Məhkəmə qərarları › İş №e-2(076)-464/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-464/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-464/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1840/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş 190 manat məbləğində alimentin miqdarının azaldılaraq sabit 100 manat miqdarında, uşağın müalicəsi üçün təyin edilən 90 manat miqdarında sabit pul vəsaitinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı övladı anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1683/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixli, 2(076)-124/2020 saylı qətnaməsi ilə təyin olunan alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1778/2020 saylı qətnaməsi ilə müəyyən edilən müalicə xərci artırılaraq 70 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh yenidən məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-1840/2024 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq 190 manat sabit pul məbləğində, uşağın müalicəsi üçün əlavə pul vəsaiti isə artırılaraq 90 manat miqdarında təyin edilmişdir. Aliment və müalicə pulunu ödəmək iqtidarında deyildir və buna görə də Şəmkir Rayon Məhkəməsinin 3(076)-1146/2023 saylı qərarına əsasən inzibati qaydada həbs edilmişdir. Bundan qabaq ailə həyatı qurduğu X4 ilə nikahından dünyaya gələn övladı X5 görə 150 manat aliment ödəyir və uzun sürən xəstəlikdən əziyyət çəkir. Məhkəmədə təyin edilən xəstəliklə bağlı pul vəsaiti lüzumsuz olaraq təyin edilir, beləki övladı Ayxan əməliyyat olunmuşdur və onun hər hansı problemi yoxudr, müalicə almır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiyərək izahatında bildirdi ki, İddiaçı ilə 2013-cü ildə aildə qurmuşlar. İddiaçı ilə birgə nikahdan xx.xx.2014-cü ildə Ayxan adlı uşağı dünyaya gəlmişdir. İddiaçıla aralarında olan narazılığa görə 2016-cı ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Ayxanın saxlanılması üçün 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş Ayxan adlı uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği artırılaraq 190 manat müəyyən edilmiş və cavabdehdən uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 90 manat əlavə xərcin tutulması qət edilmişdir. Övladı Ayxan orta məktəbə gedir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Konsultativ poliklinikasında və Azərbaycan Respublikası Tibb X1 Klinikasına övladı Ayxanın sol gicgah çənə oynağının ankilozu alt çənənin inkişafdan qalması, lateroqnatiya, birincili hissəli adentiya açıq dişlərin İİ dərəcəli anomaliya, çeynəmənin əhəmiyyətli pozulması diqanozu qoyulmuşdur. Hazırda övladının müntəzəm olaraq müalicəyə və müayinə ehtiyacı var. Övladının müayinə, müalicələrinə və dərmanlarına xeyli vəsait tələb olunur. Bu da iddiaçı tərəfindən ödənilən alimentin övladının təhsil, müalicə, müayinǝ, dərman, yemək və geyimək xərcələrini ödəmir. Həmçinin övladının 2024-cü ildə əməliyat olunmuş, lakin əməliyatdan sonrada övladı tam olaraq düzəlməmişdir. Hazırda övladının müalicə və müayinələri davam etməkdədir. İddiaçın verdiyi alimentlə övladının tələbatlarını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən övladına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq heç bir ödəniş etmir. Övladının əməliyyat xərclərini özü qarşılamışdır. Cavabdeh Ayxanın saxlanılması üçün qeyd oluna xərclərə görə əlavə maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Ailə qanunvericiliyinə əsasən uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Övladım müalicəsi və müayinəsi üçün dəfələrlə Bakı şəhərinə getmiş və hazırda da getməkdədir. Bilindiyi kimi bunlar üçün xeyli vəsait tələb olunmaqdadır. Lakin iddiaçının ödədiyi aliment pulu ilə bu qədər xərci qarşılamaq yetərli deyildir. Övladı müalicəsi və müayinəsi uzun illərdir ki davam edir və həkimlər bildirir ki, uzun müddətdə davam edəcəkdir. İddiaçı bir valideyn kimi öz vəzifəsini icra etməldir. Ona görə İddiaçı ona qarşı alimentin miqadarının azaldılması tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-119/2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Kemran adlı uşaöın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 2(076)-119/2021 saylı 16 fevral 2021-ci il tarixli Şəmkir Rayon Məhkəməsinin icra vərəqinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Kemran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Kemran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment müəyyən edilməsi və borclu İddiaçı alınıb tələbkar X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli Şəmkir Rayon Məhkəməsinin icra vərəqinin surətindən görünür ki, 10 yanvar 2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-124/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1778/2020 saylı qətnaməsi ilə təyin edilmiş uşağın müalicəsi üçün əlavə pul vəsaitinin miqdarı artırılaraq 70 (yetmiş) manat həddində müəyyən edilmiş və cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan 2(076)-1840/2024 saylı 09 iyul 2024-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin icra vərəqindən görünür ki, 10 yanvar 2014–cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–1683/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində və uşağın müalicəsi üçün əlavə pul vəsaitinin miqdarı artırılaraq hər ay 90 (doxsan) manat həddində müəyyən edilsin və cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, İddiaçı hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 190 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün əlavə pul 90 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/1/MT007/2024-02201 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixdə saat 11:00-da, xx.xx.2024-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər, lakin Cavabdeh mediasiya prosesinin davam etdirilməyə razılıq verilməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X2 epikrizin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə çənənin sol oynaq və tac çıxıntılarının rezeksiyası, Ankilotik toxumaların götürülməsi, sol oynaq çıxıntısının qabırğa qrefti kostoxondral autotransplantat ilə artoplastikası əməliyatı keçirilmiş və təkrar müayinələrdən keçməsi üçün müraciətlər edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat, 2025-ci il üzrə isə 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə İddiaçı yenidən ailə həyatı qurması, əlavə gəlirlərin olmaması, azyaşlı uşağına aliment vermək imkanının məhdud olması və uşağın əlilliyi ilə əlaqədar cavabdehin pensiya alması ilə bağlı qeyd etdiklərini əsaslı saymır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi həmin xüsusat onun uşağı barəsində valideynlik vəzifələrini yerinə yetirməkdən, o cümlədən uşağına aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa qanunverciliyin tələbinə görə ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilə bilər ki, iddiaçı aliment müəyyən edildikdən sonra özünün ailə və və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar