Məhkəmə qərarları › İş №e-2(076)-2123/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2123/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2123/2025 18.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X17 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə1 Cavabdehlər: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 və Nümayəndə2 Üçüncü şəxs: Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyin Qazax–X9 mütəxəssisi X1 Şəmkir rayon R.Gülməmmədov adına Tatarlı kənd tam orta ümum təhsil məktəbin nümayəndəsi: ibtidai sinif müəllimi X2 iştirakı ilə İddiaçı Cavabdeh və cavabdeh qismində cəlb edilmiş Nümayəndə2 qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşaq və alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu, 27 iyun 2020–ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 370 manat vəkil xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, cavabdehin anası Nümayəndə2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, eləcə də, 27 iyun 2020–ci il təvəllüdlü Səriyyə adlı uşağın hazırda iddiaçının yanında olmasını, bu səbəbdən iddiaçının həmin uşağı tələb etmədiyini, lakin həmin uşağa aliment tələb etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025–ci il tarixli qərardadı ilə Nümayəndə2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2016–cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 07 aprel 2018–ci il tarixdə Dilək, 20 aprel 2019–cu il tarixdə Duyğu, 27 iyun 2020–ci il tarixdə Səriyyə və 21 iyul 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşamış, son dövrlər isə ailə münasibətləri pozulmuş və cavabdehlə ayrılmışlar. Ayrıldıqdan sonra uşaqları onun yanında qalmışdır. Lakin Səriyyə və Hakim adlı uşaqları xəstə olduqlarından cavabdeh onları müalicə etdirmək üçün aparmış, sonradan uşaqları qaytarmamışdır. Sonradan Dilək və Duyğu adlı uşaqları da qayınanası aparmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər uşaqları ona qaytarmamışlar. Yalnız xx.xx.2025–ci il tarixdən Səriyyə adlı uşağı onun yanına gəlmişdir. Hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdehlər uşaqlarına tərbiyə vermək iqtidarında deyil və uşaqları cavabdehlərin yanında diqqətsiz, qayğısız qalır. Cavabdehlərə münasibətdə isə o, uşaqlarını daha yaxşı tərbiyə edə bilər. Əlavə olaraq qeyd edir ki, Cavabdeh Tik–Tok sosial şəbəkəsində uşaqla birlikdə canlı açaraq, arvadının ölməsini, özünün yalnız bir uşağının olmasını deyir ki, bu hal da cavabdehin uşaqlarına qarşı laqeyd olmasına dəlalət edir. Hazırda Dilək, Duyğu və Hakim adlı uşaqlarını cavabdehlərdən tələb edir. Odur ki, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehlərdən alınıb ona verilməsi, həmin uşaqların və Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 370 manat vəkil xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclası zamanı əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər ayrıldıqdan sonra uşaqların hamısı iddiaçının yanında olmuşdur. Lakin Səriyyə və Hakim adlı uşaqları xəstə olduqlarından cavabdeh onları müalicə etdirmək üçün aparmış, sonradan uşaqları qaytarmamışdır. Sonradan iddiaçı maddi cəhətdən uşaqlarını saxlamaqda çətinlik çəkmiş, qayınanası Nümayəndə2 isə rəsmi qaydada uşaqları onun himayəsinə verməyi, uşaqlara görə sosial yardım alacağını demişdir. İddiaçı isə həmin vaxt işləmədiyindən və gəlir əldə edə bilmədiyindən qayınanası ilə razılaşaraq Dilək və Duyğu adlı uşaqları da nənələrinə vermişdir. Lakin sonradan Nümayəndə2 uşaqları iddiaçıya göstərməmişdir. Həmçinin, iddiaçı maddi sıxıntılar çəkdiyindən digər uşaqları müvəqqəti olaraq sığınacağa vermək istəmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi isə hər dörd uşağı cavabdeh Nümayəndə2 himayəsinə vermişdir. Bundan sonra da cavabdehlər iddiaçınnı uşaqları ilə görüşməsinə imkan verməmişlər. Yalnız xx.xx.2025–ci il tarixdə Səriyyə adlı uşaq anasının yanına gəlmişdir. Həmin vaxt uşağın bədənində xəsarət izləri olmuş, bununla bağlı polis şöbəsində araşdırma aparılmışdır. Uşaq Fatma adlı şəxs tərəfindən döyülməsini demişdir ki, həmin qadın Cavabdeh faktiki ailə həyatı qurduğu şəxs olmuşdur. Eləcə də, qeyd edir ki, Cavabdeh tez–tez ölkə xaricinə çıxır və uşaqlar nənənin yanında yaşayır. Bundan əlavə uşaqlar kifayət qədər azyaşlıdır, onların xüsusi qida rejimi və digər yaşayış şərtləri vardır ki, bu şərtlər ancaq ana yanında yerinə yetirilə bilər. Əlavə olaraq qeyd edir ki, uşaqlar böyüdükcə onun tələbatları da artır və iddiaçı maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Odur ki, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehlərdən alınıb iddiaçıya verilməsi, həmin uşaqların və Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun və 370 manat vəkil xidmət haqqının alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Nümayəndə2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə onun oğlu Cavabdeh 2016–cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 07 aprel 2018–ci il tarixdə Dilək, 20 aprel 2019–cu il tarixdə Duyğu, 27 iyun 2020–ci il tarixdə Səriyyə və 21 iyul 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Lakin iddiaçı başqa şəxslə danışdığına görə onun evindən çıxmışdır. Uşaqlardan Dilək və Duyğu onların yanında qalmış, Səriyyə və Hakim isə analarının yanında qalmışdır. 2024– cü ilin sentyabr ayının 5–də polis əməkdaşları onu çağıraraq Ofelyanın gecə saatlarında uşaqları küçəyə atdığını demişlər. O, dərhal gəlmiş və uşaqları götürmüşdür. Uşaqlar analarının taksi ilə onları gətirib küçəyə atdığını demişdir. Bundan sonra Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyindən ona zəng edərək məlumat vermişlər ki, iddiaçı həmin uşaqların sığınacağa verilməsi barədə müvafiq orqana müraciət etmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi ilə onun arasında bağlanmış müqaviləyə əsasən o, uşaqlara himayəçi təyin edilmişdir. Həmçinin, uşaqların hər birinə ayda 400 manat müavinət müəyyən edilmişdir. Lakin hazırda məhkəmə prosesi davam etdiyi üçün həmin müavinətin verilməsi dayanmışdır. Həmçinin, iddiaçı Səriyyə adlı uşağı görüş adı ilə aparmış, qaytarmamışdır. Halbuki, məhkəmə qətnaməsinə əsasən uşaqlar atanın himayəsinə verilmişdir. Odur ki, hazırda iddianın qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclası zamanı təmsil etdiyi qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli qətnaməsinə əsasən uşaqların atanın yanında olması müəyyən edilmiş və İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Lakin sonradan, yəni xx.xx.2025–ci il tarixdə iddiaçı Səriyyə adlı uşağı görüş adı ilə aparmış və geri qaytarmamışdır. Məhkəmə qətnaməsinin icrasından boyun qaçırdığı üçün İddiaçı iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. İlk öncə qeyd edir ki, Səriyyə adlı uşağın xəsarəti ilə bağlı polis şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qeyd edir ki, iddiaçı özü Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, uşaqlarının sığınacağa yerləşdirilməsini xahiş etmiş, daha sonra isə gecə vaxtı uşaqları küçəyə atmışdır. Polis əməkdaşları isə uşaqları Nümayəndə2 təhvil vermişlər. Göründüyü kimi iddiaçı özü ana kimi uşaqlarına baxmaqdan imtina etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyin Qazax–X9 mütəxəssisi X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, onlar üçüncü şəxs qismində yalnız uşaqların mənafeləri baxımından çıxış edirlər. Qeyd edir ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, özünün və yanında olan iki nəfər uşaqlarının sığınacağa yerləşdirilməsini xahiş etmiş, həmin vaxt Gəncə şəhərində qohumunun evində müvəqqəti yaşamasını bildirmişdir. Bundan sonra iddiaçının və uşaqlarının sığınacağa yerləşdirilməsi qərara alınmışdır. Lakin həmin vaxt uşaqların sənədləri qaydasında olmamış, onların köməkliyi ilə uşaqlara sənəd almışlar. Həmçinin, qeyd edir ki, Zəyəm–Cıradaxn kəndindən uşaqların küçəyə atılması ilə bağlı onları çağırdıqdan sonra bilmişdir ki, uşaqların anası məhz onlara müraciət edən İddiaçıdır. Araşdırma zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından olan 2 nəfər uşaq atadır, bu səbəbdən onlar cavabdeh tərəflə əlaqə saxlayaraq digər 2 nəfər uşağı da onlara verməyi təklif etmişlər. Həmin müddətdə ana uşaqların ona verilməsi ilə bağlı müraciət etməmişdir. xx.xx.2025–ci il tarixdə uşaqlar Nümayəndə2 ilə bağlanmış müqaviləyə əsasən sonuncuya himayəyə verilmişdir. Əlavə olaraq qeyd edir ki, tərəflər arasında əvvəllər olan məhkəmə mübahisələrindən, İddiaçı Səriyyə adlı uşağı aparmasından onların məlumatı olmamışdır. Həmçinin, bildirir ki, onlar hər iki tərəfin həyat şəraitini araşdırmış, müəyyən edilmişdir ki, iddiaçı anası, anasının qeyri–rəsmi əri və Səriyyə adlı uşağı ilə kirayədə yaşayır, aylıq cəmi gəlirləri 300–400 manatdır. Həmin məbləğlə 4 nəfər uşaq, iddiaçı, iddiaçının anası və onun qeyri–rəsmi ərinin normal şəraitdə yaşaması qeyri–mümkündür. Həmçinin, iddiaçı özü dolana bilmədiyindən uşaqlarını sığınacağa vermək istəmişdir. Cavabdeh tərəfin evlərinə baxış keçirən zaman atanın özünün ayrıca evi, nənənin ayrıca evinin olması müəyyən edilmişdir. Uşaqlarla söhbət zamanı uşaqlar analarının yanına getmək istəmədiklərini bildirmişlər. Həmçinin, uşaqların bədən nahiyələrində hər hansı xəsarət izinin olmasına rast gəlməmişlər. Bundan başqa bildirir ki, uşağa görə verilən sosial müavinətin məbləği 355 manatdan başlayır, lakin məhkəmə mübahisəsi davam etdiyi üçün həmin müavinətin verilməsi dayandırılmışdır. Hazırda iddia ərizəsi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, ilkin olaraq onlar uşaqların ataya verilməsini təklif etsələr də, ata yanında olan iki uşağa çətinliklə baxdığını demişdir. Bu səbəbdən uşaqların hamısı nənənin himayəsinə verilmişdir. Bundan başqa Nümayəndə2 məhz uşaqların nənəsi olduğu üçün deyil, himayədar ailə kimi uşaqlar ona verilmiş və uşaqlara görə hər ay 1.600 manata yaxın sosial müavinət verilmişdir. Şəmkir rayon R.Gülməmmədov adına Tatarlı kənd tam orta ümum təhsil məktəbin nümayəndəsi–ibtidai sinif müəllimi X15 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Dilək adlı uşaq izahatında göstərdi ki, atası və nənəsini çox istəyir, anası isə istəmir. Atası ilə birlikdə qalmaq istəyir. Üçüncü şəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ofelya onun qızıdır. Qızı Hakim adlı uşağa hamilə olanda əri ilə ayrılmış, uşaq olanda atası gəlib maraqlanmamış, ona atalıq verməmişdir. Həmçinin, digər uşaqların sənədlərini nənələri verməmişdir. Uşaqların sənədləri olmadığına görə uşaqları bağçaya qoya bilməmişlər. Bu səbəbdən qızı məcbur olub uşaqlarını müvəqqəti sığınacağa vermək istəmişdir. Bundan başqa qeyd edir ki, özünün evi Gədəbəy rayonu, Parakənd kəndində yerləşir, lakin işlədiyinə görə müvəqqəti Slavyanka kəndində kirayədə yaşayır. Özü əkinçiliklə, fərdi əməklə məşğul olur, Ofelya isə işləmir, uşağına baxır. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ofelya onun qonşusudur, həmçinin anası ilə birlikdə fəhlə işləyir. O, uşaqları Ofelyanın yanında görmüş, Ofelya uşaqlara yaxşı baxmışdır. Hazırda bir qızı Ofelyanın yanındadır, digər uşaqların isə niyə ata nənəsinin yanında olmasını bilmir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Cavabdeh onun həmkəndlisidir. Təxminən 1 il əvvəl gecə saatlarında Umudun anası Qətibə ona zəng edərək Zəyəm–Cırdaxan kəndində nəvələrinin küçəyə atılmalarını, gedib onları gətirməli olduğunu bildirmişdir. Oraya çatdıqda küçədə 2 nəfər azyaşlı uşaqların, 2 nəfər polis əməkdaşlarının və 5–6 nəfər kənd sakinlərinin olmasını gömüşdür. O, avtomaşından düşməmiş, gedən söhbətlərdən uşaqların anaları tərəfindən atılmasını bilmişdir. Lakin səbəbin nə olmasını bilməmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Qətibəgilə gedərkən 4–5 yaşında uşaqların ağlamasını görmüş, səbəbini soruşduqda anası tərəfindən gecə saat 2–də Zəyəm–Cırdaxan kəndində küçəyə atılmalarını demişlər. Həmçinin, Ofelyanın “Umud kefə edəcək, mən də uşağa baxacam?”–deməsini bildirmişlər. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Nümayəndə2 onun baldızıdır. Təxminən 2024–cü ilin sentyabr– oktyabr aylarında gecə qonşuları onu çağırmış və onun darvazasının qarşısına uşaq atılmasını demişlər. O, küçəyə çıxmış və 2 nəfər azyaşlı uşaq olmasını görmüşdür. Bundan sonra qonşular uşağa paltar vermiş, onun yoldaşı uşaqları evə aparmışdır. O isə DİN–in qaynar xəttinə zəng edərək məlumat vermişdir. Uşaqlardan soruşduqda Umud və Nastının uşaqları olmasını demişlər. Sonradan polis əməkdaşları və Nümayəndə2 gəlmiş, uşaqları nənələrinə təhvil vermişlər. Uşaqların niyə atılması barədə məlumatı olmamışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 07 aprel 2018–ci il tarixdə Dilək, 20 aprel 2019–cu il tarixdə Duyğu, 27 iyun 2020–ci il tarixdə Səriyyə və 21 iyul 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli 2(076)–1203/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia qaldırmış, onun iddiası qismən təmin edilərək, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu, 27 iyun 2020–ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025–ci il tarixli 2(076)–1203/2025 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İşdə olan Şəmkir RPŞ–nin İTB–nin xx.xx.2025–ci il tarixli qərarından görünür ki, xx.xx.2025–ci il tarixdə İddiaçı ərizə ilə Şəmkir RPŞ–nin Zəyəm PB–nə müraciət edərək, qızı Səriyyənin ögey anası Fatma tərəfindən döyülməsini bildirmiş, araşdırma zamanı X8 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və İddiaçı tərəfindən xx.xx.2025–ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə yazılmış ərizədən görünür ki, o, uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2016–cı il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan 07 aprel 2018–ci il tarixdə Dilək, 20 aprel 2019–cu il tarixdə Duyğu, 27 iyun 2020–ci il tarixdə Səriyyə və 21 iyul 2022–ci il tarixdə Hakim adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlar zəminində tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaqların hamısı iddiaçının yanında qalmışdır. Lakin sonradan Səriyyə və Hakim adlı uşaqları cavabdeh tərəf aparmış və qaytarmamışdır. Həmçinin, daha sonra Dilək və Duyğu adlı uşaqlar da cavabdeh tərəfin yanına getmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025–ci il tarixli müqaviləyə əsasən 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu, 27 iyun 2020–ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqlar Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailə kimi Nümayəndə2 himayəsinə verilmişdir. Hazırda iddiaçı cavabdehlərin yanında olan Dilək, Duyğu və Hakim adlı uşaqların cavabdehlərdən alınmasını xahiş edir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, iddia tələbini tərəflərin izahatlarının, şahid ifadələrinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar, habelə işdə olan sənədlər əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmişdir. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Məhkəmə iddianın “uşaq” tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 60.1–ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2–ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3–cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12–ci maddəsinin 5–ci hissəsində göstərilmişdir ki, uşaqlarla qəddar rəftar, onlara qarşı psixi zor tətbiq edilməsi, uşaqların hüquqlarının pozulması digər şəxslərlə bərabər, hətta uşağın valideyninə də qadağan edilmiş və bunun müxtəlif növ məsuliyyətə səbəb ola biləcəyi ifadə olunmuşdur. Milli və beynəlxalq qanunvericilik aktlarının əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, uşağın valideynlərdən hansının yanında yaşamasını həll edərkən məhkəmə ilk növbədə uşağın mənafelərini əsas götürməlidir. Uşağın mənafelərinin pozula biləcəyi yerdə valideynin hansı imkana malik olmasının və uşaq üçün hansı şərait yarada biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclası zamanı iddiaçının ana kimi uşaqlara qayğıkeş münasibət göstərməməsini iddia etsə də, işin araşdırılmış halları ilə həmin xüsusat təkzib edilmişdir. Belə ki, cavabdeh tərəf yalnız formal mülahizə şəklində izahat vermiş, iddiasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə işin araşdırılmış halları, xüsusən Gədəbəy Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının rəyi ilə müəyyən edilir ki, iddiaçının həyat şəraiti uşaqları saxlamağa yaxşı cavab verir. Bundan başqa məhkəmə öz qənaətini onunla əsaslandırır ki, birgə nikahdan doğulmuş 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqlar azyaşlıdır. Bu səbəbdən uşaqların cavabdehlərin himayəsində qalması onların yaşı, psixoloji vəziyyəti, qidalanma rejimi baxımından onlar əlverişsiz vəziyyətə sala bilər. Nəzərə alınmalıdır ki, azyaşlı uşaqların daha çox ana qayğısına, nəvazişinə ehtiyacı vardır və uşaqların anasının yanında böyüməsi onların mənafelərinə, inkişafına, mənəvi və psixoloji vəziyyətinə daha uyğundur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, azyaşlı uşaqların fəaliyyət və əmək qabiliyyətli olan ataları olduğu halda, onların nənənin himayəsinə verilməsi əsaslı hesab edilə bilməz. Hazırki vəziyyətdə uşaqların hər iki valideyn olduğu halda həmin uşaqlar Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailə kimi Nümayəndə2 himayəsinə verilmişdir. Uşaqların atası isə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək uşaqlarını tələb etməmişdir. Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyin Qazax–X9 nümayəndəsi məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, ilkin olaraq onlar uşaqların ataya verilməsini təklif etsələr də, ata yanında olan iki uşağa çətinliklə baxdığını demişdir. Bu səbəbdən uşaqların hamısı nənənin himayəsinə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh ata kimi valideynlik hüquqlarını həyata keçirməkdən yayınmış və uşaqlarının himayədar ailəyə verilməsinə razı olmuşdur. Əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı əvvəllər də uşaqlarını tələb etmiş, Şəmkir Rayon Məhkəməsində Cavabdeh “uşaqların onun himayəsində qalmasının müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə baxılarkən Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Həmçinin, iddiaçı xx.xx.2025–ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə yazaraq uşaqlarının onun himayəsinə verilməsini xahiş etmişdir. Bu hal məhkəməyə belə inamlı nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin əksinə olaraq uşaqlarını tələb etmişdir. Həmçinin, məhkəmə iddiaçının uşaqların sığınacağa yerləşdirmək istəyi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf maddi vəziyyətinin yaxşı olmaması səbəbindən uşaqlarının müvəqqəti olaraq sığınacağa yerləşdirmək istəmişdir. Bununla belə iddiaçı daha sonra istər məhkəməyə qarşılıqlı iddia ərizəsi verməklə, istər Azərbaycan Respublikasının ƏƏSMN Tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etməklə uşaqlarını tələb etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, birgə nikahdan doğulmuş Dilək adlı uşaq məhkəmə iclası zamanı dindirilərkən atası ilə qalmaq istədiyini bildirsə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, uşaqların atası bir valideyn kimi doğma övladlarının təlim– tərbiyəsi, o cümlədən təhsili ilə məşğul ola bilmir və bu baxımdan valideynlik hüquqlarını həyata keçirə bilmir. Anası olduğu halda uşaqlar nənənin himayəsində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019– cu il təvəllüdlü Duyğu və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların cavabdehlərdən alınaraq iddiaçıya verməsi əsaslı və qanunidir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda aliment alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini, Səriyyə adlı uşağın xx.xx.2025–ci il tarixdən iddiaçının yanında olmasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, 27 iyun 2020–ci il təvəllüdlü Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025–ci il tarixdən başlayaraq, 07 aprel 2018–ci il təvəllüdlü Dilək, 20 aprel 2019–cu il təvəllüdlü Duyğu və 21 iyul 2022–ci il təvəllüdlü Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün həmin uşaqlar iddiaçıya verildiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın “370 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı həmin tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və onun hesabına 370 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 100 manat pulun müştərək qaydada alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən 25 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. 07 aprel 2018–ci il tarixdə doğulmuş Dilək, 20 aprel 2019–cu il tarixdə doğulmuş Duyğu və 21 iyul 2022–ci il tarixdə doğulmuş Hakim adlı uşaqlar cavabdehlər Cavabdeh və Nümayəndə2 alınıb İddiaçı verilsin. 27 iyun 2020–ci il tarixdə doğulmuş Səriyyə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025–ci il tarixdən başlayaraq, 07 aprel 2018–ci il tarixdə doğulmuş Dilək, 20 aprel 2019–cu il tarixdə doğulmuş Duyğu və 21 iyul 2022–ci il tarixdə doğulmuş Hakim adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün həmin uşaqlar iddiaçıya verildiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehlər Cavabdeh və Nümayəndə2 25 (iyirmi beş) manat ödənilmiş dövlət rüsumu, 50 (əlli) manat mediasiya xidmət haqqı və 100 (bir yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 175 (bir yüz yetmiş beş) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar