Məhkəmə qərarları › İş №e-2(078)-1015/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1015/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1015/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Salon stenka 700 AZN 2. Yataq-yataq dəsti 1000 AZN 3. Uşaq yataq dəsti 1000 AZN 4. Mətbəx mebeli 2000 AZN 5. Paltaryuyan 500 AZN 6. Serviz dəsti 450 AZN 7. Yorğan-döşək 1000 AZN 8. Listur 200 AZN 9. Ət maşını 150 AZN 10. Sok maşını 100 AZN 11. Xalça 250 AZN 12. Ədyallar 230 AZN 13. Pastel dəst 400 AZN 14. Pərdələr 400 AZN 15. Qazan dəsti 120 AZN 16. Tozsoran 150 AZN 17. Soba 100 AZN 18. Miksel dəst 70 AZN 19. Gecə lampası 35 AZN 20. Caydan caynik dəsti 70 AZN 21. Qaşıq dəsti çemodan 100 AZN 22. Xrustal dəst qablar 400 AZN 23. Lepqalı qablar 300 AZN 24. Divan kresol 400 AZN 25. Tarelka dəsti 24 ədəd 50 AZN 26. Stəkan dəsti 12 ədəd 40 AZN 27. Uzun qaşıq dəsti 50 AZN 28. Aliminium qazan 40AZN 29. Qənd qabları 4-ədəd 40 AZN

30. Meyvə qabları 3 ədəd 70 AZN 31. Gül qabları 2ədəd 40 AZN 32. Salat qabları 6 ədəd 30 AZN 33. Duz qabları 12 ədəd 25 AZN 34. Su bakallar 12 ədəd 70 AZN 35. Mürəbbə qabları 12 ədəd 35 AZN 36. Limon qabları 12 ədəd 20 AZN 37. Çörək qabı 15 AZN 38. Çörək taxtası və oxlov 20 AZN olmaqla, cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-970/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən 23 iyun 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İddiaçı hazırki iddia ərizəsinə 04 iyul 2025-ci il tarixli, ********** nömrəli qəbzi və artıq heç bir hüquqi əhəmiyəti olmayan 23 iyun 2025-ci il tarixli ********** nömrəli əvvəlcədən iddia qaldırmaq üçün ödədiyi qəbzi əlavə etmişdir. Yenidən rüsum ödənilməli idi. Həmçinin hazırki iddia tələbinə görə 73 manat rüsum məbləği azdır. Belə ki, tələbdə müəyyən edilən əşyaların qiymətindən də aydın olduğu kimi bu hissədə tələb qiymətləndirilən iddiadır və həmin qiymətin qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir. Payın müəyyən edilməsinə dair hissədə isə qiymətləndirilməyən iddia tələbi olması nəzərə alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda rüsum- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi-hesablanır. İddianın qiymətindən asılı olaraq rüsumun ödənilməsi üçün elektron məhkəmə informasiya sistemindən dövlət rüsumu kalkulyatoru ilə müvafiq hesablama aparıla bilər. Məhkəmə iddiaçıya izah edir ki, dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilmədiyi üçün bir neçə dəfə iddia ərizəsi geri qaytarılmış, lakin yalnışlıq tam aradan qaldırılmadan yenidən iddia ərizəsi verilmişdir. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

qəraraaldım:

İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Picanto” markalı “75BH765” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və Naxçıvan şəhər Xətai məhəlləsi döngə 9, ev 7 və ünvan 1 ünvanında yerləşən mənzillərin ½ hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar