Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-1174/2021 30.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 09 noyabr 2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 17 sentyabr 2021-ci il tarixə yaranmış 471.9 manat əsas, 117.9 manat cərimə, cəmi 589.8 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə əmr verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 09 noyabr 2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən borclu aldığı “Xiaomi Redmi 8” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 478.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 06 fevral 2021-ci il tarixdə 6 manat ödəniş etmiş və qalıq qalmış 471.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1179 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1179 manat təşkil etdiyi halda, həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 117.9 manat Kreditor MMC-yə ödənilməlidir. Borclu 17 sentyabr 2021-ci il tarixə Kreditor MMC-yə olan borcu 471.9 manat əsas, 117.9 manat cərimə, cəmi 589.8 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Kreditor ilə Borclu arasında 09 noyabr 2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi bağlanmış və borclu kreditorun xidmətlərindən istifadə etmişdir. İş materiallarına əlavə olunmuş: Tərəflər arasında bağlanmış 09 noyabr 2020-ci il tarixli Müddətli (Nisyə) Alqısatqı Müqaviləsinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. 17 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Borclu Kreditornə 471.9 manat əsas, 1179 manat cərimə, cəmi 1650.9 manat borcu vardır. 09 noyabr 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, Borclu Kreditornə 09 dekabr 2020-09 oktyabr 2021-ci il tarixləri aralığında 40 AZN, 09 noyabr 2021-ci il tarixdə isə 38.9 AZN ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, haliyədə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Kreditor xeyrinə 471.90 (dörd yüz yetmiş bir manat doxsan qəpik) manat əsas borc və 117.90 (yüz on yeddi manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 589.80 (beş yüz səksən doqquz manat səksən qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-1174/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-1174/2021
30.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver