Məhkəmə qərarları › İş №e-2(076)-1820/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1820/2024

22.04.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1820/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, kreditor "xxxx" MMC-nin borclu X1 borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu kreditorun xeyrinə Fərdi sahibkar X2 ümumilikdə 27952 (iyirmi yeddi min doqquz yüz əlli iki) manat 35(otuz beş) qəpik borcun və ödənilmiş Dövlət rüsumunun alınıb "xxxx" MMC-nin ərizəyə əlavə edilmiş bank hesabına ödənilməsi barədə Məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Təqdim edilmiş ərizədən və ona əlavə olunmuş sənədlərdə yazılı formada bağlanmış əqd əlavə edilməmişdir. Belə olan halda həmin tələb üçün məhkəmə əmri verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin borclu X1 kreditorun xeyrinə 27952 (iyirmi yeddi min doqquz yüz əlli iki) manat 35(otuz beş) qəpik borcun və ödənilmiş Məhkəmə Dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar