatarlı kəndində 1202.74 kv.m həyətyanı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 25 sentyabr tarixli 55 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-702/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 05 noyabr 2012-ci ildə Şəmkir Rayonu Tatarlı Kənd İcra Nümayəndəliyi tərəfindən 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması və birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 01238-2024 saylı mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı cehiz əşyalarının çıxarılması tələbinə bağlı xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (atlmış) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X6 ilə Cavabdeh 2012-ci ildə faktiki ailə qurduqdan sonra, cavabdeh Şəmkir rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyaları da həmin evə yerləşdirmişdir. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Turan adlı uşağı doğulmuşdur. X7 Əliyeva aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Cavabdeh iddiaçıya məxsus evi tərk edərək başqa ünvana köçmüş və özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarmamışdır. Hazırda Cavabdeh mübahisəli evdə yaşamasa da, özünə məxsus cehiz əşyaları həmin evdədir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. İş materialları ilə müəyyən olunduğu kimi cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evi onun həmin evə real olaraq gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə məxsus əmlakın başqasının mülkiyyətində olan evdə saxlanılması və çıxarmaqdan imtina etməsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda əmlakın evdə yerləşməsi həm həmin əmlakın itməsi, zədələnməsi və ya korlanmasına görə məsuliyyət baxımından, həm də mülkiyyətçinin əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Belə ki, «Akimova Azərbaycana qarşı» iş üzrə xx.xx.2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X8 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real movcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X3 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X8 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cehiz əşyalarının çıxarılması tələb olunan evə iddiaçının mülkiyyətində olan əmlak kimi baxılmalı və cavabdehin mübahisəli evdən cehiz əşyalarını çıxarmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırma kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh məxsus bir ədəd divan, kreslosu ilə birlikdə, bir ədəd stol, altı ədəd stulu ilə birlikdə, bir yataq dəsti mebeli, bir ədəd servant, iki ədəd xalça, üç ədəd yorğan, dörd ədəd balınc, altı ədəd döşəkçə, bir ədəd iki nəfərlik döşək, bir ədəd çılçıraq, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd pərdə qarnizi, bir ədəd künc güldanı, iki ədəd meyvə qabı, iki ədəd şirniyyat qabı, iki ədəd vedrə, beş ədəd sini, bir dəst yemək üçün servis, bir rumka dəsti, bir ədəd bagema, bir qaşıq dəsti, bir ədəd tək döşəkdən ibarət cehiz əşyalarının İddiaçı məxsus Şəmkir rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə, həmçinin iddianın "500 manat vəkil xidmət haqqının cavabdehdən alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 76 nömrəli xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 30 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məxsus bir ədəd divan, kreslosu ilə birlikdə, bir ədəd stol, altı ədəd stulu ilə birlikdə, bir yataq dəsti mebeli, bir ədəd servant, iki ədəd xalça, üç ədəd yorğan, dörd ədəd balınc, altı ədəd döşəkçə, bir ədəd iki nəfərlik döşək, bir ədəd çılçıraq, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd pərdə qarnizi, bir ədəd künc güldanı, iki ədəd meyvə qabı, iki ədəd şirniyyat qabı, iki ədəd vedrə, beş ədəd sini, bir dəst yemək üçün servis, bir rumka dəsti, bir ədəd bagema, bir qaşıq dəsti, bir ədəd tək döşəkdən ibarət cehiz əşyaları İddiaçı məxsus Şəmkir rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat və mediasiya xərcinin əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar