Məhkəmə qərarları › İş №e-2(078)-1077/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1077/2024

08.07.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1077/2024 08.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə əmri haqqında ərizənin qəbul edilməsindən imtina olunması haqqında qərardad Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbi ilə əlaqədar məhkəmə əmri haqqında ərizəni Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti Borclu qarşı məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” Müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan 3707.53 (üç min yeddi yüz yeddi manat əlli üç qəpik) manat qəpik) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlirəm ki, verilmiş tələb Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş tələblərdən olmadığına görə, məhkəmə əmri haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə əsasən, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, bu, məhkəmə tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borcun tutulması tələbi ilə əlaqədar məhkəmə əmri haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə, kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar