Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-358/2021 07.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli 1/9 ünvanında yerləşən "xxxx" MMC-nin,Şuşa rayonu,Malıbəyli kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu,Ramana köçkün şəhərciyi,ev 130x ünvanında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar "xxxx" MMC ilə Borclu arasında 08 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqısatqı qiyməti 1099 manat olan “Samsung” markalı televizor almışdır.Müqavilənin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 12 ay ərzində hər ay 92 manat,sonuncu ay 87 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozmuşdur.Hazırkı vaxtadək borcundan 501 manat məbləğində ödəniş etmişdir.Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Hazırda borclunun 17.07.2021-ci il tarixinə 08 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 598 manat əsas borc və 179 manat hesablanmış cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə "xxxx" MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən Borclu 08 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 598 manat məbləğində qalıq borc,179 manat məbləğində cərimə borcu olmaqla,cəmi 777 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1985-ci ildə Şuşa rayonu,Malıbəyli kəndində anadan olmuş,Şuşa rayonu,Malıbəyli kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu,Ramana köçkün şəhərciyi,ev 130x ünvanında məskunlaşan Borclu 08 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 598 (beş yüz doxsan səkkiz) manat məbləğində borc,179 (bir yüz yetmiş doqquz) manat məbləğində cərimə borcu olmaqla,cəmi 777 (yeddi yüz yetmiş yeddi) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-358/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-358/2021
07.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver