Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-199/2024 14.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X16 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesabın aparılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesabın aparılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı borcu üzrə 2.795,59 manat, əmək haqqının verilməsinin xx.xx.2024-cü il tarixinə kimi gecikdirilməsi üçün illik 1 faiz dərəcəsi ilə hesablanan 8.580,01 manat faiz borcu, 513,88 manat məzuniyyət pulu borcu olmaqla, cəmi 11.889,48 manat borcun, 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 520 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Cavabdeh MMC-də “elektrik çilingəri” vəzifəsində işləmişdir. Əmək haqqı məbləği 575 manat müəyyən edilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68.2 (b) maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bugünə kimi Cavabdeh MMC-də işlədiyi dövr ərzində alacağı “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı”nı, eləcə də məzuniyyət pulunun bir hissəsini almamışdır. "xxxx" "xxxx" MMC-yə məxsus “Davamiyyət Jurnalı” və Əməliyyat Jurnalı”ndan görünür ki, işlədiyi dövr ərzində qeyri-iş günlərində işə çıxmağı barədə qeydlər öz əksini tapmışdır. Cavabdeh MMC tərəfindən əmək hüquqlarının pozulması barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional şöbəsinə müraciət etmiş, müraciətə baxılaraq cavab verilmişdir ki, “Müəssisədən təqdim edilmiş məktubda işdən azad edilən gün, xx.xx.2023-cü il tarixdə Sizin əmək haqqı kartınıza "xxxx" vasitəsi ilə 830 manat 22 qəpik son haqq-hesab köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı aşağıdakı kimi ödənilir. 1. əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla 2. əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Aşkar edilmiş nöqsanlara görə tərəflərindən Cavabdeh MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Sizin son haqq-hesabınızın yenidən hesablanaraq ödənilməsi üçün tərəflərindən müəssisəyə xx.xx.2023-cü il tarixli 3-17-5/2-48968/2023 saylı icrası məcburi göstəriş məktubu göndərilmişdir.” Cavab məktubundan da göründüyü kimi, Cavabdeh MMC-dən “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı”nı almamışdır. İddia ərizəsinə qoşma kimi əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 622,94 manat aprel ayının, xx.xx.2023-cü il tarixdə 778,31 manat may ayının, xx.xx.2023-cü il tarixdə 779,56 manat iyun ayının, xx.xx.2023-cü il tarixdə 778,31 manat iyul ayının, xx.xx.2023-cü il tarixdə 778,31 manat avqust ayının, xx.xx.2023-cü il tarixdə 778,31 manat sentyabr ayının əmək haqqı və xx.xx.2023-cü il tarixdə 830,22 manat son haqq hesab kimi ona məxsus əmək haqqı kartına köçürülmüşdür. Həmçinin, özü “Vətən Müharibəsi” iştirakçısı olmuş, Füzuli, Qubadlı və Laçının işğaldan azad olunmalarına görə medalları ilə təltif edilmiş və veteran vəsiqəsinə sahibdir. Cavabdeh MMC onun “Vətən Müharibəsi” iştirakçısı olduğundan məlumatlı idi. Lakin “son haqq-hesab”da məzuniyyətin hesablanmasında yuxarıda qeyd olunanları nəzərə almayaraq, 455,06 manat məzuniyyət pulu köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, X4, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Qanunvericiliyin tələbinə əsasən ona illik 46 günlük məzuniyyətlə hesablanmalı və 6 ay üçün məzuniyyət pulu ümumilikdə 968,94 manat məzuniyyət pulu verilməli idi. Hesabdan çıxarış və cədvəldən göründüyü kimi, cavabdehin ona ödənilməmiş maaş borcu üzrə 2.795,59 manat, xx.xx.2024-cü il tarixinə kimi maaşın gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu üzrə 8.580,01 manat və məzuniyyət pulu borcu olaraq 513,88 manat cəmi 11.889,48 manat borcu yaranmışdır. İlkin mediasiya sessiyasında iştirak etmək barədə Mediasiya Şurasına müraciət etmişdir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5508/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarını qoşma kimi iddia ərizəsinə əlavə edir. Prosesin gedişində İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ödənilməmiş əmək haqqı borcu üzrə 2.795,59 manat, əmək haqqının verilməsinin xx.xx.2024-cü il tarixinə kimi gecikdirilməsi üçün illik 1 faiz dərəcəsi ilə hesablanan 10.200,53 manat faiz borcu, 513,88 manat məzuniyyət pulu borcu olmaqla, cəmi 13.510 manat borcun, 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 520 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə prosesi davam etdiyindən xx.xx.2024-cü il tarixə kimi gecikdirilmiş hər bir ay üçün hesablanmış faiz borcunun məbləğində dəyişiklik olmuşdur. Cədvəldə xx.xx.2024-cü il tarixə olan hər bir ay üçün əmək haqqı məbləğinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu barədə ətraflı məlumat verilmişdir. Gecik Əmək Ödənilən Əmək haqqının miş Hesablanmış Hesabla nan Ödənilməli Ödənilməyən haqqının Aylar Ödənilməli ödənilməli olduğu ƏH cərimə borcu ƏH (nett) ƏH ƏH ƏH ödənildiyi ƏH-nın 1 faizi tarix görə (1%) tarix gün aprel 2023 621.00 515.00 5.15 429 2,209.35 1377.00 1136.61 xx.xx.2023 xx.xx.2024 may 1826.57 1495.39 778.31 720.00 7.20 398 2865.6 2023 xx.xx.2023 xx.xx.2024 iyun 1639.94 1348.18 779.25 569.00 5.69 xx.xx.2023 xx.xx.2024 366 2082.54 2023 iyul 1410.11 1163.15 778.31 384.84 3.84 xx.xx.2023 xx.xx.2024 337 1294.08 2023 avqust 1262.50 1044.31 778.31 266.00 2.66 2023 xx.xx.2023 xx.xx.2024 306 813.96 Sentyabr 1355.35 1119.06 778.31 340.75 3.4 2023 xx.xx.2023 xx.xx.2024 275 935 oktyabr 2023 431.25 375.16 375.16 0 0 xx.xx.2023 xx.xx.2023 0 0 Cəmi 7681.86 4888.65 2795.59 10200.53 Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ”X9 Şəbəkəsi” MMC-də işləyən dövr ərzində alacağı “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı”nı, eləcə də məzuniyyət pulunun bir hissəsini almamışdır. Aşağıda qeyd olunanlara əsasən iddia tələbini tam əsassız hesab edir: "xxxx" REŞ MMC-nin işğaldan azad olunmuş ərazidə yerləşməsi, infrastrukturla təchiz edilmədiyi, gediş-gəliş üçün şəraitin olmaması və ümumilikdə yaşayış şəratinin ağırlığını nəzərə alaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmri ilə "xxxx" REŞ MMC-nin işçilərinin müvəqqəti aylıq əlavələrin tarif maaşına nisbətinin 0.5 yüksəldilməsi qərara alınmışdır. İddiaçının işlədiyi dövr ərzində əmək haqqı və ona əlavələrinin, o cümlədən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabını alması faktı, iş materiallarında olan əmək haqqı kartından çıxarış, "xxxx" REŞ MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı, həmçinin iddiaçının məhkəmənin hazırlıq iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində işlədiyi dövr ərzində ”X9 Şəbəkəsi” MMC-nin davamiyyət jurnalında istirahət və iş günü hesab edilməyən bayram günlərində qrafalarda imzalarını əsas gətirərək həmin günlərdə işlədiyini və həmin günlərə görə ona əmək haqqına əlavələrin verilməli olmasını bildirmişdir. Halbuki şəxsin qeyri-iş günlərində öz istəyi ilə iş yerinə gələrək davamiyyət jurnalında iş günü hesab edilməyən günlər olan qrafalarda imza etməsi özlüyündə işçinin həmin günlərdə işləməsinə dəlalət etmir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatda iş günü hesab edilməyən günlərdə onun əmək funksiyasına aid hər hansı bir işi yerinə yetirmədiyini, guya müəssisə rəhbərliyini göstərişi ilə müəssisənin həyətində ağac əkdiyini bildirmişdir. Lakin iddiaçı öz növbəsində cavabdeh təşkilatın rəhbərliyi tərəfindən onun əmək funksiyasına aid olmayan işə cəlb edilməsi (ağac əkməsi), həmçinin işlədiyi dövr ərzində onun iş günü hesab edilməyən günlərədə bu qaydada işə cəlb edilməsinə dair aidiyəti orqanlara müraciət etməsi barədə də hər hansı sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir. AR Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Adı çəkilən maddənin məzmunundan aydın olur ki, əmək haqqı, o cümlədən ona əlavələr işçiyə əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə verilən ödəncdir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni konkret iş günü hesab edilməyən günlərdə onun “elektrik çilingəri” vəzifəsi üzrə əmək funksiyasına aid olan işi yerinə yetirməsini sübuta yetirə bilməmişdir. Məhz yuxarıda qeyd edilən maddəyə əsaslanaraq hesab edir ki, iş günü hesab edilməyən günlərdə iddiaçının əmək müqaviləsi üzrə əmək funksiyasına aid olan işin görülməsinə dair cavabdeh təşkilat tərəfindən hər hansı bir rəsmi göstəriş verilmədən, onun tərəfindən əmək müqaviləsi ilə “elektrik çilingəri” vəzifəsinin əmək funksiyasına aid olmayan işi yerinə yetirdiyinə görə hansı ki, bu hal belə öz növbəsində iddiaçı tərəfindən sübuta yetirilməmişdir- cavabdeh təşkilata qarşı əmək haqqı verilməsinə dair iddia tələbi tamamilə əsasızdır. Həmçinin iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin əməliyyat jurnalının 2023-cü ilin aprel-may ayının iş günü hesab edilməyən günlərinə aid olan qeydlərdən aydın olur ki, iddiaçının həmin günlərdə növbədə olması ilə bağlı qeydlər ümumiyyətlə mövcud deyildir. İddiaçı həmçinin iddia ərizəsində ”X9 Şəbəkəsi” MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinn 4-cü hissəsinə əsasən xx.xx.2023- cü il tarixli MN ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib edildiyini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional şöbəsinin son haqqhesabın yenidən hesablanaraq ödənilməsi üçün cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixli 3-17-5/2-48968/2023 saylı icrası məcburi göstəriş məktubu göndərilməsini qeyd etmişdir. Bildirmək istərdi ki, İnzibati xəta haqqında protokol hüquqi şəxs, yəni məhz ”X9 Şəbəkəsi” MMC barədə tərtib olunmamış və özlüyündə preyudusial əhəmiyyətə malik olmadığından protokolda öz əksini tapan halların hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia tələbinə dair sübut qismində göstərilməsi tamamilə əsasızdır. Belə ki, AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Onu da əlavə edir ki, "xxxx" MMC tərəfindən verilən məlumata əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-48968/2023 saylı məktubu ümumiyyətlə "xxxx" MMC-yə daxil olmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçı X2 ”X9 Şəbəkəsi” MMC-yə qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, işə götürən Mircəlal Hüseynov barəsində tərtib olunan protokol onun tərəfindən ödənilmişdir. Ödənişlə bağlı qəbz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən məhkəməyə təqdim edilmişdir. İşəgötürən tərəfindən protokol mübahisələndirilməmişdir. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Qeyd olunanlardan göründüyü kimi iddia əsaslıdır. Odur ki, cavabdehin hərəkətlərini iddianın etirafı kimi qəbul edilərək, xx.xx.2024-cü il tarixli iddia tələbinin artırılması barədə ərizə nəzərə alaraq iddia təmin olunmalıdır. Cavabdehin xx.xx.2024-cü il tarixində elektron kabinetinə yerləşdirdiyi tabellər və arayışa münasibətdə bildirmək istəyir ki, 1-cisi, tabel uçot vərəqəsində işçinin imzası olmalıdır. 2-cisi, təqdim olunan tabel uçot vərəqəsinə əsasən, iyul ayında iddiaçı 5 günlük rejimdə 21 gün işləmişdir. Lakin davamiyyət jurnalına əsasən, 3 iyul 2023-cü il tarix həftənin 1-ci gününə düşür, lakin iddiaçı həmin gün işə gəlməmişdir, 13, 14, 15 iyul və 31 iyul tarixləri də həftə içi olsa da, iddiaçı həmin gün işdə olmamışdır. Təqdim olunmuş tabel uçot vərəqəsində isə işə çıxmış göstərilib, avqust ayının 1-6-sı tarixlərində iddiaçı icazə almışdır. Lakin yenə də, sonradan düzəldilmiş tabel uçot vərəqəsində iddiaçının həmin tarixlərdə işdə olduğu göstərilmişdir. Cavabdehin sonradan hazırladıqları tabel uçot vərəqəsi sübutların saxtalaşdırılmasına yönəlmiş hərəkətdir. Tabel uçot vərəqəsində məsul şəxsin imzası belə yoxdur. Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh qurum barəsində müvafiq tədbirlər görülməsini xahiş edir Cavabdehin vəkilinin elektron sənəd dövriyyəsinə əlavə etdiyi məlumatda iddiaçının aprel və may aylarında əlavə işlədiyi qeyd olunmuşdur. Bundan əvvəlki proseslərdə cavabdehin vəkilinin verdiyi izahatlarda ziddiyyət olduğunu göstərir. Həmçinin şahid qismində çağırılmış Hacıağa iddiaçı ilə növbəyə çıxmadığını bildirmişdir. Lakin hazırda iddiaçının aprel və may aylarında işə çıxdığı deyilir. Odur ki, Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən, şahid barəsində müvafiq tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmumuna uyğun izahat verdi və iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də növbətçi mühəndis vəzifəsində işləyir. İddiaçı ilə birlikdə işə hazırlıq kursunda olmuş və sonradan bir yerdə işləmişlər. İddiaçı elektrik çilingəri işləyirdi. İş qrafiki növbəli olmuşdur. İstirahət günləri İdarənin ərazisində yerləşən otaqda qalsalar da, işləməmişdirlər. Evindən uzaqda qalanlar ayda bir dəfə 5 günlük icazə alıb evinə gedirdi. İddiaçı ilə növbəyə çıxmışdır. Davamiyyət jurnalına hər gün imza edilsə də, istirahət günləri işləməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may-iyun aylarından "xxxx" MMC-də 330/110 kV “X20” YS-nın rəisi vəzifəsində işləyir. İşğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün yarımstansiya işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ərazidə yataqxana kompleksi yaradılmışdır. YS-dan kənar ərazilərdə mina və partlayıcı sursatlardan işçilərin müdafiə olunması üçün onlar ANAMA-nın ümumi təlimatına uyğun təlimatlandırılmış və ərazini tərk etməmələri məqsədilə davamiyyət jurnalında işçilərin qeydiyyatı aparılmışdır. İddiaçı həmin idarədə ondan əvvəl elektrik çilingəri vəzifəsində işləmişdir. İş qrafiki aprel-may ayında növbəli olmuş, o gəldikdən sonra beşgünlük iş həftəsinə keçilmişdir. İşçilər istirahət günləri İdarənin ərazisində yerləşən yataqxanada qalsalar da, heç bir işə cəlb edilməmişdir. Evindən uzaqda qalanlar ayda bir dəfə 5 günlük icazə alıb evinə gedirdi. İddiaçı həftə sonları işləməmişdir. Hər ay 9 gün evində qalıb. Bir dəfə də, atası əməliyyat olunduğu üçün icazə alıb evə getmişdir. Özü gəldikdən sonra iyun ayından qrafikləri tərtib etmişdir. Əliqulu qrafikdə olmamışdır. Bütün şənbə-bazar günlərini evə getməyib. Həmin günləri İdarənin ərazisində qaldığına görə, digər vaxtlarda 9 gün evə gedib. Sadəcə işçi davamiyyət jurnalına imza edirdi ki, idarənin ərazisindədir, heç hara getməmişdir. İşçilərin davamiyyət jurnalına imza qoyması işləmələri ilə bağlı olmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini işdəki sənədlər, sübutlar və işin bütün faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İşəgötürən "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov X14 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" MMC, 330/110/10 KV-luq “Cəbrayıl” yarımstansiyasına elektrik çilingəri (5-ci dərəcə) vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndinə görə işin birinci 2 ayı sınaq müddəti hesab edilir. 2.3-cü bəndinə görə, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-ci il tarixinədək 3 ay müddətinə bağlanmışdır. 4.1-ci bəndinə görə, işçiyə hər ay 575 AZN məbləğdə əmək haqqı ödənilir. Müqavilənin 4.18-ci bəndinə görə isə, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.28 və 4.29-cu bəndlərinə əsasən, işçinin iş ilinin xx.xx.2023xx.xx.2024 aylardan ibarət dövr əhatə edir və ona hər növbəti (birinci iş ili başlanan və bitən gün, ay və il) iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. Əsas məzuniyyətinin müddəti 46 təqvim günüdür. - "xxxx" MMC-nin 330/110 KV “X18” YS-nin Əməliyyat jurnalından görünür ki, İddiaçı 2023-cü ilin aprel və may aylarında növbəli iş rejimində işləmişdir. 2023-cü ilin may ayı üzrə, saat 08:00-dan 08:00-dək olmaqla, 01.05-xx.xx.20223, 08.05-xx.xx.2023, 12.05-xx.xx.2023, 16.05-xx.xx.2023, 20.05-xx.xx.2023, 24.05-xx.xx.2023 və 28.05-xx.xx.2023-cü il tarixlərində növbədə olmuşdur. İş vaxtının cəmin aylıq iş norması həddini keçməmişdir. - "xxxx" MMC-nin 330/110 KV “X18” YS-nin Davamiyyət jurnalından görünür ki, İddiaçı 2023-cü ilin aprel-may aylarında işləmədiyi günlərdə də YS-nin ərazisində olmuşdur. 2023-cü ilin iyun ayında 6 gün, iyul ayında 8 gün, avqust ayında 8 gün və sentyabr ayında 9 gün olmaqla, evə getmək üçün icazə almış və YS-nin ərazisində olmamışdır. - Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, DƏ/118 saylı “Qarabağ REŞ" MMC-nin işçilərinin əmək haqlarına əlavələrin artırılması barədə əmrinin surətindən görünür ki, "xxxx" MMC-nın işçilərinin müvəqqəti aylıq əlavələrinin tarif (vəzifə) maaşlarına nisbəti xx.xx.2022-cı ıl tarixindən etibarən 0.3 (sıfır tam onda üç) misildən 0.5 (sıfır tam onda beş) mislə yüksəldilmişdir. - "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov X6 xx.xx.2023-cü il tarixli, 219/k saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, "xxxx" MMC, 330/110/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının elektrik çilingəri İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam veriİmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi həmin tarixdə müvafiq qurumun sisteminə daxil edilmişdir. - xx.xx.2023-cü il tarixli, 2 saylı ödəniş tapşırığının surətindən görünür ki, "X9 Şəbəkəsi" MMC tərəfindən son haq-hesab qismində İddiaçı "xxxx" ASC-də olan hesabına 830,22 manat pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qarabağ regional şöbəsinin əmək müfəttişi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "X9 Şəbəkəsi" MMC-nin sabiq işçisi İddiaçı iş vaxtından artıq işlədildiyi, istirahət günlərində işə cəlb edildiyi, nəticədə işçiyə istirahət günlərində görülən işə görə əmək haqqı ödənilmədiyi, bununla da, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-ci maddəsinin tələblərinin pozulması, "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov X14 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qarabağ regional şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən Məmməd Bayramovun xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov Mir X3 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-48968/2023 saylı məktubun surətindən görünür ki, İddiaçı "X9 Şəbəkəsi" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətinə X12 Xidmətinin Qarabağ regional şöbəsində baxılmış, MMC tərəfindən məktubla təqdim edilən sənədlərdən məlum olmuşdur ki, İddiaçı işdən azad edilən gün, xx.xx.2023-cü il tarixdə onun əmək haqqı kartına "xxxx" vasitəsi ilə 830,22 manat son haqq-hesab köçürülmüşdür. Beləliklə, MMC-nin direktoru tərəfidən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü. (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin 5-ci bəndinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Ona görə də, İddiaçı iş günü hesab edilməyən istirahət günü və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) ödənilməsi, eyni zamanda, kollektiv müqavilədə nəzərdə tutulmuş maddi yardımın ödənilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə X12 Xidmətinin Qarabağ regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. - xx.xx.2023-cü il tarixli, OD000412 saylı ödəniş tapşırığının surətindən görünür ki, "X9 Şəbəkəsi" MMC tərəfindən Hüseynov X6 əmək haqqından 700 manat cərimə məbləği tutularaq dövlət büdcəsinin hesabına köçürülmüşdür. - "X9 Şəbəkəsi" MMC-nin direktoru Hüseynov X14 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Qarabağ regional şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-9/122/2-11-1-3/2023 saylı məktubun surətindən görünür ki, Şöbənin xx.xx.2023-cü il tarixli 3-17-5/2-40712/2023 saylı məktubuna baxılmış, bildirilmişdir ki, İddiaçı "xxxx" ASC-nin İşə Qəbul Komissiyası tərəfindən keçirilən imtahanda qeyri-qənaətbəxş nəticə göstərməsinə baxmayaraq, o, Vətən Müharibəsi iştirakçısı olduğu üçün cari ilin 24.02-04.03 tarixlərində "xxxx" ASC-nin Tədris Mərkəzində kursa cəlb olunmuş və xx.xx.2023-cü il tarixində "xxxx" MMC- nin 330 KV “X18” YS-da elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İşçinin iş yeri işğaldan azad edilmiş ərazidə yerləşməsi və gediş-gəliş üçün şəraitin olmaması səbəbindən o, müvəqqəti yaşamaq üçün yarımstansiya ərazisində yerləşən mühəndis yataqxanasında yerlə təmin olunmuşdur. İddiaçı 5 günlük iş rejimində saat 08:00-dan 17:00-dək (nahar fasiləsi 12:00- 13:00) işləmiş, qeyri istirahət və bayram günlərində işə cəlb olunmamışdır. İddiaçı vəzifə təlimatında göstərilən əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş, işçinin aylıq əmək haqqları və son haqq hesabı mövcud qanunvericiliyə əsasən hesablanmış və onun əmək haqqı kartına ödənilmişdir. Vətən müharibəsi iştirakçısı olduğu nəzərə alınaraq İddiaçı "xxxx" ASC-nin Bakı şəhərində yerləşən digər struktur bölməsində işlə təmin olunmuşdur. - "X9 Şəbəkəsi" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 13-9 122/01-11 saylı arayışdan görünür ki, İddiaçı, xx.xx.2023-cü ildə "xxxx" MMC-nin 330/110 kV “X18” YS-na elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində isə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Ona əlavə ödənilməli olan məbləğlər aşağıdakı kimidir: Sıra Ödənişin təyinatı Məbləğ (AZN) 1 Əmək haqqı (aprel ayı) 222.70 2 Əmək haqqı (may ayı) 119.74 3 Son haqq hesab 18.12 Cəmi: 360.56 330/110 KV “X18” YS işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün yarımstansiya işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə YS ərazisində yataqxana kompleksi yaradılmışdır. YS-dan kənar ərazilərdə mina və partlayıcı sursatlardan işçilərin müdafiə olunması üçün onlar ANAMA-nın ümumi təlimatına uyğun təlimatlandırılmış və ərazini tərk etməmələri məqsədilə davamiyyət jurnalında işçilərin qeydiyyatı aparılmışdır. "xxxx" ASC rəhbərliyi işğaldan azad olunmuş ərazilərin infrastrukturla təchiz edilmədiyini və ictimai iaşə obyektlərinin çox az fəaliyyət göstərdiyini nəzərə alaraq, işçilərə aylıq vəzifə maaşının 50%-i miqdarında əlavə əmək haqqı təyin etmişdir. Eyni zamanda, işçi iyun, iyul, avqust və sentyabr ayları üzrə normadan artıq işlərə cəlb edilməmişdir. Bu səbəbdən qeyd edilən aylar üzrə əlavə əmək haqqı ödənilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən İddiaçı əmək müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2024-cü maliyyə ili üzrə 46 gün əmək məzuniyyəti verilməsi nəzərdə tutulmuşdur. Lakin onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyindən, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən onun əmək məzuniyyəti günləri üzrə sadəcə 23 təqvim günü istifadə etmək hüququ yaranmışdır. Buna görə də son haqq-hesab məbləği 23 təqvim günü üzrə 675.06 AZN hesablanaraq məcburi ödənişlər çıxıldıqdan sonra 627.42 AZN məbləğ əmək haqqı kartına ödənilmişdir. - "xxxx" MMC-nin 330/110 kV “X18” YS-na elektrik çilingərinin “Vəzifə təlimatı”nın 10-cu bəndinə əsasən, bilavasitə xidməti vəzifələrinin icrası ilə yanaşı, Y/S-nın ərazisinin, bina və qurğularının abadlıq işlərində yaxından iştirak etmək elektrik çilingərinin əsas vəzifə borcudur. İş materiallarına əlavə olunmuş vəsiqələrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamları ilə “Füzuli rayonunun işğaldan azad olunmasına görə”, “Qubadlı rayonunun işğaldan azad olunmasına görə” və “Laçın rayonunun işğaldan azad olunmasına görə” medalları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası tərəfindən ona veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 Xidmətinin Qarabağ regiona! şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-5/2- H/48880/2023 saylı məktubunun məzmunundan müəyyən olunur ki, iddiaçının hüququnun pozulması barədə müraciətinə baxılmış, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164- cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu, aşkar edilmiş nöqsanlara görə MMC-nin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192ci maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi, iddiaçının son haqq-hesabının yenidən hesablanaraq ödənilməsi üçün müəssisəyə xx.xx.2023-cü il tarixli 3-17-5/2-48968/2023 saylı icrası məcburi göstəriş məktubunun göndərildiyi bildirilmiş, müraciətdə göstərilən məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00099 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı həmin tarixində saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMCnin nümayəndəsi isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 50 manat məbləğində mediasiyaya xərcini ödəmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 60-K saylı işə daxıl olma əmri ilə) xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi ilə “Azərenerji" ASC-nin ‘X9 Şəbəkəsi" MMC-yə 5-ci dərəcə “elektrik çilingəri" vəzifəsinə işə qəbul edilmiş, 10 10.2023- cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə 10.10 2023-cü il tarixli 219/K saylı əmrlə xitam verilmişdir. İddiaçı 2023-cü ilin aprel-may aylarında beynəlxalq və strateji əhəmiyyət daşıyan obyektin, yəni, 330/110 kV “X18” YS-nın vaxtında istismara verilməsi məqsədi ilə növbəli iş rejimində, qalan müddətdə isə əmək müqaviləsi ilə nəzərdə tutulmuş 5 günlük iş həftəsi rejimində işləmişdir. Həmçinin, işçilərin "xxxx" MMC-nin 330/110 kV “X18” YS-nin Davamiyyət jurnalına imza etmələri onların işə cəlb edilmələri ilə deyil, təhlükəsizlik məqsədi ilə stansiyanın ərazisində olmalarının müəyyən edilməsi ilə bağlı olmuşdur. İddiaçı işdən azad edilən gün, xx.xx.2023-cü il tarixdə onun əmək haqqı kartına “Kapital Bank" vasitəsi ilə 830,22 manat son haqq-hesab köçürülmüşdür. İddiaçının əmək hüquqlarının pozulması barədə müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X12 Xidmətinin Qarabağ regiona! şöbəsinin apardığı araşdırma nəticəsində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu aşkar olunmuş və MMCnin direktoru Hüseynov X14 barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, onun əsasında isə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş, Hüseynov Mir X3 Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə "X9 Şəbəkəsi" MMC tərəfindən Hüseynov X6 əmək haqqından 700 manat cərimə məbləği tutularaq dövlət büdcəsinin hesabına köçürülmüşdür. İddiaçı son haqq-hesabının yenidən hesablanaraq ödənilməsi üçün AR ƏƏSMN yanında DƏMX-nin Qarabağ regional şöbəsi tərəfindən MMC-yə xx.xx.2023-cü il tarixli 3-17-5/2-48968/2023 saylı icrası məcburi göstəriş məktubu göndərilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş arayışa əsasən İddiaçı növbəli iş rejimində işlədiyinə görə aprel ayı üzrə 222.70 manat, may ayı üzrə 119.74 AZN əlavə əmək haqqı və 18.12 AZN son haqq-hesab ödənilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə sasən: İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 89:
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 99:
1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Maddə 107. Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 164:
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 172:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 120. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, X4, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Maddə 144:
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. KM3
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Cavabdeh MMC tərəfindən İddiaçı 2023-cü ilin aprel və may ayları üçün əmək haqqının və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın düzgün hesablanmaması və ödənilməməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmasını iddia edərək daha böyük məbləğdə əmək haqqının ödənilməsini tələb etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi cədvəldə isə ödənilməmiş əmək haqqıpul məbləğlərinin hansı əsaslarla hesablanması müəyyən olunmur və mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə işin faktiki hallarını və iddianın cavabdeh tərəfindən qismən etiraf olunmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək ödənilməmiş əmək haqqı və son haqq-hesab qismində 360,56 manat (222,70 manat + 119,74 manat + 18,12 manat = 360,56 manat), ödənişin gecikdirilməsinə görə 1625,20 manat olmaqla, cəmi 1985,76 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 2023-cü ilin aprel ayı üçün əmək haqqı xx.xx.2023-cü il tarixdə, may ayı üçün xx.xx.2023-cü il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixində ödənilmişdir. Qətnamə çıxarıldığı günə aprel ayı üçün ödənilməmiş əmək haqqının gecikdirilmə faizi 1044,46 manat (222,70 manat x 1% x 469 gün = 1044,46 manat), may ayı üçün ödənilməmiş əmək haqqının gecikdirilmə faizi 525,66 manat (119,74 manat x 1% x 439 gün = 525,66 manat), ödənilməmiş son haqq-hesabın gecikdirilmə faizi 55,08 manat (18,12 manat x 1% x 304 gün = 55,08 manat), cəmi 1625,76 (1044,46 manat + 525,66 manat + 55,08 manat = 1625,20 manat) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına 520 manat pul ödənilmişdir. Məhkəmə hazırki iş üzrə nümayəndənin yardımına görə tələb olunan 520 manat məbləğini ağlabatan məbləğ hesab edir və iddia tələbini həmin hissədə təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2023-cü ilin aprel-may ayları üçün əmək haqqı və son haqq-hesab qismində ödənilməmiş 360,56 manat, əmək haqqı və son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə 1625,20 manat olmaqla, cəmi 1985,76 (bir min doqquz yüz səksən beş manat 76 qəpik) manat məbləğində pul vəsaiti, 50 (əlli) manat mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 520 (beş yüz iyirmi) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə ödənilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.