Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-248/2023 14.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2008-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində bağlanmış və 261 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmaları, uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Uşaqlar hazırda özünün himayəsindədir. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulmasının səbəbi sözlərinin bir-birinə uyğun gəlməməsi, birlikdə yaşamalarının qeyri mümkünlüyü, eləcə də, heç bir vaxt ailənin yenidən bərpa olunacaq ümüdinin olmamasıdır. Bu şəkildə ailəni saxlamaq mümkün deyildir. Bu baxımdan da bu ailədə yaşamaq istəmir. Cavabdeh hərbi hissədə işləyir. Aylıq əmək haqqı 1000 manatdan yuxarıdır. Uşaqların saxlanılmasında iştirak etməyə borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, nikahın pozulmasına razıdır. Lakin, qəyyumluq orqanının verdiyi rəylə razılaşmır. xx.xx.2009-cü il təvəllüdlü X1 özünün himayəsinə verilməsini istəyir. Hazırda işləmir və aliment ödəmək imkanı yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında dinlənilmiş xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 valideynləri boşandıqdan sonra analarının yanında qalmaq istədiklərini göstərmişlər. Məhkəmə proses iştirakçılarının izahatını, yetkinlik yaşına çatmayan xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2008-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində bağlanmış və 261 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-9/2-1684/2023 saylı rəyindən görünür ki, Komissiya tərəfindən İddiaçı yaşadığı Yevlax şəhəri, Nizami prospekti, 41 saylı binanın 7 saylı mənzilinə baxış keçirilmiş, mənzilin uşaqların yaşayışı və tərbiyə olunması üçün şəraitin olduğu müəyyən edilmişdir. Komissiya xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 analarının yanında yaşamalarını və onun yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdikləri ərizələrini əsas götürərək, onların analarının himayəsində saxlanılmalarını məqsədə müvafiq hesab etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞY/MT034/2023-00033 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah, onun pozulması səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2., 22.2.1, 22.2.2 və 22.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanmasının qeyri-mümkün olmasını, uşaqların mənafeyini, onların fikrini, həmçinin, qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alıb, qanunvericiliyin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində bağlanmış və 261 nömrə ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2009-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 analarının himayəsində qalmalı və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində bağlanmış və 261 nömrə ilə qeydə alınmış nikah pozulsun. Boşanmadan sonra xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasına 03 iyul 2023-cü il tarixdən başlansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-248/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-248/2023
14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver