Məhkəmə qərarları › İş №e-2(077)-462/2024

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-462/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-462/2024 13.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh X2 qarşı “birgə nikah dövründə tikiliyə çəkilən xərc üzərində 1/2 hissədə payın müəyyn edilməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X2 qarşı “birgə nikah dövründə tikiliyə çəkilən xərc üzərində 1/2 hissədə payın müəyyn edilməsi tələbinə dair” iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddianın qiyməti 1000 manatadək olduqda) 50 manat dövlət rüsumu ödəsə də, bu ödənişin təyinatı üzrə ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 70199509 saylı qəbzdən görünür ki, həmin dövlət rüsumunun təyinatı kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi göstərilmişdir, halbuki Şuşa Rayon Məhkəməsi qeyd olunmalı idi. Belə olan halda, qeyd olunan ödənişin hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı “birgə nikah dövründə tikiliyə çəkilən xərc üzərində 1/2 hissədə payın müəyyn edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar