Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3576/2025 30.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 28 mart 2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin tutulması, həmçinin Cavabdeh 28 mart 2023-cü il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək hər ay 150 (yüz əlli) manat məbləğində alimentin, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun və mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildə ailə qurmuşlar. Nikahlarını xx.xx.2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 iyul 2018-ci ildə Tamara və xx.xx.2023-cü il tarixdə Milay adlı iki övladı dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailədə olan normal münasibətlər pozulmuşdur. Cavabdeh ilə aralarında olan narazılığa görə 2021-ci ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-545/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2021-ci ildən başlayaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Tamara adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat sabit pul mələğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Bir müddət sonra Cavabdeh ilə barışıb birlikdə yaşamışlar. Lakin bir müddətdir ki cavabdehlə aralarında narazılıq olduğu üçün ayrılmışlar. Hazırda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-545/2021 saylı qətnaməsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-552/2025 saylı qərardadı ilə indeksasiya olunmuşdur. Övladları onun himayəsindədir. Cavabdeh birgə nikahda anadan olmuş övladlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Övladlarının bütün maddi xərclərini yəni uşaqların yeməyə, paltara və həkim xərclərinə olan ehtiyacılarnı gücbəla ilə ödəyir. Cavabdeh övladlarının saxlanılmasına biganə yanaşır, o isə tək ana olaraq uşağın saxlanılmasında maddi çətinlik çəkir. Hazırda cavabdeh işləyir və kifayət qədər maddi təminatlıdır. Bununla yanaşı hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması onun borcudur. Həmçinin hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Mediasiya Təşkilatına” müraciət edilmiş və bununla bağlı müvafiq arayış alınmışdır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər 2017-ci ildə faktiki olaraq evlənmiş və rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 26 iyul 2018-ci il təvəllüdlü Tamara və xx.xx.2023-cü il təvəllüdlü Milay adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-545/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2021-ci ildən başlayaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Tamara adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat sabit pul mələğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir.Hazırda iddiaçı aktiv əmək müqaviləsi ilə işləyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.4-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 26 iyul 2018-ci il təvəllüdlü Tamara və xx.xx.2023-cü il təvəllüdlü Milay adlı uşaqları anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Gəncə Asan Xidmət X4 rəsmi nikah bağlanmış və həmin nikah 1433 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2025–ci il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-545/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci ildən başlayaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Tamara adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment, xx.xx.2018-ci il təvəllüdlü Tamara adlı uşaq üç yaşına çatanadək iddiaçının özünə 50 (əlli) manat miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-552/2025 saylı qərardadın surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 545/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay, bir uşaq üçün 140 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasıya olunması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər 2017-ci ildə ildə faktiki olaraq evlənməklə, rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan 26 iyul 2018-ci il təvəllüdlü Tamara və xx.xx.2023-cü il təvəllüdlü Milay adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Tələbin ana üçün 150 manat sabit pul məbləğində aliment vəsaiti tutulması hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşağının 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən laborant kimi işə götürülmüş aylıq əmək haqqısı 470 manat təşkil edir. Göründüyü kimi qanun norması zəruri vəsaitə malik olan ərdən aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırki vəziyyətdə isə iddiaçı Cavabdeh zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, eləcə də, belə bir halın mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşına çatanadək cavabdehdən ana üçün sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı saymır. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının vəkilə ödənilmiş 400 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində tələbi əsassızdır.Odur ki, tələb həmin hissədə rədd edilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü Milay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Belə ki, "Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü Milay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-3576/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3576/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver