Məhkəmə qərarları › İş №e-2(076)-312/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-312/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-312/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların onun himayəsində saxlanması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa 235 (iki yüz otuz beş) manat sabit pul formasında aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər faktiki olaraq evlənmiş, xx.xx.2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra Cavabdeh məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar anası Cavabdeh himayəsinə verilmişdir. Bundan sonra xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 bir müddət anaları ilə yaşasada, xx.xx.2014-cü il təvəllüdlü X7 anasının yanına getməkdən imtina etmiş və atası ilə yaşamışdır. Təxminən 2024-cü ilin sentyabr ayından X5 və X6 analarından imtina edərək ataları İddiaçı yanına gəlmişlər və hal-hazırdada ataları ilə birgə yaşayırlar. Əlavə olaraq qeyd edir ki, uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaqları üçün heç bir maddi yardım göstərmir. Ona görə də iddianın təmin edilərək, 16 may 2009–cu il tarixdə doğulmuş Aysun, 15 may 2013–cü il tarixdə doğulmuş Gülay və 13 may 2014–cü il tarixdə doğulmuş Nüsrət adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənərək xx.xx.2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bundan sonra məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar onun himayəsinə verilmişdir. Həmin vaxtdan qızları Aysun və Gülay onun himayəsində təxminən iki ildən artıq yaşamışlar, lakin oğlu Nüsrət onun yanına gəlməkdən imtina edərək atasının yanında qalmışdır. Təxminən 2024-cü ilin sentyabr ayında qızları Aysun və Gülay ataları ilə görüşə getmiş və qayıtmamış, hal-hazırda ataları ilə yaşayırlar. Hazırda o, uşaqlarının təkrar onun yanına qaytarılmasını tələb edir. Odur ki, nəzərə alaraq iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında pedaqoq X3 iştirakı ilə dindirilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra bir müddət anasının himayəsində qalmışdır. Sonradan yəni, 2024-cü ilin sentyabr ayından bacısı Gülay ilə birlikdə atasının yanına qayıtmışlar və həmin vaxtdan ataları ilə birlikdə yaşayırlar və bundan sonra da atası ilə yaşamaq niyyətindədir. Çünki atası onunla daha yaxşı davranır, ona qayğı, nəzakət göstərir, bütün problemləri ilə yaxından məşğul olaraq onun tələbtalarını qarşılayır. Anası onlara baxmadığı üçün onlar atasının yanına getmişdir. Məhkəmə iclasında pedaqoq X3 iştirakı ilə dindirilmiş xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra bir müddət anasının himayəsində qalmışdır. 2024-cü ilin sentyabr ayından bacısı Aysun ilə birlikdə atasının yanına qayıtmışlar və həmin vaxtdan ataları ilə birlikdə yaşayırlar. Atası onlarla daha yaxşı davranır, onlara qayğı, nəzakət göstərir, bütün problemləri ilə yaxından məşğul olaraq onların tələbtalarını qarşılayır. Məhkəmə iclasında pedaqoq X3 iştirakı ilə dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaq izahatında göstərdi ki, o 5 sinifdə oxuyur. Hazırda o atası ilə birlikdə yaşayır. Anası ilə qalmaq istəmir. Məhkəmə iddiaçının, cavabdehin və azyaşlı uşaqların izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-884/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəmkir rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2009-cu il tarixli, 71 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(076)-1728/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5, xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X7 adlı uşaqlar cavabdehlər X8, X9 və X4 alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi və onlar yetkinlik yaşına çatana qədər iddiaçı anaları Cavabdeh himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, qətnamə uşaq tələbinə dair hissədə icra olunan tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir RİHB-nın Aparatı tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli məktubdan və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar Şəmkir şəhəri, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində İddiaçı himayəsində yaşayırlar. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və hal-hazırda birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar İddiaçı himayəsində yaşayırlar.Uşaqlar məhkəmə iclasında dindirilərkən atalarının yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvarın 1–dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2024–cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,29 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş 50 manat mediasiya xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat mediasiya xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar