Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1264/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 12 iyun 2025-ci il tarixli №3-17-9-5/2-Ə-1542/9/2025 qərarının icrasını təmin edilməsi, gecikdirilmiş olan əmək haqqının hər günü üçün AR Əmək Məcəlləsinə əsasən kompensasiya hesablanaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: 1.İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 12 iyun 2025-ci il tarixli №3-17-9-5/2-Ə-1542/9/2025 qərarının icrasını təmin edilməsi, cavabdeh tərəfə qanuni tədbirlər tətbiq edilməsi, gecikdirilmiş olan əmək haqqının hər günü üçün AR Əmək Məcəlləsinə əsasən kompensasiya hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. 3.Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir. Birincisi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 12 iyun 2025-ci il tarixli №3-17-9-5/2-Ə-1542/9/2025 qərarının icrasını təmin edilməsi, cavabdeh tərəfə qanuni tədbirlər tətbiq edilməsi və ikincisi isə gecikdirilmiş olan əmək haqqının hər günü üçün AR Əmək Məcəlləsinə əsasən kompensasiya hesablanaraq ona ödənilməsidir. 4.Məhkəmə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 12 iyun 2025-ci il tarixli №3-17-9-5/2-Ə-1542/9/2025 qərarının icrasını təmin edilməsi, cavabdeh tərəfə qanuni tədbirlər tətbiq edilməsinə münasibətdə qeyd edir ki, Məhkəmə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 12 iyun 2025-ci il tarixli, №3-17-9-5/2-Ə- 1542/9/2025 sayılı Əmək hüquqlarının pozulmasına dair müraciətlərin araşdırılması haqqında məktubdan görünür ki, Uşaq teatrının rəhbəri barəsində İXM-nin 198.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmiş həmçinin, araşdırma zamanı işəgötürənə icrası məcburi göstərişlər verilmişdir. 5.Məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən işəgötürənə verilən icrası məcburi göstərişlər işəgötürən tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə, işəgötürən İXM-nin müvafiq normaların uyğun məsuliyyət daşıyacaqdır. Lakin, Qanunvericilikdə mülki icraat çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfində qəbul edilmiş qərarın mülki işə baxan məhkəmə tərəfindən məcburi icraya yönəldilməsi nəzərdə tutulmamışdır. 6.İddia tələbinin ikinci hissəsindən görünür ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı istirahət günlərində işə cəlb edilməsi ilə bağlı əmək haqqının verilməməsinə görə pul tələb edir. 7.Məhkəmə həmin tələbə münasibətdə qeyd edir ki, hazırki iddiaçı oğlu iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən digər işçinin əmək funksiyalarını yerinə yetirdiyindən dolayı 2021-ci ildən 2025-ci ilədək əvəzçilik üzrə 50 ay olmaqla əmək haqqısının, bununla yanaşı həmin ştatın əmək funksiyalarını yerinə yetirdiyindən dolayı 45 gün qeyri iş günü olan bayram günlərinin əmək haqqısının, cəm şəkildə AR Əmək Məcəlləsinə uyğun olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini, bununla yanaşı öz ştatı üzrə qeyri iş günləri olan bayram günləri razılığı olmadan işlədildiyi halda, əmək haqqısını ala bilmədiyi 60 günün əmək haqqısının AR Əmək Məcəlləsinə uyğun şəkildə ona ödənilməsi barədə qərar qəbul edilməsini və 2021-ci ildən 2025-ci il mart aynın 7-sinə dək öhdəliyində olmadığı təşkilatlara, özəl müəssələrə, digər Nazirliklərə 400 dən artıq tədbirlərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvan X2 rəhbəri tərəfindən qanunsuz yollarla məcburetmə ilə, təhdidlərlə göstərdiyi xidmətlər üçün qanarlarının hesablanaraq, yazılaraq, birdəfəyə verilməyini və 2022-ci ilin ikinci rübündən 2025-ci ilin haliyədəki rübünədək almalı olduğu lakin ala bilmədiyi hər rüb üçün əməkhaqqısının 50 faizi dəyərindəki əlavənin hesablanaraq, cəm şəkildə alınıb verilməsini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin üzərinə öhdəlik olaraq qoyulması, birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən qeyd edilən tələb xx.xx.2025-ci il tarixli qərardadla icraata götürülmüş və həmin iddia tələbləri üzrə mülki məhkəmə icraatı qaydasında araşdırma aparılmaqdadır. Qeyd edilən iş üzrə də, iddiaçı istirahət və qeyri iş günlərində işə cəlb edildiyini iddia edərək həmin günlərin əmək haqqını tələb edir. 8.Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən, Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: - 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; - 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 9.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb olmadığından, iddianın ikinci hissəsi barədə isə məhkəmənin icraatında mülki işə baxıldığından hazırki iddia ərizəsi icraata qəbul edilməməli, ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. (Qeyd: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə elektron qaydada təqdim edildiyindən, onların poçt vasitəsilə qaytarılmasına ehtiyac yoxdur). 10.MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 12 iyun 2025-ci il tarixli №3-17-9-5/2-Ə-1542/9/2025 qərarının icrasını təmin edilməsi, gecikdirilmiş olan əmək haqqının hər günü üçün AR Əmək Məcəlləsinə əsasən kompensasiya hesablanaraq ona ödənilməsi tələbinə dair ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Aslan Heydarov.
Məhkəmə qərarları › İş №e-2(078)-1264/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1264/2025
26.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver