Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-209/2021 27.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor ünvan 1 ünvanında yerləşən Tələbkar MMC-nin, Şuşa rayonu,Böyük Qaladərəsi kəndində qeydiyyatda olan,ünvan 3 ünvanında yaşayan Borclu qarşı «borcun qaytarılması haqqında məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar MMC ilə Borclu arasında bağlanmış 01 iyun 2020-ci il tarixli WTCN-007665 saylı əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu qiyməti 919 manat olan “Samsung A515 64DS” markalı mobil telefonu almışdır.Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 12 ay ərzində hər ay 72 manat,sonuncu ay 77 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə borcundan heç bir ödəniş aparmamışdır.Ona görə də,Tələbkar MMC məhkəməyə müraciət edərək,Borclu 869 manat məbləğində əsas borc,100 manat məbləğində cərimə borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə Tələbkar MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli olan 869 manat əsas borc,100 manat cərimə borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ümumilikdə 989 manat məbləğində borc TələbkarMMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1999-cu ildə Şuşa şəhərində anadan olmuş, Şuşa rayonu,Böyük Qaladərəsi kəndində qeydiyyatda olan,Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Q.Zahid küçəsi 5,mənzil 22 ünvanında məskunlaşan Borclu 869 (səkkiz yüz altmış doqquz) manat əsas borc,100 (bir yüz) manat cərimə borcu olmaqla,cəmi 969 (doqquz yüz altmış doqquz) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-209/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-209/2021
27.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver