Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1434/2024 15.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Vaz 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1300 manat və X1 ağır dərəcəli bədən xəsarəti yetirilməsinə görə 1500 manat, cəmi 2800 manat və ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1.”Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma4) əsasən xx.xx.2017-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Vaz 21063” markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Vaz 2107” markalı, ** BD *** dövlət qaeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X5 ağır dərəcəli bədən xəsarəti yetirilməklə, “Vaz 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 051639 nömrəli, 050002 nömrəli və 050175 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Vaz 21063” markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətdə icbarı qaydada sığortalı olmuşdur. xx.xx.2017-ci il tarixli AD 027814 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Vaz 21063” markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh olmuşdur. xx.xx.2018-ci il tarixli 39 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı X2 ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata və ona əlavə olunmuş əlavə hesabata əsasən hadisə zamanı “Vaz 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1300 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta şirkəti dəymiş zərəri aradan qaldıraraq iş materiallarına əlavə olunmuş 26499618 nömrəli ödəniş tapşırığına əsasən “Vaz 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1200 manat, 30446318 nömrəli ödəniş tapşırığına əsasən əlavə 100 və 26860718 nömrəli ödəniş tapşırığına əsasən isə X1 ağır dərəcəli bədən xəsarəti yetirilməsinə görə 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. İcbari sığorta haqqında “Azərbaycan Respublikasının qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta ödənişinin 30%-ni təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan X1 vurulan zərər görə sığorta ödənişinin məbləği 1500 manat olmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, hadisə zamanı X6 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş və CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Buna görə də ona qarşı subroqasiya hüququqları yaranmışdır. İşin hallarından göründüyü kimi, hadisə zamanı nəqliyyat vasitəsinin sahibi Cavabdeh sığorta olunandır. O, nəqliyyat vasitəsini özü sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Hesab edirlər ki, 2800 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarından olan xx.xx.2018-ci il tarixli Hökümdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 050002 saylı sığorta aktından və xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin məbləği 1200 manat təşkil edir və həmin məbləğ sığorta ödənişi olaraq xx.xx.2018ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 "xxxx" KB ASC-nin AZ46NABZ******************** saylı hesabına ödənilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 050175 saylı sığorta aktından və xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X1 vurulmuş aığr dərəcəli xəsarətlərə görə sığorta ödənişi 1500 manat təşkil edir və həmin məbləğ xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC X3 "xxxx" KB ASC-nin AZ46NABZ******************** saylı hesabına ödənilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 051639 saylı sığorta aktından və xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə müəyyən olunmuş 1200 manat zərər aktlarına əlavə hesabata uyğun olaraq zərərin məbləği 100 manat təşkil edir və həmin məbləğ sığorta ödənişi olaraq xx.xx.2018ci il tarixli ödəniş tapşırığına əsasən X3 "xxxx" KB ASC-nin AZ46NABZ******************** saylı hesabına ödənilmişdir. İşdə olan İddiaçı Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 1200 manat məbləğində ödənilmiş sığorta ödənişinin 7 gün müddətində Cavabdeh tərəfindən İddiaçı Sığorta ASCnə ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 1500 manat məbləğində ödənilmiş sığorta ödənişinin 7 gün müddətində Cavabdeh tərəfindən İddiaçı Sığorta ASCnə ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-c i il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 100 manat məbləğində ödənilmiş sığorta ödənişinin 7 gün müddətində Cavabdeh tərəfindən İddiaçı Sığorta ASCnə ödənilməsi tələb edilmişdir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta ASC dəymiş 2800 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən dəymiş ziyana görə yaranmış 2800 (iki min səkkiz yüz) manat sığorta ödənişi məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh “Vaz 2107” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1300 manat və X1 ağır dərəcəli bədən xəsarəti yetirilməsinə görə 1500 manat, cəmi 2800 (iki min səkkiz yüz) manat alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Cavabdeh 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1434/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1434/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver