Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2978/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixində, saat 17.00-da Şəmkir rayonu ərazisində İddiaçı ASC-də (bundan sonra – ASC) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X2 məxsus olan və Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə olunan “Wolksvagen Passat” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada yol-nəqliyyat hadisəsi törədərək X5 və X1 ölümünə və X3 az ağır bədən xəsarəti almasına səbəb olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-43/2015 saylı, xx.xx.2015-ci il tarixli Hökmünə əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR Cinayət Məcəlləsinin 263-1.4-cü eyni əməllər( yni əməllər (bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məcəlləsinə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 az ağır bədən xəsarət almasına görə 1500 (bir min beş yüz) manat, X1 ölümünə görə 5000 (beş min) manat və X5 ölümünə görə 5000 (beş min) manat, ümumilikdə, 11500 (on bir min beş yüz) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxslərin hesabına ödənilmişdir. Odur ki iddianın təmin olunaraq, cavabdehdən 11500 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 124.50 manat, ümumilikdə 11624.50 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VOLKSWAGEN” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013–cü ildən, xx.xx.2014–cü ilədək "xxxx" ASC–də sığortalanmışdır. İşdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2015–ci il tarixli, 1(088)–43/2015 saylı hökmündən görünür ki, Cavabdeh sərxoş vəziyyətdə 27 avqust 2014–cü il tarixdə, saat 17:00–də radələrində Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində, Dəllər-Cəyir Çaparlı kənd yolunun 1-ci km-də sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi, “Wolksvagen Passat” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 az ağır xəsarət almasına, X6 ölümünə, X1 ölümünə, X5 ölümünə səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM–nin 263–1.4–cü maddəsi əsasında təqsirli bilinərək, qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan sığorta ödənişi ilə bağlı xx.xx.2016–cı il tarixli 3446/CML-3232/2016 saylı aktdan görünür ki, "xxxx" ASC tərəfindən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 az ağır bədən xəsarət almasına görə 1500 (bir min beş yüz) manat, X1 ölümünə görə 5000 (beş min) manat və X5 ölümünə görə 5000 (beş min) manat sığorta ödənişi ödənilməsi müəyyən edilmişdir. İşdə olan 7606 nömrəli və 7605 nömrəli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən X7 5000 manat və X4 6500 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini ödəməyi tələb edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh "xxxx" ASC–də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi, “Wolksvagen Passat” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 az ağır xəsarət almasına, X6 ölümünə, X1 ölümünə, X5 ölümünə səbəb olmuşdur. Zərər çəkmiş şəxslərin ölümü və xəsarət almaları ilə bağlı iddiaçı şirkət tərəfindən ümumilikdə 11500 manat sığorta ödənişi ödənilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cavabdeh təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM–nin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Odur ki məhkəmə hesab edir ki, cavabdehdən 11500 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 124.50 manat, ümumilikdə 11624.50 manat məbləğində pul vəsaiti alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 124.50 (yüz iyirmi dörd manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-2978/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2978/2024
30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver