Məhkəmə qərarları › İş №e-2(078)-1119/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1119/2025

25.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1119/2025 25.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı əməkhaqqının və digər ödəmələrin müəyyən edilməsi hesablanması və ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi:

1. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, əməkhaqqının və digər ödəmələrin müəyyən edilməsi hesablanması və ödənilməsini xahiş etmişdir.

2. İddia ərizəsi 24 iyul 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir.

3. İddiaçı 24 iyul 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, eyni zamanda bir iş üzrə iki iddia ərizəsi mövcuddur həmin iddia üzrə e-2(078)-1119/2025 nömrəli iddia ərizəsinin ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə tələbini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, tələb əsaslıdır.

5. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

6. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərini rəhbər tutub, məhkəmə,

qərara aldı: İddiaçı əməkhaqqının və digər ödəmələrin müəyyən edilməsi hesablanması və ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar