Məhkəmə qərarları › İş №e-2(077)-407/2021

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-407/2021

27.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-407/2021 27.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli 1/9 ünvanında yerləşən "xxxx" MMC-nin,Şuşa rayonu,Quşçular ərazi dairəsi,Aşağı Quşçular kəndində qeydiyyatda olan,Abşeron rayonu,Mehdiabad qəsəbəsi,yeni məhəllə,ev 3 ünvanında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar "xxxx" MMC ilə Borclu arasında 05 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqısatqı qiyməti 489 manat olan “Xiaomi Redmi Note8” markalı telefon almışdır.Müqavilənin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini 12 ay ərzində hər ay 41 manat,sonuncu ay 38 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür.Borclu bu müqavilə üzrə sonuncu dəfə 10.05.2021ci il tarixdə 100 manat olmaqla,cəmi 364 manat məbləğində ödəniş etmişdir.Borclu müqavilənin şərtlərini pozmuş və ona xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Hazırda borclunun 17.09.2021-ci il tarixinə 05 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 125 manat əsas borc və 407 gecikdirilmiş gün üçün hesablanmış 33,70 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə "xxxx" MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən Borclu 05 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 125 manat əsas borc,33,70 manat cərimə borcu olmaqla,cəmi 158,70 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1984-cü ildə Qubadlı rayonu,Xudular kəndində anadan olmuş,Şuşa rayonu,Quşçular ərazi dairəsi,Aşağı Quşçular kəndində qeydiyyatda olan,Abşeron rayonu,Mehdiabad qəsəbəsi,Abşeron rayonu,Mehdiabad qəsəbəsi,yeni məhəllə,ev 3 ünvanında məskunlaşan (012 343 35 21) Borclu 05 mart 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 125 (bir yüz iyirmi beş) manat məbləğində əsas borc,33,70 (otuz üç manat yetmiş qəpik) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 158,70 (bir yüz əlli səkkiz manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar