Məhkəmə qərarları › İş №e-2(076)-1382/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1382/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1382/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul formasında aliment” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə 08 mart 2012-ci il təvəllüdlü Gülay, 25 iyul 2013-cü il təvəllüdlü İsmixan adlı uşaqların saxlanması üçün hər ay, hər bir uşağa 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasına, 50 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqın cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə faktiki ailə qurmuşlar. Nikahları xx.xx.2009-cu ildə rəsmi qeydə alınıb. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri əvvəllər normal olmuş və sonradan pozulmuşdur. Bu səbəbdən 2019-cu ilin əvvəllərindən cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Aralarında olan nikah 2021-ci ildə rəsmi qaydada pozulub. Nikah pozulanda birgə nikahdan doğulmuş uşaqları Gülay və İsmixan onun himayəsində saxlanılıb. Gülmirə isə cavabdehin himayəsində saxlanılıb. Uşaqlar onun himayəsində yaşadığı müddətdə cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir. Halbu ki, o, fərdi əməklə məşğuldur. Maddi imkanları çox yaxşıdır. Eyni zamanda oğlu İsmixan anadagəlmə xəstədir. Mütəmadi olaraq müalicə alır və fizioterapiya qəbul edir. İstəyir ki, cavabdeh hər ay hər bir uşağın saxlanması üçün 250 (iki yüz əlli) manat sabit pul formasında aliment ödəsin. O cavabdehə mediasiya təklifi göndərdi, uşağa maddi yardım göstərməsini xahiş etmişdir. Lakin cavabdeh könüllü olaraq uşağa maddi yardım göstərməkdən imtina etdi. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işə mahiyyəti üzrə baxılmağa başlanana kimi ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla 06 sentyabr 2009-cu il tarixdə faktiki ailə qurmaqla nikahı 24 noyabr 2009-cu il tarixdə Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəlikdə rəsmi qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Gülmirə, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqlar doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(076)- 2628/2021 saylı qətnaməsinə əsasən nikah pozulmuş, Gülmirə adlı uşaq onun yanında, Gülay və İsmixan adlı uşaqlar cavabdehin yanında qalması müəyyən edilmişdir. Ayrıldığı vaxtdan qızı Gülmirə onun himayəsində yaşayır, məktəblidir, onun hazırlıq kurslarına çoxlu maddi vəsait tələb olunur, o maddi cəhətdən çətinlik çəkir, heç bir yerdə işləmir, cavabdeh onun maddi vəziyyətini bildiyi halda, ona qarşı aliment tələbi irəli sürdüyünə görə, cavabdehində ona aliment ödəməsini istəyir. Cavabdeh Rusiya Federasiyasında yaşayır və işləyir, alverlə məşğuldur, maddi vəziyyəti çox yaxşıdır. Həmçinin oğlu İsmixan İİİ qrup əlilliyə görə DSMF-dan 250 (iki yüz əlli) pensiya alır, cavabdeh isə ona görə 100 manat baxım haqqı alır. Belə olan halda hesab edir ki, cavabdehlə birgə yaşadığı dövrdə anadan olmuş qızı Gülmirə yetkinlik yaşına çatanadək cavabdeh ona köməklik göstərməlidir. Cavabdehin işi rəsmi olmadığına görə alimentin sabit pul məbləğində tutulmasını istəyir. Ona görədə, cavabdeh İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü Gülmirə adlı qızı yetkinlik yaşına çatanadək hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçıla faktiki evlənməklə nikahlarını 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Gülmirə, xx.xx.2012-ci il təvəllüdlü Gülay və xx.xx.2013-cü il təvəllüdlü İsmixan adlı uşaqları olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Gülay və İsmixan adlı uşaqlar ataları İddiaçı və Gülmirə adlı uşaq isə onun yanında qalmışdır. Nikahları pozulan zaman qarşılıqlı olaraq aliment istəməmək şərti ilə nikahları pozulmuşdur. İsmixan adlı uşağı üçüncü dərəcəli əlildir. İddiaçı İsmixanın əlilliyi ilə əlaqədar 250 manat pensiya və onun saxlanılması üçün 100 manat pul alır. İddiaçı ticarətlə məşğul olur və onun maddi vəziyyəti yaxşıdır. Onun heç bir yerdə işləməməsi və onun yanında qalan uşağın təhsil xərclərinin çox olmasını nəzərə alaraq ilkin iddianının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ilk iddia və qarşlıqlı iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 5695 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və X2 nikahı Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 238 nömrəli akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə “Dəmirov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 571053 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 4253 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2010-cu ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 4253 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2012-ci ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 4253 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2013-cü ildə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan 2(076)-2628/2021 saylı 19 oktyabr 2021-ci il tarixli Şəmkir rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə X6 arasında 24 noyabr 2009-cü il tarixdə Şəmkir rayonu Düyərli kənd X12 üzrə nümayəndəlikdə bağlanmış və 48 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş Gülmirə adlı uşağın iddiaçı X2, xx.xx.2012-ci il tarixdə doğulmuş Gülay və xx.xx.2013-cü il tarixdə doğulmuş İsmixan adlı uşaqların cavabdeh İddiaçı yanında qalması müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışlardan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 53 faiz əmək qabiliyyətinin itirilməsi ilə sağlamlıq imkanları məhdud kimi qeyd edilmişdir. İş materiallarında olan Şəmkir şəhər Psixiatriya xəstəxanasının 288/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00101 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixə saat 14:00-da keçirilmiş mediasiya sessiyasında iştirak etmişlər, Cavabdeh mediasiya sessiyasının davam etdirməyə razılıq verilməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2009-cu ildə faktiki ailə quraraq nikahlarını həmin ildə rəsmiləşdirmişlər. Onlar birgə nikahından üç uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin arasında narazılıq baş vermiş, X6 və İddiaçı arasında olan nikah Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və nikah pozulduqdan sonra Gülmirə adlı uşaq Cavabdeh, Gülay və İsmixan adlı uşaqları isə İddiaçı yanında qalması müəyyən edilmişdir. Hazırda tərəflər qarşılıqlı şəkildə yanlarında qalan uşaqların saxlanılması üçün aliment tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. (78.3) Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Tərəflərin maddi vəziyyəti, heç bir yerdə işləməməsi, tərəflərin də uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olması, bununla belə tərəflərin yanında qalan uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların tərəflərin üzərinə düşməsi və həmin uşaqların təminatının da mümkün qədər maksimal saxlanması imkanları, eləcə də ərizəçilərin daha az təminatlı olması ilə bağlı hər hansı sübutlarını ərizəyə əlavə edilməməsini və diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sabit pul formasında aliment” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddiası tələbi əsassız olduğundan təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xidmət haqqı, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “sabit pul formasında aliment” tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar