Məhkəmə qərarları › İş №e-2(077)-239/2020

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-239/2020

16.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-239/2020 16.09.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı,kreditor Bakı şəhəri,Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “xxxxxxxxxxxxxx” MMC-nin, Şuşa şəhəri,M.Ə.Rəsulzadə küçəsi,ev 1,mənzil 23 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Yeni Yasamal 1,ev 14,mənzil 77 ünvanında yaşayan Rzayeva Səidə Şamayıl qızına qarşı «borcun qaytarılması haqqında məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar “xxxxxxxxxxxxxx”MMC ilə borclu Rzayeva Səidə Şamayıl qızı arasında bağlanmış 29 aprel 2019-cu il tarixli 01-AGT000036454 saylı alqısatqı müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Rzayeva Səidə Şamayıl qızı qiyməti 1239 manat olan “Samsung G950 DS 64 edge Black” markalı mobil telefonu almışdır.Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 11 ay ərzində hər ay 101 manat sonuncu ay 99 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcdan heç bir ödəniş aparmamışdır.Ona görə də,tələbkar “xxxxxxxxxxxxxx”MMC məhkəməyə müraciət edərək,borclu Rzayeva Səidə Şamayıl qızından 1109 manat məbləğində əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,borclu Rzayeva Səidə Şamayıl qızı ilə “xxxxxxxxxxxxxx”MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli olan 1109 manat əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ümumilikdə 1129 manat məbləğində borc tələbkar “xxxxxxxxxxxxxx”MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1970-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri,M.Ə.Rəsulzadə küçəsi,ev 1,mənzil 23 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Yeni Yasamal 1,ev 14,mənzil 77 ünvanında yaşayan (012 533-69- 54,055 815-48-06) Rzayeva Səidə Şamayıl qızından 1109 (bir min yüz doqquz) manat əsas borc və ödənilmiş 20 (iyirmi ) manat məbləğində dövlət rüsumu ümumilikdə 1129 (bir min yüz iyirmi doqquz) manat borc “xxxxxxxxxxxxxx”MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar