Məhkəmə qərarları › İş №e-2(076)-493/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-493/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-493/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi İddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2650486Vəkil1, Cavabdeh X1 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin borcunun silinməsi” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment tutulmasına başlanılması ilə bağlı 2018-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixinə kimi olan müddətdə yığılmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X4 arasında olan nikah Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(076)-2373/2018 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra hər ay hər uşağa görə 100 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. İddiaçı 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmış, xidmətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidməti davam etdirmək qərarına gəlmişdir. Həmin tarixdən etibarən Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. O, 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 17 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 14 mart 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 9 iyul 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 11 aprel 2019cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 21 sentyabr 2018ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 21 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2cimaddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı 66 ay müddətində həbsdə saxlanıldıqdan sonra 06 dekabr 2022-ci il tarixində azadlığa çıxmışdır. 66 ay həbsdə olduğu müddətdə aliment ödəmək iqtidarında olmadığı üçün 14 iyul 2023-cü il tarixli icra sənədinə əsasən 11200 (on bir min iki yüz) manat aliment borcu yaranmışdır. Hazırda bu borc və uşaqlar üçün təyin edilmiş aliment məbləği hər ay maaşının 70% məbləğində ondan tutulur. 29 Aprel 2023-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşağa görə 180 manat aliment ödənilməsi qət edilib. Yeni aliment məbləği və əvvəlki illərdən yığılmış borcların onun əmək haqqından çıxılması onun vəziyyətini ağırlaşdırır. İddiaçı gördüyü işgəncələr nəticəsində səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün də kifayət qədər xərc çəkmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək aliment tutulmasına başlanılması ilə bağlı 2018-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixinə kimi olan müddətdə yığılmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2650486Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 və onun vəkili iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün iddiaçı həbsdə olan zaman kifayət qədər çətinlik çəkmiş, həmin vaxtaı aliment müəyyən edilsə də iddiaçı həbsdə olduğundan ödəyə bilməmişdir. Hazırda iddiaçı həbsdən azad edilmiş və maddi durumu kifayət qədər yaxşıdır. Çünki ona həbsdə saxlanıldığı dövr üçün dövlət tərəfindən 120000 manat məbləğində kompensasiya verilmişdir. Həmin məbləğin isə çox cuzi bir hissəsi aliment borcunu tamamilə ödəməyə kifayət edir. Lakin iddiaçı uşaqların saxlanılması üçün nəzərdə tutulmuş aliment vəsaitini ödəmək əvəzinə, özünə ev tikdirirərək avtomobil almış, yenidən ailə qurmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-1075/2023 saylı 29 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2373/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 15 mart 2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, 14 mart 2018-ci tarixində iş üzrə ibtidai istintaq tamamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 9 iyul 2018-ci il tarxili hökmü ilə İddiaçı 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. ********* nömrəli cinayət işinin İddiaçı 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-cimaddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarı ilə İddiaçı 06 dekabr 2022-ci il tarixində həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT0033/2023-00261 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixə saat 10:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli 162579/2023 nömrəli Gəncə şəhəri İcra İdarəsinin tərəfindən yazılmış məktubdan görünür ki, X6 tələbkar X10 aliment borcu 11200 manat təşkil edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Süleyman və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(076)- 2373/2018 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 100 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1075/2023 saylı 29 aprel 2023-cü il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq hər uşağa hər ay 180 manat müəyyən edilmişdir. İddiaçı 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 330.3, 331.2, 331.3, 332.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən (bəraətverici əsaslarla) xitam verilmiş və o dərhal həbsdən azad edilmişdir. Hazırda iddiaçı həbsdə olduğu dövrdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa 100 manat, cəmi 200 manat aliment öhdəliyindən azad olunaraq yığılmış aliment borcunun silinməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, mübahisənin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. Qeyd edilən normalar baxımından məhkəmə hesab edir ki, hər bir halda uşağın üstün mənafeyi başlanğıc prinsipdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının iddiası ilə razılaşmır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələblərinin təmin edilməsi üçün qeyd olunan maddələrdə nəzərdə tutulan əsaslar yoxdur. Belə ki, aliment borcunun məhz iddiaçının xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsi, habelə onun ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsi mülki iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X3 qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar