Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № e-2(077)-56/2021 12.01.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı,kreditor Bakı şəhəri,Yasamal rayonu,Mətbuat prospekti,24 ünvanında yerləşən «Soliton LTD» MMC-nin borclu Şuşa şəhəri,M.Şəhriyar küçəsi,ev 44 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xəzər rayonu,Şağan qəsəbəsində məskunlaşan Borclu qızına qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli HAK472818 saylı borc müqaviləsinə əsasən borclu dəyəri 2761 manat olan məişət avadanlığı əldə etmiş və ilkin ödəniş 1 manat ödədikdən sonra qalan 2760 manat pulu 24 ay müddətinə hər ay 115 manat ödəməklə «Soliton LTD» MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür.Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli HAK474982 saylı borc müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən borclu dəyəri 9960 manat olan məişət avadanlığı əldə etmiş və 9960 manat pulu 24 ay müddətinə hər ay 415 manat ödəməklə «Soliton LTD» MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür.Borclu müqavilələr üzrə 805 manat ödəniş etmişdir. Lakin hal-hazırkı vaxtadək borclu qalan borcunu ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Borc müqaviləsi üzrə borcun ödənilməsinə dair cavabdeh Borclu qızına rəsmi olaraq xəbərdarlıq edilmiş,lakin o, öhdəliyini lazımınca icra etməmişdir.Hazırda borclunun xx.xx.2020-ci il tarixinə xx.xx.2018-ci il tarixli,HAK472818 saylı müqavilə üzrə borcu 805 manat , xx.xx.2019-cu il tarixli,HAK474982 saylı müqavilə üzrə borcu 8515 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,bankın borclu Borclu qarşı tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,həmin tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan və Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan xx.xx.2018-ci il tarixli,HAK472818 saylı müqavilə üzrə 805 manat borc , xx.xx.2019-cu il tarixli,HAK474982 saylı müqavilə üzrə 8515 manat borc olmaqla cəmi 9320 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1980-ci ildə Ağdam şəhərində anadan olmuş,Şuşa şəhəri,M.Şəhriyar küçəsi,ev 4 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Xəzər rayonu,Şağan qəsəbəsində məskunlaşan (070 449 44 43,*** *** ** **,*** *** ** **) Borclu qızından olan xx.xx.2018-ci il tarixli,HAK472818 saylı müqavilə üzrə 805 manat borc , xx.xx.2019-cu il tarixli,HAK474982 saylı müqavilə üzrə 8515 manat borc olmaqla cəmi 9320 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №e-2(077)-56/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(077)-56/2021
12.01.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver