Məhkəmə qərarları › İş №e-2(077)-308/2020

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-308/2020

20.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-308/2020 20.11.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ İş № 2(077)–308/20 MƏHKƏMƏ ƏMRİ ŞUŞA RAYON MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci il Xırdalan şəhəri Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı,kreditor Bakı şəhəri,M.Ə.Rəsulzadə qəsəbəsi,Azadlıq prospekti 195 E ünvanında yerləşən Tələbkar (“ERA Electronics”),Şuşa rayonu,Aşağı Quşçular kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu,Pirşağı qəsəbəsi,“Gilavar” sanatoriyasında məskunlaşan Borclu qarşı «borcun qaytarılması haqqında məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar (“ERA Electronics”) ilə Borclu arasında xx.xx.2018-ci il tarixli 10549 saylı kredit müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu qiyməti 2248 manat olan məişət avadanlığını 200 manat ilkin ödəniş etmək şərti ilə 13 ay müddətinə hər ay 171 manat,sonuncu ay 167 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı vaxtadək borclu sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 180 manat olmaqla,cəmi 2058 manat məbləğində ödəniş etmişdir.Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcdan heç bir ödəniş aparmamışdır.Ona görə də,tələbkar Tələbkar (“ERA Electronics”) məhkəməyə müraciət edərək,borclu Borclu 190 manat məbləğində əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,borclu Borclu ilə Tələbkar (“ERA Electronics”) arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli olan 190 manat əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla,ümumilikdə 210 manat məbləğində borc Tələbkar (“ERA Electronics”) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1960-cı ildə Şuşa rayonu,Quşçular kəndində anadan olmuş,Şuşa rayonu,Aşağı Quşçular kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı qəsəbəsi,“Gilavar” sanatoriyasında məskunlaşan (*** *** ** **,*** *** ** **) Borclu 190 (yüz doxsan) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 210 (iki yüz on) manat borc Tələbkar (“ERA Electronics”) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim imza Cəmilə Səfiyeva Əsli ilə düzdür Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar