Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-1037/2021 08.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək 26.10.2017-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 399 manat əsas, 119 manat cərimə, cəmi 518 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2017-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə Kreditor MMC arasında müqavilə imzalanmış, Borclu Kreditor MMC-dən kredit yolu ilə dəyəri 960 (doqquz yüz altmış) manat olan SAMSUNG J330 BLACK (**********04356/**********04354 markalı mobil telefonu hər ay 67 manat olmaqla 6 ay müddətinə Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 03.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Borclu 26.10.2017-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 518 (beş yüz on səkkiz) manat borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə Borclu borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş arayışa əsasən Borclu ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, Kreditor MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən 01.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu 26.10.2017-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 399 (üç yüz doxsan doqquz) manat əsas, 119 (bir yüz on doqquz) manat cərimə borcu olmaqla, cəmi 518 (beş yüz on səkkiz) manat borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Kreditor «İRŞAD-İ.R” MMC-nin Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması barədə məsələyə baxıram. Ərizəyə baxılması 1545 -də başlandı. Kreditor «İRŞAD-İ.R” MMC 26.10.2017-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 399 manat əsas, 119 manat cərimə, cəmi 518 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə əmrini çıxarır və ərizəyə baxılmasını saat 1600-da yekunlaşdırır. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1037/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-1037/2021
08.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver