Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-357/2021 03.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti,ev 120 ünvanında yerləşən Kreditor MMC-nin,Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 37,mənzil 20 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xətai rayonu,9-cu Əhmədli küçəsi,ev 35C ünvanında məskunlaşan Borclu2 və Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 37,mənzil 20 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Nərimanov rayonu,Keşlə yük stansiyası həyəti,ev 22 ünvanında məskunlaşan Borclu1 qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar Kreditor MMC ilə Borclu2 arasında 02 dekabr 2017-ci il tarixli AK02918 saylı nisyə satış müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu2 alqı-satqı qiyməti 598,60 manat olan “Asus” markalı telefon almışdır.Müqavilənin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini ilkin olaraq 50 manat ödəməklə 12 ay ərzində hər ay 46 manat,sonuncu ay 42,60 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.Tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin təminatı kimi Kreditor MMC ilə Borclu1 arasında 02 dekabr 2017-ci il tarixli AK02918-Z saylı zaminlik müqaviləsi imzalanmış və o, Borclu2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Lakin borclular müqavilənin şərtlərinə əmək etməmiş,borcun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Hazırda borclunun 02 dekabr 2017-ci il tarixli AK02918 saylı nisyə satış müqaviləsi üzrə 318,60 manat ödənilməmiş qalıq borc və 112,40 manat hesablanmış cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu2 ilə «Optimal Elektronika” MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan,Borclu1 müqavilə üzrə zamin durduğundan,borclular müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Borclu2 və Borclu1 02 dekabr 2017-ci il tarixli AK02918 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 318,60 manat məbləğində qalıq borc,112,40 manat məbləğində cərimə borcu olmaqla,cəmi 431 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar «Optimal Elektronika” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1981-ci ildə Şuşa şəhərində doğulmuş,Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 37,mənzil 20 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xətai rayonu,9-cu Əhmədli küçəsi,ev 35C ünvanında məskunlaşan Borclu2 və xx.xx.1959-cu ildə Şuşa şəhərində doğulmuş,Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 37,mənzil 20 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Nərimanov rayonu,Keşlə yük stansiyası həyəti,ev 22 ünvanında məskunlaşan Borclu1 müştərək qaydada 02 dekabr 2017-ci il tarixli AK02918 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 318,60 (üç yüz on səkkiz manat altmış qəpik) manat məbləğində borc,112,40 (bir yüz on iki manat qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 431 (dörd yüz otuz bir) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu «Optimal Elektronika” MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-357/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-357/2021
03.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver