Məhkəmə qərarları › İş №e-2(076)-2151/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2151/2025

20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2151/2025 20.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus 14 adda cehiz əşyalarının ona məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılması, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu X1 ilə mehriban yaşasa da, sonradan aralarında narazılıqlar yaranmış və nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onun evinə gəlin köçmüş və oğlu ilə ayrılana qədər onun evində yaşamışdır. Cavabdeh onun evinə gəlin köçərkən özü ilə cehiz əşyaları gətirmişdir. Lakin 2015–ci ildən cavabdeh onun evində yaşamır və onun ailə üzvü sayılmır. Onun cehiz əşyalarının xarab olma və məhv olma təhlükəsi vardır. Cavabdehə dəfələrlə cehiz əşyalarını aparmasını təklif etsə də, Cavabdeh bundan imtina etmişdir. Halbuki, o, cavabdehin əşyalarına nəzarət edə bilmir. Hazırda cavabdehə məxsus iki nəfərlik çarpayı, bir ədəd termo, bir ədəd şkaf, iki ədəd tumbuçka ilə birlikdə bir dəst yataq mebeli, bir ədəd qorka mebel, bir ədəd divan, iki əddə xalça, bir ədəd ikinəfərlik döşək, bir ədəd iki nəfərlik yun yorğan, bir ədəd altı nəfərlik stol, altı nəfərlik stulu ilə birlikdə, bir ədəd yelləncəkli kreslo, bir dəst mətbəx mebeli, bir dəst müxtəlif ölçülü qazan dəsti, iki ədəd meyvə qabı, altı ədəd ayna pərdəsi, dörd ədəd çilçıraq və 1 ədəd süfrə onun evində qalmışdır. Hesab edir ki, cavabdehin əşyalarının onun evində qalmasının hüquqi əsası yoxdur. Lakin cavabdeh könüllü şəkildə əşyalarını onun evindən çıxarmır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh məxsus iki nəfərlik çarpayı, bir ədəd termo, bir ədəd şkaf, iki ədəd tumbuçka ilə birlikdə bir dəst yataq mebeli, bir ədəd qorka mebel, bir ədəd divan, iki əddə xalça, bir ədəd ikinəfərlik döşək, bir ədəd iki nəfərlik yun yorğan, bir ədəd altı nəfərlik stol, altı nəfərlik stulu ilə birlikdə, bir ədəd yelləncəkli kreslo, bir dəst mətbəx mebeli, bir dəst müxtəlif ölçülü qazan dəsti, iki ədəd meyvə qabı, altı ədəd ayna pərdəsi, dörd ədəd çilçıraq və 1 ədəd süfrədən ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılması, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, təmsil etdiyi şəxs 2007–ci il tarixdə iddiaçının oğlu Vüqar Abdullayevlə evlənmiş, birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. Cavabdeh uzun müddət iddiaçı ilə birgə təsərrüfat aparmışdır. Lakin ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2015–ci il tarixli qətnaməsi ilə cavabdehin iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra zamanı Cavabdeh uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Belə olan halda cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması əsassızdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində guya cavabdehə məxsus cəmi 14 adda cehiz əşyalarının onun evində olmasını qeyd etsə də, əslində cavabdehin 121 adda cehiz əşyaları hazırda həmin evdədir. Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli qətnaməsi ilə Şəmkir rayonu, Mahmudlu kəndi, Rüstəm Əliyev küçəsindəki 1 nömrəli evə köçürüldükdən sonra daimi olaraq uşaqları ilə orada yaşamışdır. Hətta sözügedən məhkəmə qətnaməsində qeyd olunduğu kimi iddiaçı tərəf iddianı qəbul edərək buna etiraz etməmişlər. Lakin son vaxtlar, yəni 2017–ci ildən sonra iddiaçı cavabdehlə kobud rəftarlar edərək dəfələrlə onu evdən qovmuşdur. Cavabdehin öz şəxsi evi yoxdur. Qovulanda anasıgilə gedir, bir müddət orada qalıb, sonra geri qayıdır. İddia qaldırılan günədək cavabdeh həmin evdə yaşamışdır. Lakin cavabdehin əri evlənmək istəmiş, bu səbəbdən aralarında narazılıq yaranmış və cavabdeh evdən çıxmışdır. Bu səbəbdən iddiaçı məlum iddianı qaldırmışdır. Hesab edir ki, cavabdeh 10 il müddətində mütəmadi olaraq, sonradan isə çox vaxtlarda mübahisəli evdə yaşamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı və nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN–237A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Mahmudlu kəndində 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir RİHB–nın Mahmudlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus JN–237A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də olan 0.15 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ünvan 1 ünvanda yerləşir. Ev 1988–ci ildə şəxsin öz hesabına inşa edilib, iki mərtəbəli evin ümumi sahəsi 172 m2 ibarətdir. Evdə 4 otaq, 2 zal, 1 mətbəx, 1 hamam və 1 tualetdən ibarətdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–1436/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)–1436/2015 saylı icra sənədi xx.xx.2015–ci il tarixdə şöbənin icraatına daxil olmuş və tələbkar Cavabdeh xx.xx.2017–ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsi ilə xitam verilmişdir. Beləliklə, məhkəmə, cavabdehin nümayəndəsinin izahatının, həmçinin iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə iclasında müəyyən etdi ki, Cavabdeh iddiaçının oğlu Vüqar Abdullayevlə 2007–ci il tarixdə evlənmiş, birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. Cavabdeh toy günü iddiaçının istifadəsində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə daimi yaşamaq üçün gəlin köçmüşdür. Həmin vaxt cehiz əşyaları da mübahisəli evin yaşayış otağına yığılmışdır. İddiaçı cavabdehi ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmaqla, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. Cavabdeh uşaqları ilə birlikdə 2015–ci il tarixədək mübahisəli evdə yaşamışdır. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və cavabdeh evdən çıxmışdır. Bundan sonra Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2015–ci il tarixli qətnaməsi ilə cavabdehin iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və tələbkar Cavabdeh xx.xx.2017–ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası MM–in 11.1–ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2–ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 13.4–cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Həmin Məcəllənin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.5–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 560.1–ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli hüquq münasibəti cavabdehin mübahisəli evə gəlin köçdüyü tarixdən, yəni 2007–ci il tarixdən əmələ gəlmişdir. İddiaçı hazırda özünə məxsus olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evindən cavabdehin cehiz əşyalarının çıxarılmasını xahiş etsə də, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə cavabdeh həmin evə köçürülmüşdür. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi–büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54–cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi–büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123–cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53– cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi–buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1–ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 68.1–ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui–istifadəyə gətirib çıxara bilər, çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından bu cür iddia haqlı sayılır. Cehiz əşyalarının çıxarılması tələb edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçının sahibliyindədir və onun tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evdə cavabdehin cehiz əşyalarının qalmasına qanuni əsasın olub–olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə Vüqar Abdullayev 2007– ci il tarixdə nikaha daxil olmuş və iddiaçı həmin vaxtdan gəlin qismində mübahisəli evə köçmüşdür. Beləliklə, yaşayış evinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı münasibətlər ilkin olaraq 2007–ci ildə yaranmışdır. Həmin münasibətlər yarandığı vaxt hazırda qüvvədə olan Mənzil Məcəlləsi, o cümlədən Mülki Məcəllənin 30.4–cü maddəsi qüvvədə olmamışdır. Mənzil Məcəlləsi 01 oktyabr 2009–cu il tarixdə qüvvəyə mindiyinə görə həmin iş üzrə mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsi hüquqi mövqeyin müəyyənləşdirilməsini tələb edir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh xx.xx.2009–cu ildən sonra da 2017–ci ilə kimi (yəni mülkiyyətçinin oğlu ilə nikahlarının pozulmasına kimi) mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə onun oğlunun arvadı qismində yaşamış və ümumi təsərrüfat aparmışdır. Həmin müddətdən sonra da cavabdeh çox vaxt mübahisəli evdə yaşamağa davam etmişdir. xx.xx.2009–cu il tarixdə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası Məcəllənin 30.4–cü maddəsi fəaliyyətə başlamışdır. Həmin hüquqi əsas isə yaşayış evinin tərkib hissəsindən istifadə üçün belə bir hüququn əldə edilməsini iddia edən şəxsdən mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Cavabdeh mülkiyyətçiyə məxsus olan evdə digər qohum qismində (konkret işdə oğlunun arvadı qismində) yaşaması onun gələcəkdə mülkiyyətçinin keçmiş ailə üzvü kimi yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ əldə etməsinə əsas verir (Mənzil Məcəlləsinin 30.4–cü maddəsi). xx.xx.2009–cu il tarixdə yeni hüquq norması qüvvəyə mindiyinə görə həmin tarixdən qüvvəyə minmiş hüquq norması ilə əlaqədar mülkiyyətçi ilə onun evində yaşayan ailə üzvləri və digər qohumlar arasında həmin hüquq normasına münasibətdə yeni hüquq münasibəti meydana çıxır. Ona görə də mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və ona məxsus evdə yaşayan Cavabdeh arasında münasibətlərin 2007–ci ildə yarandığını iddia etmək düzgün olmazdı. Buna ancaq o halda bəraət qazandırmaq olardı ki, 2007–ci ildə yaranmış münasibət xx.xx.2009–cu il tarixə kimi başa çatmış və xx.xx.2009–cu il tarixdən sonra davam etməmiş olsun. Lakin Cavabdeh xx.xx.2009–cu il tarixdən sonra da mübahisəli evdə yaşamaqda davam etmişdir. Cavabdeh 2009–cu ilin oktyabr ayının 1–dən sonra da mübahisəli mənzildə yaşadığına, həmin mənzildən istifadə etdiyinə görə bu faktın özü mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin tətbiq olunmasına əsas verir. Cavabdeh 2009–cu ilin oktyabr ayının 1–dən sonra deyil, həmin tarixdən əvvəl mübahisəli mənzildə yaşamasına görə ona münasibətdə Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin tətbiqindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasında əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014–cü il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” qərarında da öz ifadəsini tapmışdır. Məhkəmə Kollegiyası hesab etmişdir ki, 2009–cu ilin oktyabrından sonra mülkiyyətçiyə məxsus mənzildə yaşamağa başlayanlara Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəalarının tətbiq olunması, lakin həmin tarixdən əvvəl mənzildə yaşayıb və o tarixdən sonra da yaşamaqda davam edən şəxslərə Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəalarının tətbiq olunmaması sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan fərqli yanaşmaya və beləliklə bərabərlik prinsipinin pozulmasına səbəb ola bilər. Ona görə də, baxılan mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsi tətbiq olunmalıdır. Cavabdeh mülkiyyətçinin “keçmiş ailə üzvü” hesab edilir. Belə ki, o, mülkiyyətçi ilə birlikdə uzun müddət mübahisəli mənzildə yaşamaqla onunla ümumi təsərrüfat aparmışdır. 01 oktyabr 2009–cu il tarixdə yeni Mənzil Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53–cü maddəsi “ailə üzvlərinə aşağıdakıları şamil edirdi: “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Həmin Məcəllənin 123–cü maddəsi isə müəyyən edirdi ki, “Bu Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsi mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda yaşayış binasının tərkib hissəsindən istifadə hüququ saxlanılan ailə üzvləri və digər ailə üzvlərinə aşağıdakıları şamil edir: – mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvləri: əri, arvadı, valideynləri, uşaqları; – mülkiyyətçinin ailə üzvlərinin: yetkinlik yaşına çatmayan uşaqları; –mülkiyyətçinin ailə üzvlərinin digər ailə üzvləri; ər, arvad. Beləliklə, Cavabdeh 01 oktyabr 2009–cu il tarixə kimi mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığına görə onun ailə üzvü hesab edilir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1–ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.1–ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, sadalanan maddi hüquq normaları, o cümlədən yeni Mənzil Məcəlləsi Cavabdeh İddiaçı “keçmiş ailə üzvü” olmasını təsdiqləyir. Yuxarıda sadalananlara əsasən Cavabdeh İddiaçı keçmiş ailə üzvü olduğundan onun mübahisəli mənzildən istifadə hüququ saxlanılmalıdır. O cümlədən, Cavabdeh mülkiyyətçinin (iddiaçının) razılığı ilə 01 oktyabr 2009–cu il tarixdən sonra da uzun müddət mübahisəli evdən istifadə etdiyindən onlar arasında Mənzil Məcəlləsinin tələblərinə uyğun münasibətlər yaranmışdır. Qüvvədə olan Mənzil Məcəlləsinə görə mənzildən istifadə hüququnun yaranması üçün yazılı razılaşma tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulması, onun öz mülkiyyətindən məhrum edilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təkzib edilir. Belə ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ vardır, bu səbəbdən ona məxsus cehiz əşyalarının mübahisəli evdən çıxarılması ziddiyyət yaradır və bu hal qanuni qüvvədə olan məhkəmə qətnaməsinin səmərəliyini azaldır. Bu isə cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Cavabdehin mübahisəli evdən istifadə hüququ olduğu müddətdə onun əşyalarının da həmin evdə saxlanması əsaslı hesab edilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvədə olan 16 iyun 2015–ci il tarixli qətnaməsi ilə cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Belə olan halda cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar