Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1412/2024 08.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 14 may 2022–ci il tarixdə, saat 22:20–də Göygöl rayonu ərazisində idarə etdiyi və "xxxx" ASC–də sığortalanmış, X4 məxsus olan “VAZ 21063” markalı 10–BJ–387 nömrəli avtomaşınla hərəkətdə olan zaman piyada X2 vurmaqla yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə piyadanın ölümünə səbəb olmuşdur. Cavabdehin barəsində cinayət işi başlanmış və o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 263–1.3 və 264–cü maddələri əsasında təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. X2 ölümünə görə "xxxx" ASC tərəfindən 5.000 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən də hazırda həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı şirkətə vurulmuş ziyanı aradan qaldırmamışdır. Ona görə də iddiaçı şirkət hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Odur ki, iddianın təmin olunaraq, cavabdehdən 5.000 manat sığorta ödənişinin və 70,40 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 2101” markalı 10–BJ–387 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022–ci ildən xx.xx.2023–cü ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022–ci il tarixli, 1(100)–399/2022 hökmündən görünür ki, Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə 14 may 2022–ci il tarixdə, saat 22:20–də radələrində Göygöl rayonu, Quşqara kəndi ərazisində idarə etdiyi, X4 məxsus olan “VAZ 21013” markalı 10–BJ–387 nömrəli avtomaşınla hərəkətdə olan zaman yol– nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 ölümünə səbəb olmuş və hadisə yerindən uzaqlaşaraq qaçmışdır. Cavabdeh Azərbaycan Respublikası CM–nin 263–1.3 və 264–cü maddələri əsasında təqsirli bilinərək, qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2022–ci il tarixdə vəfat etmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2023–cü il tarixli CML–0085/2023 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən X2 ölümünə görə 5.000 manat sığorta ödənişi ödənilməsi müəyyən edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ölümünə görə hüquqi varisi X1 5.000 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və X4 məxsus olan “VAZ 21013” markalı 10–BJ–387 nömrəli avtomaşını sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə Göygöl rayonu, Quşqara kəndi ərazisində idarə edərkən yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 ölümünə səbəb olmuşdur. Zərərçəkmiş şəxsin ölümü ilə bağlı iddiaçı şirkət tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə 5.000 manat sığorta ödənişi ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 5.000 manat pul və 70,40 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC– yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(076)-1412/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1412/2024
08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver