Məhkəmə qərarları › İş №e-2(076)-2470/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2470/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2470/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Fərhad adlı uşağın saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3448/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının azaldılaraq, hər ay bir uşaq üçün 150 manat sabit pul formasında aliment müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(076)-3931/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Fərid adlı uşağın saxlanması üçün hər ay bir uşaq üçün 150 manat aliment müəyyən olunmuşdur. Bir müddət sonra isə Cavabdeh ona qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddia qaldırmışdır. Onun bu iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3448/2024 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü Fərid adlı uşağını saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3931/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılaraq hər ay bir uşaq üçün 190 manat müəyyən olunmuşdur. Hal-hazırda onun maddi imkanları yaxşı deyil. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Əksinə pisləşmə olmuşdur. Belə ki, o heç bir yerdə işləmir. Məhkəmə tərəfindən təyin olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Eyni zamanda qeyd edir ki, o yenidən ailə qurmuş və bu nikahdan onun iki uşağı doğulmuşdur. Onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Yoldaşı isə heç bir yerdə işləmir. Uşaqları xəstə olduqları üçün mütəmadi olaraq müalicə alırlar. Həmçinin qeyd edir ki, ona olan məlumata görə cavabdeh ikinci dəfə ailə qurub. Uşaq ana nənəsinin himayəsində yaşayır. Qeyd edilənlərə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Fərhad adlı uşağın saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3448/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının azaldılaraq, hər ay bir uşaq üçün 150 manat sabit pul formasında aliment müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 2(076)-3448/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 dekabr 2015-ci il tarixdə doğulmuş Fərid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3931/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilməsinə və cavabdeh İddiaçı Fərman oğlundan alınıb iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00643 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 12:00-da keçirilən mediasiya sesiyasında iştirak etməmişdir. X2 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materialında olan X5 tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZ-İV 407063 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X7 qeyd edilmişdir. İş materialında olan X5nin tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AZ-İV 407064 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X7 qeyd edilmişdir. Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən, İddiaçı sürücü vəzifəsində çalışır və 345 manat əmək haqqı alır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 2(076)- 3931/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilməsinə və cavabdeh İddiaçı Fərman oğlundan alınıb iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2015-cı il təvəllüdlü Fərid adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2015-cı il Fərid adlı uşaq cavabdehin yanında qalmışdır. Uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl 190 manat aliment tutulmuşdur. (190/345=0.55 misli) Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra– AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı yalnız yaşayış minimumu ilə məhdudlaşmır. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqları maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edir. Qeyd edilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, hazırda iddiaçı yenidən ailə qurmuş və onun himayəsində iki azyaşlı övlad vardır. Bu baxımdan, iddiaçının hər iki ailədən dünyaya gəlmiş övladlarının maddi təminatı iddiaçının üzərinə düşdüyündən və gələcəkdə yenidən müəyyən edilən alimentin məbləğinə təsir edə biləcək ailə və maddi vəziyyətində dəyişiklik yarandığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləğinin azaldılmasını tələb etməkdə haqlı hesab olunur. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimum dərəcədə saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş Fərid adlı uşağın Şəmkir Rayon Məhkəməsinin 2(076)-3448/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilk növbədə indeksasiya olunmalı və yalnız bundan sonra indeksasiya olunmuş məbləğ əsasında alimentin azaldılmış məbləği müəyyən edilməlidir. Belə ki, müəyyən edilmiş aliment məbləği qanunvericiliyə uyğun olaraq indeksasiya olunduqda (190/345=0.55 misli) 0,55 misli həddində olması müəyyən edilir. Daha sonra alimentin miqdarı azaldılaraq, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli həcmində sabit pul məbləği kimi müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan uşağın edilmiş minimum əmək haqqının 0.5 misli alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir rayon məhkəməsinin 2(076)-3448/2024 saylı, xx.xx.2024-cü qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, xx.xx.2015-ci il təvəllüdlü Fərid adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir rayon məhkəməsinin 2(076)-3448/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2015-cı il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2015-cı il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşağa üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar