Məhkəmə qərarları › İş №e-2(076)-2110/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2110/2025

30.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2110/2025 30.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair iddiası üzrə mülki işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə məhkəmədə iddia qaldıraraq, xx.xx.2024-cü il təvəllüdlü Tunar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin və mediasiya rüsumuna görə ödədiyi 50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə ailə həyatlarından xx.xx.2024-cü il təvəllüdlü X2 adlı bir uşaqları olmuşdur. Cavabdehlə öz istəyilə ailə qurmuşdur. Cavabdehlə aralarında rəsmi nikahları olmadığından cavabdehin ərizəsi əsasında azyaşlı uşağın atalığı müəyyən edilmişdir. Sonradan cavabdehlə ailə münasibətləri cavabdehin təqsiri ucbatından pozulmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar. Cavabdehlə ayrıldıqları vaxtdan azyaşlı uşaq onun himayəsində qalmışdır. Hazırda azyaşlı uşağı ilə birlikdə Şəmkir rayonu Posanlı qəsəbəsində valideynlərinin himayəsində yaşayır. Uşağı azyaşlı olduğundan maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh azyaşlı uşağın saxlanması üçün yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. O cavabdehə qarşı alimentin sabit pul məbləğində tutulması ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh azyaşlı uşağının saxlanması üçün aliment ödənilməsi ilə bağlı razılıq vermədiyindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək mməcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü Tunar adlı bir ümumi uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən faktiki olaraq ayrılmışlar. Hazırda birgə nikahlarından doğulmuş azyaşlı uşaq iddiaçının yanında yaşayır. Hər ay bir uşaq üçün iddiaçı 250 manat aliment istəyir. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahatında bildirdi ki, iddia ilə razı deyildir və rədd edilməsini istəyir. Ailəsinin dağılmasını istəmir. Heç bir səbəb olmadan iddaçı azyaşlı uşağı da götürüb valideynlərinin yanına getmişdir. İddiaçı uşağı ilə onun ünsiyyətdə olmasına maneəçilik törədir. O uşağına baxmaqdan boyun qaçırmır. Ancaq hər ay 250 manat yox hər ay 100 manat ödəyə biləcəyini bildirmişdir. Çünki xəstə valideynlərinin onun himayəsində olmasını heç biryerdə işləmədiyi üçün gəliri olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, X1 atası Cavabdeh atası hesab edilmişdir. Bu barədə 10 fevral 2024-cü il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsində 47 nömrə ilə atalığın müəyyən edilməsi haqqında akt qeydi ilə tərtib olunmuşdur. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X2 olmaqla bir ümumi uşağı doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasını davam etdirməyə razılıq verməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X2 olmaqla bir ümumi uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda isə xx.xx.2024-cü il təvəllüdlü Tunar adlı uşaq iddiaçının himayəsində yaşayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024–cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, həmin tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, bir uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,52 (400x0,52=208 manat) misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının medı̇ ası̇ ya xərci kimi ödədiyi 50 manatın 45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 45 (qırx beş) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar