Məhkəmə qərarları › İş №e-2(077)-288/2021

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-288/2021

06.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-288/2021 06.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nəsimi rayonu,N.Yusifbəyli 42C ünvanında yerləşən Kreditor MMC-nin,Şuşa şəhəri,Q.Primov küçəsi,ev 6 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Nəsimi rayonu,Şamil Əzizbəyov 195,mənzil 19 ünvanında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar Kreditor MMC ilə Borclu arasında 01 may 2017-ci il tarixli VSBK00143 saylı nisyə satış müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqı-satqı qiyməti 219 manat olan “Singer SWP02E” markalı tikiş maşını almışdır.Müqavilənin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 06 ay ərzində hər ay 37 manat, sonuncu ay 34 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında 01 may 2017-ci il tarixli VSBK00144 saylı nisyə satış müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqı-satqı qiyməti 276,48 manat olan “Samsung J200” markalı telefon almışdır.Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 07 ay ərzində birinci ay 20 manat,sonrakı aylar 43 manat, sonuncu ay 41,48 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilələr üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Hazırda borclunun 21.06.2021-ci il tarixinə 01 may 2017-ci il tarixli VSBK00143 saylı nisyə satış müqaviləsi üzrə 108 manat ödənilməmiş əsas borc və 32,40 manat hesablanmış cərimə borcu, 01 may 2017-ci il tarixli VSBK00144 saylı nisyə satış müqaviləsi üzrə 127,48 manat ödənilməmiş əsas borc və 38,24 manat hesablanmış cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə «Optimal Elektronika” MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən Borclu 01 may 2017-ci il tarixli VSBK00143 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 140,4 (bir yüz qırx manat qırx qəpik) manat məbləğində borc, 01 may 2017-ci il tarixli VSBK00144 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 165,72 (bir yüz altmış beş manat yetmiş iki qəpik) manat məbləğində borc olmaqla ümumilikdə 306,12 (üç yüz altı manat on iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələbkar «Optimal Elektronika” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1973-cı ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri,Q.Primov küçəsi,ev 6 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Nəsimi rayonu,Şamil Əzizbəyov 195,mənzil 19 ünvanında məskunlaşan Borclu (012 431 54 24,*** *** ** **,*** *** ** **,*** *** ** **,*** *** ** **) 01 may 2017-ci il tarixli VSBK00143 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 140,4 (bir yüz qırx manat qırx qəpik) manat məbləğində borc, 01 may 2017-ci il tarixli VSBK00144 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 165,72 (bir yüz altmış beş manat yetmiş iki qəpik) manat məbləğində borc olmaqla ümumilikdə 306,12 (üç yüz altı manat on iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu «Optimal Elektronika” MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar