Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-306/2021 14.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən,Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor ünvan 1 ünvanda yerləşən "xxxx" MMCnin,borclu Şuşa şəhəri,Əhməd Ağaoğlu küçəsi,ev 1A ünvanında qeydiyyatda olan,Abşeron rayonu,Saray qəsəbəsində məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC ilə Borclu arasında 11.04.2019-cu il tarixli ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu dəyəri 1160 manat olan “Samsung A750 128GB” markalı telefon əldə etmiş və 1160 manat pulu 12 ay müddətinə hər ay 96,67 manat ödəməklə "xxxx" MMC -yə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin hal-hazırkı vaxtadək borclu qalan borcunu ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Borc müqaviləsi üzrə borcun ödənilməsinə dair Borclu rəsmi olaraq xəbərdarlıq edilmiş,lakin o, öhdəliyini lazımınca icra etməmişdir.Müqavilə üzrə cəmi 50 manat ödəniş etmişdir.Hazırda borclunun 23.06.2021-ci il tarixə borcu 1110 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Borclu qarşı tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,həmin tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan və Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan 1110 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1990-cı ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,Əhməd Ağaoğlu küçəsi,ev 1A ünvanında qeydiyyatda olan,Abşeron rayonu,Saray qəsəbəsində məskunlaşan məskunlaşan Borclu 1110 (bir min yüz on) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-306/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-306/2021
14.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver