Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3504/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Uşağın himayəyə verilməsi və sabit pul formasında alimentin tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “Uşağın himayəyə verilməsi və sabit pul formasında alimentin tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh ilə rəsmi nikahdan doğulmuş X3 onun himayəsinə verilməsi və cavabdehdən onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Murad adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşdur. Aralarında olan nikah xx.xx.2009-cu ildə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Murad adlı iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə arasında olan nikah məhkəmə qaydasında pozulmuş, Şəmkir rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(076)-415/2021 saylı qətnaməsi ilə hər iki uşaq onun himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsindən sonra oğlu X7 öz istəyi ilə cavabdehin yanında yaşamaq üçün getmişdir. Ona görə də X7 cavabdehin himayəsində, X5 isə onun himayəsində yaşamışdır. Bu səbəbdən Cavabdeh Şəmkir rayon Məhkəməsində ona qarşı “Uşaq tələbinə dair” iddia qaldırmışdır, Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2022-ci ıl tarixli 2(076)-2672/2022 saylı qətnaməsi ilə cavabdehlə onun birgə nikahdan doğulmuş Əli adlı uşaq ondan alınıb cavabdehin himayəsinə verilmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışlar ki, hər birinin himayəsində bir uşaq yaşadığı üçün aliment ödənilməsin. Bir qədər sonra Əli adlı uşaqları onun himayəsinə qayıtmışdır, hazırda hər iki uşaq onun himayəsində yaşayır, cavabdeh uşaqların saxlanması üçün maddi yardım göstərmir, ona görə məhkəməyə müraciət edir. Onun qazancı uşaqların bütün xərclərini ödəməyə kifayət etmir, cavabdeh isə heç bir köməklik göstərmir, cavabdehin qazancı sabit deyil, o, fərdi əməklə məşğul olur. Maddi imkanı kifayət qədər yüksəkdir. Hər ay bir uşaq üçün 235 manat aliment ödəmək cavabdeh üçün çətin deyil. Odur ki cavabdeh ilə rəsmi nikahdan doğulmuş X3 onun himayəsinə verilməsi və cavabdehdən onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Murad adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hər iki azyaşlı uşağı onun yanında yaşayır, uşaq özü atasını istəmir, atasının yanında qalması ilə razılaşmır. Ona görə ki, cavabdeh uşaqları ilə kobud davranmış, Əli adlı uşaq məhkəmə qətnaməsi ilə cavabdehin yanda qalması müəyyən edilsə də, sonradan onun yanına gəlmiş və onunla birlikdə yaşayır. Bu səbəbdən uşağın onun himayəsində olmasının müəyyən edilməsini istəyir. Həmçinin qeyd edir ki, maddi imkanı olmadığından uşağın tələbatlarını təkbaşına qarşılaya bilmir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Həmçinin, hazırda fərdi əməklə məşğul olur, lakin uşaqların xərcini qarşılaya bilmir. Odur ki, izahatında göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və onun nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı ilə 2009-cu ildə ailə qurmuşdur. Aralarında olan nikah xx.xx.2009-cu ildə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Murad adlı iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı ilə arasında olan nikah məhkəmə qaydasında pozulmuş, Şəmkir rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(076)-415/2021 saylı qətnaməsi ilə hər iki uşaq iddiaçının himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsindən sonra oğlu X7 öz istəyi ilə onun yanında yaşamaq istəmiş və yanına gəlmişdir. Bu səbəbdən Şəmkir rayon Məhkəməsində iddiaçıya qarşı “Uşaq tələbinə dair” iddia qaldırmışdır, Şəmkir rayon Məhkəməsinin 16 dekabr 2022-ci ıl tarixli 2(076)-2672/2022 saylı qətnaməsi ilə iddiaçı ilə onun birgə nikahdan doğulmuş Əli adlı uşaq iddiaçıdan alınıb onun himayəsinə verilmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışlar ki, hər birinin himayəsində bir uşaq yaşadığı üçün aliment ödənilməsin. Bir qədər sonra Əli adlı uşaqları könüllü olaraq iddiaçının himayəsinə qayıtmışdır. Təxminən 4-5 ay olar ki, hər iki uşaq İddiaçı himayəsindədir və iddiaçı ilə yaşamaq istəyirlər. Həmçinin, qeyd edir ki, iddiaçının tələb etdiyi kimi onun hər ay hər uşaq üçün 235 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, özü heç bir yerdə işləmir və qazanc əldə etmir. Həmçinin iddiaçı ilə ayrıldıqdan sonra təkrar ailə həyatı qurmuşdur və ikinci evliliyindən bir övladı vardır. Bununla belə iddiaçıya hər ay hər uşaq üçün 200 manat məbləğində aliment ödəyə bilər. Odur ki, izahatında göstərilənlərə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 17 may 2010–cu il tarixdə Əli və 23 iyun 2015–ci tarixdə Murad adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh nikahı pozulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–415/2021 saylı qətnaməsindən görünür ki, X8 ilə X2 arasında xx.xx.2009-cu il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində bağlanmış və 285 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 adlı uşaqların anası X1 yanında qalması müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–2672/2022 saylı qətnaməsindən görünür ki, azyaşlı uşaq X3 anasının himayəsindən alınaraq atası X4 himayəsinə verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı X8 tərəflər arasında mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, rəsmi nikah bağlamışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2015-ci il təvəllüdlü Murad adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–415/2021 saylı qətnaməsi ilə X8 ilə X2 arasında xx.xx.2009-cu il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsində bağlanmış və 285 nömrə ilə qeyd edilmiş nikahın pozulmuşdur. Hal-hazırda tərəflərin birgə nikahından doğulmuş Əli və Murad adlı uşaqlar iddiaçının himayəsində yaşayır. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşağın himayədə olmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşağın hal-hazırda anası–İddiaçı yanında qalması müəyyən edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin izahatları ilə müəyyən edilmişdir ki, Əli və Murad adlı uşaqlar iddiaçının himayəsində yaşayır. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmŞərmin maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Həmçinin, məhkəmə iddia tələbinin təyin olunacaq alimentin xx.xx.2024-cü il tarixdən hesablanması hissəsinə qiymət verərək əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Əli adlı uşaq təxminən 4- 5 ay əvvələ kimi atasının himayəsində yaşamışdır. İddiaçı hər iki uşağın xx.xx.2024-cü il tarixdən onun himayəsində olmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təyin olunacaq aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşağın İddiaçı himayəsində yaşaması müəyyən edilsin. 02 sentyabr 2024–cü il tarixdən başlayaraq, 17 may 2010-cu il tarixdə doğulmuş Əli və 23 iyun 2015-ci il tarixdə doğulmuş Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına, iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 55 manat mediasiya xərcinin əvəzi tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3504/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3504/2024
28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver