Məhkəmə qərarları › İş №e-2(078)-1083/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-1083/2021

16.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-1083/2021 16.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən Kreditor Borclu qarşı borcun tutulması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan müqavilələr üzrə 1117 manat qalıq borc və 243.62 manat cərimə borcu olmaqla, cəmi 1360.62 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsində, kreditor ilə borclu arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, MBK04679 saylı Nisyə Alqı-satqı Müqaviləsinə əsasən borcluya 799 manat, 10 aprel 2019-cu il tarixli, MBK04392 saylı Nisyə Alqı-satqı Müqaviləsinə əsasən borcluya 699 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunun nisyə satıldığını, məhsulun borcluya təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyini, onun borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, borcluya dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun öhdəliyini yerinə yetirmədiyini, borclunun kreditor qarşısında müqavilələr üzrə ümumi qalıq borcunun 1117 manat təşkil etdiyini, borclunun kreditor qarşısında müqavilələr üzrə cərimə borcunun 1454.73 və 981.45 manat təşkil etdiyini, həmin məbləğin 10%-nin isə 243.62 manat etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Kreditor ilə Borclu arasında 10 aprel 2019-cu il və 10 iyun 2019-cu il tarixlərdə Nisyə Alqı-satqı Müqavilələri bağlanmışdır. İş materiallarına əlavə olunmuş: 10 aprel 2019-cu il tarixli, MBK04392 nömrəli və 10 iyun 2019-cu il tarixli, MBK04679 nömrəli Nisyə Alqı-satqı Müqavilələrinə əsasən, satıcı alıcıya malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. 10 aprel 2019-cu il tarixli, MBK04392 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Borclu Kreditornə 10 may 2019-10 mart 2020-ci il tarixləri aralığında 58 AZN, 10 aprel 2020-ci il tarixdə isə 61 AZN ödəməyi öhdəsinə götürmüşdür 10 iyun 2019-cu il tarixli, MBK04679 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Borclu Kreditornə 10 iyul 2019-10 iyul 2020-ci il tarixləri aralığında 57 AZN, 10 avqust 2020-ci il tarixdə isə 58 AZN ödəməyi öhdəsinə götürmüşdür. 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, 10 aprel 2019-cu il tarixli, MBK04392 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən Borclu Kreditornə olan borcu aşağıdakı kimidir: Nisyə satış məbləği- 699 AZN; Qalıq borcun məbləği- 450 AZN; Gecikmə günlərinin sayı- 727; Hesablanmış cərimə məbləği- 981.45 AZN; Hesablanmış cərimə məbləğinin 10%-i- 98.15 AZN; Cəmi borcun məbləği (qalıq borca cərimə məbləğinin 10%-i)- 548.15 AZN. 06 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, 10 iyun 2019-cu il tarixli, MBK04679 nömrəli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən Borclu Kreditornə olan borcu aşağıdakı kimidir: Nisyə satış məbləği- 799 AZN; Qalıq borcun məbləği- 667 AZN; Gecikmə günlərinin sayı- 727; Hesablanmış cərimə məbləği- 1454.73 AZN; Hesablanmış cərimə məbləğinin 10%-i- 145.47 AZN; Cəmi borcun məbləği (qalıq borca cərimə məbləğinin 10%-i)- 812.47 AZN. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxxxxx 1981-ci il tarixdə Babək rayonu, Xətai kəndində anadan olmuş, haliyədə ünvan 2 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi (məscidin yanı) ünvanında yaşayan Borclu Kreditor xeyrinə 1117 (min yüz on yeddi) manat qalıq borc və 243.62 (iki yüz qırx üç manat altmış iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 1360.62 (min üç yüz altmış manat altmış iki qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar