Məhkəmə qərarları › İş №e-2(076)-970/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-970/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-970/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü ildən hesablanmaqla xx.xx.2012-ci ildə anadan olmuş X4 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlaması üçün hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixində Gəncə Asan Xidmət X1 nikahlarını 1035 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə X6, xx.xx.2014-cü ildə isə X5 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri üst-üstə düşmədiyindən və dəfələrlə uşaqların saxlanması üçün maddi yardım istəsə də könüllü şəkildə razılıq vermədiyindən 2023-cü ilin may ayında dəfələrlə müraciət edərək fayda əldə etmədiyindən sonda Mediasiyaya müraciət etmiş, lakin mediasiya prosesinin də heç bir faydası olmadığından və cavabdehin uşaqların saxlanması üçün bugünə qədər lazımı maddi yardım göstərməməsi və uşaqlara qarşı laqeydliyi səbəbindən məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh kifayət qədər qazanclı işlə məşğul olsa da, əvvəllər uşaqların xəstəliyi ilə əlaqədar bütün müalicə və s. xərclərini ödəsə də hazırda könüllü olaraq bu xərcləri tam ödəmir, uşaqların bütün maddi və mənəvi ehtiyaclarını qarşılamır. Evin bütün yükü onun üzərindədir. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq aliment ödəmədiyindən və hazırda da Rusiyada yaşadığından məcbur qalaraq əvvəl də Şəmkir Rayon Məhkəməsinə müraciət etsə də vəkili olmadığından və həmin mülki işin iclasına gecikdiyindən aliment barədə qərar çıxarılmasına nail ola bilməmiş və həmin mülki iş baxılmamış saxlanılmışdır. Onun ailəsinə qarşı belə laqeydliyindən və yalnız əmlakını mənimsəmək fikri güddüyündən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün 470 manat aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni iddiada qızıl-zinət və cehiz əşyalarının və nikahlarını pozulmasını tələb edə bilmədiyindən həmin iddianı və əmlak tələbini də sonradan qaldıracaqdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2023-cü ildən hesablanmaqla xx.xx.2012-cü ildə anadan olmuş X4 və xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlaması üçün hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmisini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək Cavabdeh uşaqları xx.xx.2012ci il təvəllüdlü X4 və xx.xx.2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində xx.xx.2023-cü ildən tarxindən başlayaraq aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İV serialı 963494 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov X3 Gulay Hilal qızı ilə 11 iyun 2014-cü ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verişmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 25.0.2023-cü il tarixli, MŞQ/1-00270 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur, 2024-cü il üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı ərizəsində alimentin tutulması müddətinin xx.xx.2023-cü il tarixdən hesablanmasını tələb etsə də, məhkəmə hesab edir ki, alimentin ödənilməsi iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən baxılmamış saxlanılmışdır. Ailə Məcəllənin 100.3-cü maddəsində qeyd edilir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment üç illik müddət həddində verilə bilər. Hazırki iş üzrə isə iddiaçının xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etsə də həmin mediasiya arayışı ilə daha əvvəl aliment almaq üçün məhkəməyə müraciət etdiyi müəyyən edilmiş, alimentin verilməməsi cavabdehin boyun qaçırması nəticəsində deyil, iddiaçının üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməməsi nəticəsində iddia ərizəsinin baxılmamış saxlanılması ilə əlaqədar olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilənlər alimentin əvvəlki dövr üçün tutulmasına əsas vermir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 4560 manatdır (380x12). İddia təmin edildiyindən ödənilməli olan 65,6 (altmış beş manat altmış qəpik) manat dövlət rüsumundan 15,60 manat (50 manat mediasiya xərci ödənildiyi üçün) cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 15,6 (on beş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar