Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-23/2025 22.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixindən hesablanmaqla, 3 il ərzində, yəni xx.xx.2024-cü il tarixədək ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzilin Cavabdeh tərəfindən kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin 1/2 hissəsinin, yəni 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixində İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızı arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Bundan sonra, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 otaqlı mənzilin, Şahbuz rayon, Nurs kəndində yerləşən 600 m2 həyətyanı torpaq sahəsinin və **-BE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobilin birgə nikah dövründə qazanılmış hesab edilməklə, Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının həmin əmlakların 1/2 hissəsinə payı müəyyən edilmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda həmin mülki iş Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır. Göründüyü kimi, İddiaçı qüvvədə olan məhkəmə qərarları ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 otaqlı mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, 2020-ci ilin əvvələrindən Cavabdeh tərəfindən evdən qovulmuş, o, bu illər ərzində Bakı şəhərində kirayə mənzillərdə yaşamağa və kirayə ödəməyə məcbur olmuş, Cavabdeh isə həmin mənzilləri bu illər ərzində qanunsuz şəkildə kirayə verməklə gəlir əldə etmiş, həmin gəlirdən İddiaçı hər hansı ödəniş etməmişdir. Halbuki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin aylıq kirayə haqqı 600 (altı yüz) manatdan, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2, 2 otaqlı mənzilin aylıq kirayə haqqı isə 500 (beş yüz) manatdan başlayır. Məhkəmənin nikahın pozulması barədə qətnamə qəbul etdiyi vaxtdan hesablandıqda, 3 il ərzində Cavabdeh ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzili kirayə verməklə 21600 (36 ay x 600 manat) (iyirmi bir min altı yüz) manat, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2, 2 otaqlı mənzili kirayə verməklə isə 18000 (36 ay x 500 manat) (on səkkiz min manat) gəlir əldə etmişdir ki, həmin gəlirin yarısı yəni 19800 (on doqquz min səkkiz yüz) manatı İddiaçı verilməli olduğu halda, qanunsuz şəkildə mənimsənilməklə verilməmişdir. Cavabdeh qeyd edilən mənzilləri kirayə verməsi ilə bağlı müxtəlif dövrlərdə olan elanların linklərini və fotoşəkillərini hazırki iddia ərizəsinə əlavə etmişdir. Həmçinin, İddiaçı müraciəti əsasında, AR Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılmış və qeyd edilən mənzillərin icarə müqaviləsi bağlanmadan Cavabdeh tərəfindən ayrı-ayrı vətəndaşlara kirayə verildiyi aşkar olunmuş, Cavabdeh vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmuş, yaranmış vergi borcunun büdcəyə ödənilməsi təmin edilmiş və bu barədə İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. AR Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həmin araşdırması və araşdırmanın nəticəsi hazırki iddia tələbinin haqlılığını bir daha təsdiq etmiş, cavabdeh 1/2 hissəsi iddiaçıya məxsus mənzili bütövlükdə kirayə müqaviləsi bağlamadan kirayə verməklə həm vergi qanunverciliyinin tələblərini pozmuş, həm də iddiaçını ona çatası haqlardan məhrum etmişdir. Cavabdeh 17 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı ona qarşı əsassız iddia qaldıraraq 2024-cü ildə qanuni qüvvəsini almış məhkəmə qərarını nəzərə almadan 2021-ci ildən guya ½ hissə pay tanınmış daşınmaz əmlakın guya tərəfindən kirayə verildiyini və onun payının tərəfindən istismar olunduğunu bildirir. İddiada qeyd olunanlar yalandan başqa bir şey deyil. Çünki o iddia ərizəsində və məhkəməyə təqdim etdiyi sübutlarda keçmiş illərdə və ya cari ildə ona mənzilin kirayə verilməsi üçün ona şəraitin yaradılması haqda yazılı müraciət etmə barədə məhkəməyə sübut təqdim etməmişdir. O nə keçmiş illərdə nə də cari ildə ona yazılı müraciət etməmişdir. Keçmiş illərdə adına olan əmlaklar məhkəmədə mübahisə predmeti olmuş və 2024-cü il yanvar ayında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarı çıxandan sonra iddiaçının payı məhkəmə qərarı ilə qanuni qüvvəsini almışdır. Keçmiş illərdə həmin mənzillərdə onun və özünün şəxsi əşyaları var idi və mənzildə əlavə qeydiyyatda olan şəxslər olduğundan mənzilin kirayə verilməsi üçün həmin şəxslərin razılığı alınmalı və ya qeydiyyatdan çıxarılmalı idilər. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra məhkəmə qərarı ilə tanınmış özünə aid olan ½ hissənin kirayə verilməsi üçün evdə qeydiyyatda olan şəxslərlə əlaqə yaradıb mənzilin kirayə verilməsi üçün ya razılıq vermələrini ya da qeydiyyatdan çıxmalarını onlara bildirmişdir. Həmin şəxslər xarici ölkədə yaşadıqlarından qeydiyyatdan çıxma müddətləri və Dövlət Əmlak Xidmətindən çıxarışları almağı təxminən ayı keçmiş və kirayə müqaviləsinin sənədləşməsi təxminən iki ay çəkmişdir. Bu müddət ərzində iddiaçıya qarşı qaldırdığı alimentin artırılması tələbi İddiaçı ona və üç övladına qarşı qisas hissi yaranmış və bu nəticəsi olmayan iddianı qaldırmışdır. Vergi xidməti əməkdaşları ilə iddiaçının şikayəti əsasında Naxçıvan Vergi Xidmətində olmuş və məhkəmə qərarlarını onlara təqdim etmiş və kirayə müqavilələrinin hazırlanması üçün Naxçıvan ASAN xidməti və Naxçıvan şəhər Notarius xidmətində olduğunu və sənədlərin hazırlanmasının iki ay vaxt alacağını və kirayə müqaviləsi bağlandıqdan sonra vergini ödəyəcəyini bildirmişdir. Vergi əməkdaşlarına təxminən iki aya yaxın ona aid olan hissəni kirayə verdiyini bildirmiş və onlar iki ayın vergisini ödəməyini bildirmişlər. Özü də iki ayın vergisini vergi xidmətinə ödəmişdir. Faktiki olaraq da Azərbaycan Respublikası Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən paylar müəyyən edildikdən sonra payçı öz payından istifadə və kirayə verə bilər müddəasını əsas götürüb ona aid olan ½ hissə payı kirayə vermişdir və dövlətə də vergisini ödəyir. İddiaçının absurd fikirlərinə misal olaraq bildirmək istəyir ki, iddiaçının rəsmi gəliri yalnız onun özünə məlumdur lakin, onun sosial media və telefon elanlarında hazırlıq kurslarında instruktor müəllim işlədiyini qaldırdığı iddia üzrə hakimə fotoşəkillərini göstərmiş, lakin həmin şəkillərdə rəsmi gəlir barədə heç nə olmadığından hakim tərəfindən ciddiyə alınmamışdır. Evin fotoşəkillərini sosial şəbəkədən yükləyib və hansısa illərdə kirayə verildiyini sübut kimi göstərmək rəsmi sübut hesab olunmur. O dəfələrlə iddiaçının valideynlərinə və vəkillərinə təkliflər vermişdir və bəzi hallarda onların qərarları üst-üstə düşməyə yaxın idi. Həmin vaxtlarda sosial şəbəkələrə elan yerləşdirilib lakin razılıq olmadığından evlər kirayə verilməmişdir və iddiaçı ilə arasında anlaşma olmadığından evdə qeydiyyatda olan şəxslərin razılığının alınmasına ehtiyac qalmamışdır. Başqa bir misalda onun Bakı Vergi Xidmətinə müraciəti əsasında iddiaçının gəlir yeri haqda verdiyi sorğu və ona verilən cavabdır ki, həmin məsələ nəzarətə götürülməklə kifayətlənilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən nəticə qərarlar olsa da fakt və sübutlar yenidən araşdırılmalıdır. Hazırkı mübahisəyə hüquqi qiymət verilməsi nəticə etibarı ilə iş üzrə artıq məhkəmələr, tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini tələb edir. Bu isə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin səlahiyyətinə aid deyildir. Ona görə də daha yuxarı olan Avropa məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında qeyd olunanı nəzərə alınmadığından əmlak üzrə bütün verilmiş qərarlar tərcümə olunaraq daha yuxarı instansiya Avropa Məhkəməsinə göndərilmişdir. Hazırda ona qarşı qaldırılmış iddiaya qarşı bildirir ki, iddia tam əsassızdır. Belə ki, məhkəmənin qətnaməsi ilə payları müəyyən olunsa da lakin hələ naturada bölünməmişdir, belə olduğu halda isə cavabdeh İddiaçı ona məxsus olan əmlak payının guya onun tərəfindən kirayəyə verilməsini və buna görə ondan hər hansısa bir məbləğdə pul tələb etməsi əsassızdır. Çünki hələ paylı mülkiyyətdə olan payları naturada bölünməmişdir. O, həmin paylı mülkiyyətdə olan evlərdəki ½ hissədə olan payını 13 və 29 may 2024-cü il tarixlərdə kirayəyə vermişdir. 19 may 2024-cü il tarixdə bağlanmış müqavilənin isə müddəti iki aylıq olmuşdur, 29 iyul 2024-cü il tarixdə kirayədən çıxacaqdır. İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddianın əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 19 iyul 2024-cü il tarixdə məhkəməyə etiraza münasibət ərizəsi göndərərək qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixindən hesablanmaqla, 3 il ərzində, yəni xx.xx.2024-cü il tarixədək ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 otaqlı mənzilin Cavabdeh tərəfindən kirayəyə verilməsi nəticəsində əldə edilmiş gəlirin 1/2 hissəsinin, yəni 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə 15 iyul 2024-cü il tarixli iddia ərizəsinə etiraz göndərilmiş, etirazdakı dəlilləri yalan, uydurma, bir-birinə zidd olan söz yığınından ibarətdir. Belə ki, Cavabdeh etirazda qeyd edir ki, “...keçmiş illərdə həmin mənzillərdə onun və mənim şəxsi əşyalarımız var idi və mənzildə əlavə qeydiyyatda olan şəxslər olduğundan mənzilin kirayə verilməsi üçün həmin şəxslərin razılığı alınmalı və ya qeydiyyatdan çıxarılmalı idilər. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra məhkəmə qərarı ilə tanınmış mənə aid olan 1/2 hissənin kirayə verilməsi üçün evdə qeydiyyatda olan şəxslərlə əlaqə yaradıb mənzilin kirayə verilməsi üçün ya razılıq vermələrini ya da qeydiyyatdan çıxmalarını onlara bildirdim. Həmin şəxslər xarici ölkədə yaşadıqlarından qeydiyyatdan çıxma müddətləri və Dövlət Əmlak Xidmətindən çıxarışları almağım təxminən 2 ay keçdi və kirayə müqaviləsinin sənədləşməsi təxminən iki ay çəkdi. Bu müddət ərzində iddiaçıya qaldırdığım alimentin artırılması tələbi İddiaçı mənə və üç övladımıza qarşı qisas hissi yaratdı və bu nəticəsi olmayan iddianı qaldırdı. Qeyd edim ki, vergi xidməti əməkdaşları ilə iddiaçının şikayəti əsasında Naxçıvan Vergi Xidmətində oldum və məhkəmə qərarlarını onlara təqdim etdim və kirayə müqavilələrinin hazırlanması üçün Naxçıvan ASAN xidməti və Naxçıvan şəhər Notarius xidmətində olduğumu və sənədlərin hazırlanmasının iki ay vaxt alacağını və kirayə müqaviləsi bağlandıqdan sonra vergi ödəyəcəyimi bildirdim. Vergi əməkdaşlarına təxminən iki aya yaxın mənə aid olan hissəni kirayə verdiyimi bildirdim və onlar iki ayın vergisini ödəməyimi bildirdilər və mən də iki ayın vergisini vergi xidmətinə ödədim. Faktiki olaraq da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən paylar müəyyən edildikdən sonra payçı öz payından istifadə və kirayə verilə bilər???müddəasını əsas götürüb mənə aid olan 1/2 hissə payı kirayə vermişəm və dövlətə də vergimi ödəyirəm”. İlk növbədə cavabdehin ona və üç övladına qarşı guya qisas hissi ilə bu iddianı qaldırdığına dair dəlilinə münasibət bildirmək istəyir. Cavabdeh uşaqlarını ondan almaq üçün vəzifəsindən və nüfuzundan istifadə edərək, ona olmazın şərböhtanlar atmış, şərəf və ləyaqətini alçaltmış, onu yaşadığı doğma el-obasını tərk etməyinə səbəb olmuşdur. O, bununla da kifayətlənməyərək ona qarşı uşaqların alınması barədə məhkəmədə iddia qaldırmış, nəticədə məhkəmələr canının bir parçası olan, ana qayğısına daha çox ehtiyacı olan azyaşlı övladlarını ondan qopararaq atalarının himayəsinə verilməsi barədə qanunsuz, ədalətsiz qərarlar qəbul etmiş, həmin qərarlarla da ondan qopardıqları övladlarına aliment ödəməyə məcbur etmişdir. O, bununla da kifayətlənməmiş, 2-3 aydan bir alimentin artırılması barədə əsassız iddialar qaldırmış, hətta həmin şəxsin nüfuzu Bakıya da gəlib çatmış, aliment öhdəliyini icra etməyinə baxmayaraq, Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Türkan Hümbətzadənin əli ilə ona hədə-qorxu gəlmiş, onun icradan yayınmamağına baxmayaraq icra məmuru onu polis gücü ilə gətirəcəyi və həbs etdirəcəyi ilə hədələmiş, bu hədəsini real olaraq həyata keçirmiş və sonda isə onu məhkəmə qarşısına çıxardaraq barəsində qanunsuz tenbeh tətbiqinin qəbul edilməsinə nail olmuşdur. İddiaçının Naxçıvan Şəhər Məhkəməsinə verdiyi iddialara baxılsa, kimin qisas hissi ilə hərəkət etməsi hər kəsə bəlli olacaqdır. Birgə nikah dövründə əldə olunmuş və məhkəmə qərarı ilə 1/2 hissəsinin ona məxsus olduğu mənzillərin qanunsuz olaraq kirayə verilməsi məsələsinə gəldikdə isə ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi üçün fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Yəni onunla cavabdeh arasında qeyd edilən mənzillərə dair paylı mülkiyyət davam edir və paylı mülkiyyətə xitam verilməsi barədə tələb hal-hazırda məhkəmənin icraatındadır. Ümumi paylı mülkiyyətə hələ ki, xitam verilmədiyindən, cavabdeh onun razılığı olmadan həmin mənzilləri kirayə verə bilməzdi. Cavabdeh etiraz ərizəsində göstərir ki, guya mənzilləri 2 ay əvvəl kirayəyə vermiş və Vergi Xidməti də həmin iki ay üçün ona vergi borcu hesablamışdır. Bu tamamilə yalan bəyanatdır və şəxs illərdir ki bu yolla vergidən yayınmaqla onun payı hesabına külli miqdarda gəlir əldə etmişdir. Bunu sübut edən kirayə elanlarını məhkəməyə təqdim etmişdir. Vergi Xidmətinin ona cavab məktubu xx.xx.2024-cü il tarixlidir. Vergi Xidməti cavabdehi fevral-aprel ayları üçün vergidən yayınmağa görə məsuliyyətə cəlb etmiş, cavabdeh guya ki, bu vergidən və onun payını qanunsuz istifadə etməkdən yayınmaqdan ötrü xx.xx.2024-cü il tarixində payını qeydiyyata aldırmış, 13 və 29 may tarixlərində isə həmin mənzillərə dair kirayə müqavilələri bağlamışdır. Halbuki, o, payına dair hüquqlarını xx.xx.2022-ci il tarixində qeydiyyata aldırmaqla çıxarışlar almışdır. Cavabdeh bağladığı qanunsuz kirayə müqavilələrində ona məxsus 1/2 hissəni kirayəyə verdiyini göstərmişdir. Əvvəla hansı 1/2 hissə ona məxususdur? Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli rəyi ilə qeyd edilən mənzillərin naturada bölgüsünün mümkün olmadığı öz təsdiqini tapmışdır. Qeyd edilən mənzillərin ayrıca qapısı yoxdur. Mənzillərin cəmi 1 sanitar qovşağı var və o, ümumi mənzilə xidmət edir. Yəni, cavabdeh guya ki, öz payını kirayəyə verdiyini bildirsə də, faktiki olaraq mənzilin bütün hissələrini kirayəyə vermiş, kirayə müqaviləsində isə 1/2 hissənin dəyərini göstərməklə faktiki olaraq yenə də vergidən yayınmışdır. Cavabdehin istinad etdiyi Mülki Məcəlləsinin 1160-cı maddəsi qanun üzrə vərəsəlik zamanı növbəliliyi bildirən normadır və bunun hazırki məsələyə nə kimi aidiyyətinin olması ona aydın deyildir. Etirazın digər hissələrində ona qarşı şər-böhtan dolu yazılar yazmış, guya onun hazırlıq kurslarında instruktor işlədiyini göstərməyə çalışmış, “Şəlalə hazırlıq” adı yazılan telefon ekran görüntüsünü məhkəmə təqdim etmiş, amma həmin görüntünün onun öz telefonunun rəhbərinə qeyd etdiyi yazıdan çəkildiyini gizlətmək deyəsən yadından çıxmışdır. Yəni, onun guya hazırlıq kurslarında müəllim işlədiyi görüntüsünü yaratmağa çalışmış, adını öz telefon rəhbərində Şəlalə hazırlıq kimi qeyd etmişdir. Düzdür bunun hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur amma cavabdeh bu barədə fikir formalaşdırmağa çalışdığı üçün münasibət bildirmək ehtiyacı görmüşdür. Sonda, bütün bu faktlar Cavabdeh illərdir onun razılığı olmadan ona məxsus mənzilləri kirayə verdiyini sübut edir. Odur ki, həmin mənzillərin real kirayə dəyəri ekspertiza keçirilməklə müəyyən edilməlidir. Çünki, o, vergidən yayınmaqdan ötrü mənzillərin real kirayə dəyərini gizlətməyə çalışır. Bağlanan müqavilələr isə onun hazırki iddianı qaldırmağının və Vergi Xidmətinin onu cərimə etməsinin nəticəsidir. Əgər belə bir iddia qaldırmasa idi cavabdeh kirayə müqavilələri bağlamadan mənzilləri kirayə verməyə və dövlətə vergi verməkdən yayınmağa davam edəcəkdi. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 04 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, “Nəzərinizə çatdırım ki, mən, xx.xx.2021-ci il tarixindən hesablanmaqla, 3 il ərzində yəni xx.xx.2024-cü il tarixədək, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 2 otaqlı mənzilin Cavabdeh tərəfindən kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin 1/2 hissəsinin yəni 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulun, mediasiya üçün ödənilimiş 50 manat rüsumun və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq mənə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişəm. Cavabdeh məhkəməyə vəsatət verərək, Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 şahid qismində məhkəmə baxış iclasında dindirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Şahidlərdən Şahid4 məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, ....uzun illər Naxçıvan şəhər 4 sayılı MİS-də qaynaqçı işləmiş və hazırda pensiyadadır. Yaşının çox olmasından və xəstəliyindən nitq qüsuru və eşitmə zəifliyindən əziyyət çəkir. Uzun illərdir mənizllərdə santexnik problemlərinin həlli üzrə peşəkarlaşmışdır??? 2021-ci ildə və 2022-ci illərdə təxminən yay aylarında pasportistin??? göstərişi ilə ünvan 10 ünvanında yerləşən mənzilin hamam və tualetindən qonşuya su sızdığını və ustaların sızmanı tapa bilmədiyi üçün evə tərəflərindən??? Baxış keçirilməsi üçün ev sahibindən məlumat daxil olduğunu, pasportist Şahid3la birgə 2-ci mərtəbədə yerləşən mənzilin sökülən hamam, tualet və koridoruna tərəflərindən baxış keçirildiyini və suyun sızma mənbəyinin aşkara çıxarılması üçün yaxından köməklik göstərdiyini, baxış zamanı, hamam və tualetin yerdən təxminən 1 metrdən hündürlükdə kafellərinin söküldüyü və hamam və tualetin döşəməsinin metlaxlarının sökülmüş betonunun daşındığını, koridor hissədə kafellərin söküldüyünü aşkar etmişdir. Uzun axtarışdan sonra hər iki illərdə söküntü zamanı suyun sızdığı yerin mənbəyi hamamda tərəflərindən aşkar edilmişdir. Mənzildə hər iki ildə baxış təxminən yay aylarına təsadüf edirdi və həmin mənzildə mənzil sahibi, atası??? Usta və fəhlələrdən başqa həmin mənzildə heç kimi görməmişdir. Yalançı Şahid4 ifadəsinə münasibətdə bildirirəm ki, əvvəla ifadəsindən göründüyü kimi o, 4 sayılı MİS-də qaynaqçı işləmişdir. Necə olursa birdən-birə MİS-dən pensiyaya çıxdıqdan sonra özündə kəşf edir ki, onda santexnik işləmək qabiliyyəti var imiş və onu qaynaqçı kimi tanıyan MİS-in pasportisti daha onu qaynaqçı kimi qəbul etmir və deyir ki, gəl sən bundan sonra santexnik işlə və mənimlə mənzillərə gedib baxış keçir. Amma elə özünün yazdığı izahatdan görünür ki, elə də yaxşı santexnik deyilmiş və elə gərək ixtisası olan qaynaqçı kimi işinə davam edərdi. Belə ki, ərizəsindən görünür ki, işini yaxşı görə bilmədiyi üçün bir mənzilin hamamında 2022-ci ilin yay aylarında yenidən su sızması baş verir. Nə təsadüfdür ki, hər iki sızma hadisəsi də yay aylarına təsadüf edir və mənzildə hər iki tarixdə eyni personajlar-ev sahibi, ata???, usta və fəhlələr olur. 2021-ci ildə işini düzgün görə bilməyən Şahid4 ev sahibi tərəfindən yenidən yaxşı görə bilmədiyi işin icrasına cəlb olunur. Elə onun verdiyi ərizədən göründüyü kimi, o, bilə-bilə yalan ifadə verməklə cinayət törətməkdədir. Şahidin ifadəsi dolayı sübutdur və digər sübutlarla təsdiq olunduqda etibarlıdır. İş üzrə yeganə mötəbər sübut Vergi Xidmətinin müəyyən etdiyi və məhkəməyə təqdim edilmiş sübutdur. Həmin sübut qeyd edilən mənzillərin cavabdeh tərəfindən kirayə müqavilələri bağlanmadan kirayə verildiyini birmənalı şəkildə təsdiq etmişdir. Şahid4 bilə-bilə niyə belə yalan ifadə verdiyinə, pasportist Şahid3 ərizəsinə münasibət bildirəndə aydınlıq gələcəkdir. Şahidlərdən Şahid3 məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, ... o, 4 sayılı MİS-də pasportist işləyir. 2021-ci ildə və 2022-ci ildə təxminən yay aylarında ünvan 10 ünvanında yerləşən mənzilin hamam və tualetindən qonşuya su sızdığını və ustaların sızmanı tapa bilmədiyidən kömək üçün ev sahibindən telefonuna məlumat daxil olduğunu, mənzillərdə santexnik problemlərinin həlli üzrə peşəkarlaşmış Şahid4la birlikdə həmin mənzilə baxış keçirdiklərini, baxış zamanı hamam və tualetdə kafellərin söküldüyü, hamam və tualetin döşəməsinin metlaxlarının sökülmüş betonunun daşındığını aşkar etmişdir. Uzun axtarışdan sonra hər iki illərdə hamamda yuxarı hissədən suyun sızdığı yerin mənbəyi tərəflərindən aşkar edilmişdir. Mənzildə hər iki ildə baxış təxminən yay aylarına təsadüf edirdi və həmin mənzildə mənzil sahibi, atası??? Usta və fəhlələrdən başqa həmin mənzildə heç kimi görməmişdir. Yalançı Şahid3 ifadəsinə münasibətdə bildirirəm ki, əvvəla o, hazırki cavabdehin atası Zülfüqar Qəribovun yaxın dostudur. Evli olduğumuz dövrdə dəfələrlə bizim evə qonaq gəlmişdir. Bu səbəbdən də, yalan və şablon ərizələrdə ev sahibinin atasını hər iki mənzildə gördüklərini göstərmişlər. Mənzillərə suyun sızmasını aşkar etməyin Pasportistin vəzifə funskiyasına aid olduğunu zənn etmirəm. O, mənzillərə qeydiyyatla və yaxud qeydiyyatı olan şəxslərlə bağlı arayışlar vermək və mənzillərdə qeydiyyatda kimlərin olduğunu müəyyən emək vəzifəsi daşıyır. Görünür ki, dostunun oğlunun yalançı şahidlik etməsi barədə xahişini yerinə yetirmək məcburiyyətini özündə hiss etmiş və əvvəllər onunla işləmiş Şahid4 bu cinayətə təhrik etmişdir. Mən, onun qanunsuzluqları, mənzillərdə yaşayanlara və yaxud yaşamayanlara pul qarşılığı verdiyi saxta arayışlara görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəm. Məhkəmə də, həmin yalançı şahidlər barədə xüsusi qərardad qəbul etməklə prokurorluğa məlumat vermək vəzifəsini daşıyır. Digər Şahid5 hazırki cavabdeh həm bibisioğlu həm də kirvəsidir. Onun tərəfindən ərizə verilmədiyi üçün hansı yalan ifadələri verəcəyini bilmirəm. Digər şahidləri tanımıram. Evdə hər hansı təmir işinin aparılması həmin evin kirayə verilmədiyi mənasına gəlmir. Bir daha qeyd edirəm ki, yalançı şahidlər birbaşa və dolayı yolla cavabdehə yaxın olan şəxslərdi və onların cavabdehin hesabına yalançı şahidlik etmələri gözlənilən haldır. Şahid ifadələri isə Vergi orqanın araşdırması ilə tam şəkildə təkzib olunur və burada yalançı şahidlərin deyil, dövlətin Vergi orqanının araşdırmasının nəticəsi əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən, Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, məhkəmə iclasının mənim iştirakım olmadan keçirilməsini, iddiamın təmin olunması, yalançı şahidlər barəsində xüsusi qərardad qəbul edilməklə prokurorluğa məlumat verilməsini Sizdən xahiş edirəm”. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və iddiaçının vəkil və nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının vəkil və nümayəndəsi Vəkil və İddiaçı məhkəməyə 28 iyun 2024-cü il tarixdə, 21 avqust 2024-cü il tarixdə, 21 yanvar 2025-ci il tarixdə, 03 fevral 2025-ci il tarixdə və 04 aprel 2025-ci il tarixdə məhkəməyə eyniməzmunlu ərizələr göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə yuxarıda qeyd edilən ərizələri nəzərə alaraq İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakları olmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında çıxışında da qeyd etdiyi kimi 2024-cü ilin aprel ayında çağıraraq evləri kirayə verdiyi üçün vergi ödəməli olduğunu bildirdiklərini, aralarında razılaşma əldə etdiklərini, oğlunun anası, qızların isə onunla qalacaqlarını, bu əsasda da evin birini iddiaçıya verəcəyini, hətta buna görə də əşyalarını həmin evə yerləşdirdiyini, lakin sonradan bu razılığın pozulduğunu, evi bu ilin fevral ayına kimi kirayə vermədiyini, vergidən də onu çağırıb kirayə verdiyi üçün cərimə olunduğunu, elanları özünün yerləşdirdiyini, lakin məhkəmə qərarı çıxdıqdan sonra kirayə verdiyini, iddiaçının payından istifadə etmədiyini, özünə məxsus olan ½ paydan istifadə etdiyini, həmçinin o səbəbdən cərimə olunmadığını, ekspert Həsən müəllimin evə gəldiyini, hər iki evdə bir otağın qapısının bağlı olduğunu, bunun səbəbini soruşduqlarını, həmin otaqlarda iddiaçıya məxsus şəxsi əşyaların olduğunu, bu səbəbdən otaqların qapısının bağlı olduğunu onlara bildirdiyini, iddiaçının məhkəməyə göndərdiyi ərizədə qeyd etdiklərinin yalan, şər, böhtan olduğunu, ərizəsində hər kəsin onun dostu olduğunu göstərdiyini, şahid kimi məhkəməyə dəvət edilən şəxslərin ekspert, fəhlə, makler olduğunu, sadəcə Şahid5 yaxınları olduğunu, onun da işsiz olduğunu, həmin vaxt evdə fəhlə işlədiyini, iddiaçının məhkəməyə heç bir sübut təqdim etmədiyini, vergi xidmətindən onu çağırdıqlarını, özünün fikrinin evi kirayəyə vermək olduğunu, paylar müəyyən edildiyi üçün yeni çıxarış almalı olduğunu, evdə qeydiyyatda olanları qeydiyyatdan çıxarmağının 1 aydan artıq vaxt aldığını, bu səbəbdən cərimələndiyini, iddiaçının indiyə kimi ona evi kirayəyə vermək istədiyi üçün müraciət etmədiyini, etsə razılaşa biləcəklərini, indi də qazanc əldə etmək istəyirsə razılaşa biləcəklərini, özünün 2024-cü ilin mart-aprel ayında ünvan 17da yerləşən evi və ünvan 10 ünvanında yerləşən evi 2 ay müddətində kirayə verdiyini, ünvan 17da yerləşən evi 1 aylığı 250 manata, ünvan 10 ünvanında yerləşən evi isə bir aylığı 200 manat olmaqla kirayəyə verdiyini, 2 ay ərzində 900 manat kirayə haqqı əldə etdiyini, bu məbləğdən hesablanaraq 126 manat vergiyə pul ödədiyini, 40 manat məbləğində də cərimə edildiyini, iddiaçının Bakı şəhərində repetitorluq fəaliyyəti ilə məşğul olduğunu, iddiaçıya pul ehtiyac olmasa da özünün 3 uşaq böyütdüyünü, pul lazım olduğunu, həmin əmlaklarda özünə düşən hissədə paydan istifadə edərək kirayəyə verdiyini, iddiaçının onun payını kirayə verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğunu, hüquq normalarının düzgün tətbiq edilməsini, ədalətli qərar verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 22 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “İddiaçı pul tələbi ilə bağlı Naxçıvan şəhər Məhkəməsinə müraciət etmişdir. Onun iddiasının əsassız olduğunu faktlarla nəzərinizə çatdırıram. İlk öncə qeyd edim ki mülki iddia üzrə çıxarılmış qərardan xx.xx.2022-ci il tarixdə apellyasiya, xx.xx.2022-ci il tarixdə kassasiya, xx.xx.2023-cü ildə əlavə kassasiya şikayəti və xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində mülki iş üzrə iddiaya baxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərardadında "mübahisəyə hüquqi qiymət verilməsi nəticə etibarı ilə iş üzrə artıq məhkəmələr tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini tələb edir" qeyd olunmuşdur. Lakin qeyd olunan qərardad üzrə aşağı instansiya məhkəmələr faktiki halları araşdırmadığından və sübutları yenidən qiymətləndirmədiyindən daha yuxarı instansiya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Möhtərəm hakim, İddiaçı ötən illərdə dəfələrlə evlərin kirayə verilib-verilməməsi ilə məsələsilə əlaqədar vəkili vasitəsilə inzibati orqanlara müraciət edib. Vəkilin sorğusu əsasında Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən vəkil Emin Aslanova cavab verilib. Həmin İdarənin 19 iyul 2023-cü il tarixli 31 saylı məktubunda evə baxış keçirildiyi və mənzilin qapısının bağlı olduğu və mənzilin kirayəyə verilməsi barədə heç bir əsas olmadığı qeyd olunmuşdur. İddiaçının vergi orqanına müraciətinə görə Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsində oldum və kirayə verilməsi ilə bağlı iddiaçının vəkili X11 şəhər 4 saylı Mənzil İstismar İdarəsinə verdiyi yazılı sorğusu əsasında verilmiş cavabı vergi orqanına da göstərdim və həmin sənədlə keçmiş illərin kirayə mübahisəsi bağlandı. Əlavə olaraq əmlakın 1/2 hissəyə bölünməsi haqda qərarların surətlərini də təqdim etdim. Vergi orqanı mənzillərin keçmiş illərdə kirayə verilməsi ilə bağlı hüquqi əsas olmadığına görə və mənzillərin kirayə verilməsi üçün müvafiq sənədləşməni hazırladığıma görə iki aya yaxın ödənməyən kirayə vergisini ödəməyimi tələb etdilər və mən həmin kirayə vergisini ödədim. Ayrıca qeyd edim ki, mən mənzillərin 1/2 pay hissəsini 2024-cü ilin yazından kirayə verdiyimə görə onun hissə payı olan otaqları istifadə etməmişəm və bunu evdə baxış keçirən Naxçıvan MR Ədliyyə Nazirliyinin eksperti də təsdiq edə bilər çünki evin bölünməsilə bağlı evdə baxış keçirərkən otaqların birinin bağlı olduğunu və istifadə olunmadığını o da görmüşdür. Lakin nə iddiaçı nə də vəkili keçmiş illərdə verilmiş sorğuların surətlərini şikayət etdikləri nə vergi orqanına nə də məhkəməyə təqdim etməmişlər. İddiaçının vəkili keçmiş illərdə 4 saylı Mənzil İstismar İdarəsinə verdiyi sorğular üzrə aldığı cavabları qaldırılan iddia rədd olunacağına görə iddiaçı, vəkil və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmir. Bildiyiniz kimi bizim nikahın pozulması, uşaqların qəyyumluğu, əmlak bölgüsü iddiaları İddiaçı iddiaları əsasında ayrı-ayrılıqda baxılmışdır və əmlakın naturada bölgüsünə hal-hazırda da baxılır. Əmlak bölgüsü ilə paralel uşaqların qəyyumluğu məsələsi də mübahisə predmeti olmuşdur. Ötən illərdə mübahisənin həllinə yaxın idik belə ki, mən qızların qəyyumluğunu mənə oğlumuzun qəyyumlunu isə ona verilməsini qohumları vasitəsilə ona təklif etmişdim. İlk öncə Şəlalənin müsbət yanaşdığına görə razı olduğuna inandım və Şəlalənin ata evindən cehiz gətirdiyi yataq dəsti çarpayı və şifoneri Cahanda olan iki otaqlı evə köçürdüm ki oğlumla birgə orda yaşasın və öz evimin şəklini isə elana yerləşdirdim lakin Şəlalənin vəkilləri işi uzadaraq şəxsi qazanclarını artırmaq üçün onu bu fikrindən daşındırdı. Sonradan o təklifimlə razı olmadı və məndə evlərin kirayə verilməsi fikrindən daşındım. Baxın möhtərəm hakim bir müddət öncə alimentin artırılması iddiasına hakim Gülnar Səfərəliyevanın iştirakı ilə iddiaya baxıldı. Mən məhkəmədə İddiaçı telefonunda və sosial şəbəkədə elana yerləşdirdiyi İELTS proqramı üzrə instruktor- repetitorluq edən müəllim olduğunu və abituriyent hazırlığı üzrə hazırlıq kursunda və evdə repetitorluq etdiyini foto elanları məhkəməyə təqdim etdim lakin repetitorluqdan gəlir əldə etdiyi rəsmi sübut hesab olunmadığından iddiam təmin olunmadı. Həmin fotoşəkilləri sizə də təqdim etmişəm. Eyni ilə də iddiaçının təqdim etdiyi şəkillər kirayə üçün əsas deyil və hüquqi əsas hesab olunmur. İddiaçının vəkilinə sorğu üzrə verilmiş cavab və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə Vəkil Bürosu tərəfindən verilmiş sorğunun cavabını sizə təqdim edirəm. 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərardadı çıxdıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən mülkiyyətdə payçı olduğumdan və qeyd olunan məcəllə üzrə mənə aid olan payın istifadəsi və kirayə hüququmun olduğunu əsas götürərək evlərdə 1/2 hissənin kirayə verilməsi üçün sənədləri toplamağa başladım. 2024-cü ili mart ayından da sənədlər toplandığı müddətdə də evə kirayəçi yerləşdirdim. ünvan 4 ünvandakı evin çıxarışını evi satan əvvəlki sahibin ailə üzvləri qeydiyyatda qaldıqlarından evin kirayə verilməsi üçün həmin şəxslərin qeydiyyatdan çıxarılması lazım idi. Ona görə kirayə müqaviləsinin hazırlanması 2 ay vaxt aldı çünki evdə qeydiyyatda olanların razılığı olmadan mümkün deyildi və onlar xarici ölkədə yaşayırdılar. Əmlak xidmətindən çıxarışın alınması və notariusda kirayə müqaviləsinin bağlanması 2 ay vaxt aldı. Bunu əlində əsas tutan iddiaçı vergi xidmətinə məni şikayət etdi lakin keçmiş illərdə inzibati orqanlara mənzillərin təftiş olunması ilə bağlı sorğular verdiyini və aldığı cavabların vergi orqanında və məhkəmədə açılacağını unutdu. Bağlanmış kirayə müqavilələrini məhkəməyə təqdim etmişəm. ünvan 4 ünvandakı evin kirayə müqaviləsi xx.xx.2024-cü il tarixə qədərdir. Kirayəçı artıq özünə ev alıb və yaxın bir ay içində evi boşaldacaqdır. Möhtərəm hakim iddiaçı məhkəməyə heç bir hüquqi sənəd təqdim etməmişdir və keçmiş illərdə mənzillərin kirayə verilib-verilməməsi üzrə inzibati orqanlara verdiyi sorğuların cavablarını məhkəməyə təqdim etmir. Mən həmin sorğuların cavablarının alaraq məhkəməyə təqdim olunması üçün vəkillər bürosuna müraciət etdim lakin praktika üzrə inzibati orqanlarda və özəl müəssisələrdə başqasının verdiyi sorğunun cavabının verilməyəcəyi və yalnız həmin sorğuların cavablarını məhkəmə tərəfindən sorğu olarsa veriləcəyi bildirildi. Fakt isə həmin sorğu cavablarının məhkəməyə iddiaçı tərəfindən təqdim olunmamasıdır. İddiaçı evlərin kirayə verilib-verilməməsini inzibati orqanlara təftiş etdirir nəticə almır və mən etiraz etmədən evlərin boş olduğunu gələn vəzifəli şəxslərə baxış üçün təqdim edirəm lakin yenə ürəyi soyumur və məhkəməyə əsassız iddia qaldırır. Bu iddia son bir ildə iddiaçının onuncu əsassız iddiasıdır. ünvan 5 ünvandakı ev 2021-ci ildən bu yana qonşuya su getdiyinə görə 3 dəfə hamam tualet koridor sökülüb və təmir olunub və təmir üçün kifayət qədər vəsait sərf olunub. Eyni ilə də Cahan gənclər Şəhərciyindəki evdə də hamam otağı tavanı ilə birlikdə uçub tökülmüş və təmiri uzun zaman almışdır. Lakin mən hələ ki həmin təmir xərcləri ilə bağlı və mənzillərə ödədiyim kommunal xərclərlə bağlı məhkəməyə müraciət etmirəm və övladlarıma görə əmlak mübahisəsi üzrə qarşılıqlı razılıq əsasında bu işə son qoyulmasını qarşı tərəfdən gözləyirəm. Evlərin çıxarışlarını artıq 4 saylı Mənzil İstismar İdarəsinə və Cahan Gənclər Şəhərciyinə təqdim etmişəm və 1/2 pay sahibi olduğuna görə kommunal borclar artıq iddiaçının da adına yazılır. Möhtərəm hakim, ümumi mənzərə belədir ki, iddiaçı evlərin çıxarışlarını kassasiya qərarından sonra 2022-ci ilin oktyabr ayında əldə edir. Mənzildə onun pay hüququ olan 1/2 hissənin istifadə edilməsi üçün mənə bir dəfə də yazılı müraciət etmir. Kommunal xərclərdən və evlərdə yaşayış olmadığından edilən təmir xərclərindən yayınmaq üçün çıxarışlar aldığını gizlin saxlayıb. 2022-ci ilin oktyabr ayında məhkəmənin kassasiya qərarından sonra çıxarışlar alıb lakin məhkəmə tərəfindən tanınmış 1/2 hissə payının istifadə edilməsi üçün mənə hər hansı yazılı müraciət etməyib və uzun sürən məhkəmə çəkişmələrindən sonra 2 uşağın qəyyumluğu ondan alınaraq mənə verilmişdir. Əmlakla bağlı Konstitusiya Məhkəməsinin qərarından sonra artıq ölkə üzrə məhkəmə qərarları çıxdığına görə mən 1/2 pay üzrə 2024-cü ildə kirayə müqaviləsi bağlamışam. Keçmiş illərdə evdə qeydiyyatda evi mənə satan şəxsin ailə üzvlərinin olmasına görə evin kirayə verilərək kirayə müqaviləsinin bağlanması yalnız həmin şəxslərin notarial razılığı və ya qeydiyyatdan çıxması ilə mümkün idi. Həmçinin bizim uşaq mübahisəmiz Şəlalənin yaxın qohumlarının vasitəçiliyi ilə bitməli idi və qızlarımın qəyyumluğu mənə oğlumun qəyyumluğu ona qalması şərti ilə Cahandakı evi ona verirdim. İlk əvvəl razılığını bildirmişdi və mən kirayə vermək üçün evi elanda yerləşdirdim, lakin son anda Şəlalə fikrindən daşındı və mən evləri kirayə verə bilmədim. Kassasiya məhkəməsinin qərarı ilə hər üç uşaq mənə verildi. Şəlalə vəkili vasitəsilə keçmiş illərdə mənzilləri inzibati orqanlar vasitəsilə təftiş etdirib və mən mənzilləri açıb evdə kirayə yaşayanın olmadığını onlara göstərmişəm. Keçmiş illərdə inzibati orqanın yazılı cavabından razı qalmayan iddiaçının hüquqi əsası olmayan iddiasının rədd edilməsini xahiş edirəm. İşin mənəvi tərəfi övladlarını atıb özü üçün yaşayan dırnaqarası ana əməlindən peşman olub məhkəmə iddialarından əl çəkmir və övladlarının qəlbində yalnız nifrət toxumu əkir. Uşaqlar artıq 17, 15 və 11 yaşlarındadır və yaxın zamanda ailə həyatına başlayanda övladlarımıza ev lazım olacaq. Biz yaşlanırıq lakin uşaqların gələcəyi tək məni yox onu da düşündürməlidir. Əmlak bölgüsü üzrə iddiaçı işin uzanması üçün əlindən gələni edir. İddiaçının vəsatəti üzrə qərardad çıxarılmış və iş təkrar ekspertizanın keçirilməsi üçün “Hüquq və Torpaq MMC-yə" göndərilmişdir. Bu isə mübahisənin həllinin azı 3 il uzanacağını göstərir. Qeyd olunanları nəzərə almanızı sizdən xahiş edirəm”. Cavabdeh 17 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “İddiaçı aliment öhdəliyi üzrə yığılan borclarından qurtulmaq üçün əsası olmayan iddia qaldırmışdır. Ötən prosesdə mənim vəsatətim əsasında məhkəmə tərəfindən verilmiş sorğu əsasında Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Şərur rayon Vəkil Bürosunun vəkili Emin Aslanova yazılmış məktubun surəti məhkəməyə təqdim olunaraq materiala əlavə edilmişdir. Həmin məktuba da iddiaçı ilə aramda olan mülk mübahisəsinin bölünməsi üzrə iddiaçının vəkili olmuş Emin Aslanovun xx.xx.2022-ci il tarixli, N-0268162 vəkil orderi və xx.xx.2023-cü il tarixli 212 nömrəli vəkil sorğusu əsasında cavab verilmişdir. Əlavə olaraq qeyd edim ki, iddianın əsasını makler elanı təşkil edir. Həmin elanı sosial şəbəkədə ev alqısatqı və kirayə elanı yerləşdirən Şahid2dir. Sosial şəbəkədə elanlarında ev kirayə verildi cümləsini maklerlər əsasən ev axtaranların onları narahat etməməsi üçün yazırlar. Evi kirayə verməkdən imtina etdiyimdən evin kirayəyə verilməsi mümkün olmamışdır. Əlavə olaraq nəzərinizə çatdırıram ki ev elanlarının hamısı həmin makler tərəfindən sosial şəbəkədə yerləşdirilmiş ünvan 6 ünvanın şəkilləridir. İddiaçı isə həmin şəkillər əsasında hər iki evin kirayə verildiyini əsassız iddia edir. İddiaçı məhkəmənin kassasiya qərarı üzrə onun pay hüququ olan 1/2 payın istifadəsi və ya kirayə verilməsi üçün mənə hər hansı qaydada müraciət etməmişdir və hətta yazılı müraciəti də olmamışdır. Əlavə olaraq da həmin mənzillərdə iddiaçının şəxsi əşyaları olan cehiz mebeli, geyim və digər şəxsi əşyaları hər iki evin bağlı otağının birində saxlanılır. Bir daha nəzərinizə çatdırıram ki, keçmiş illərdə əmlak mübahisəsi üzrə mübahisənin həllinə yaxın idik lakin iddiaçının vəkillərinin müdaxiləsindən sonra həmin şifahi razılıq ləğv edildi. Hüquqi əsası olmayan iddiaçı məhkəməyə həm inzibati orqanın keçmiş ildə onun vəkilinə təqdim olunmuş sorğunun cavabını təqdim etməmiş və məhkəməyə 2021-2024-cü illərdə hər iki mənzil üzrə kirayə müqaviləsi bağlanıbbağlanmaması barədə notariat ofisinə sorğu verməmişdirlər. Bununla bağlı tərəfimdən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər Vəkil Bürosu vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə sorğu verilmiş və cavabın əslini məhkəməyə təqdim etmişəm. Vergi xidmətindən də aldığım hesabat məlumatı da nəzərinizə çatdırmaq istəyirəm xx.xx.2024-cü ildən bu günədək olan ödəmələrim cədvəldə yerləşdirilmiş və həmin cədvəldə təqdim etdiyim kirayə müqaviləsindən öncə aprel ayında iki ay üçün birdəfəlik 126 manat ödəmənin olduğu vardır. Mənim vergi orqanına da ötən ildə mənzilə inzibati orqan tərəfindən baxış keçirildiyini və mənzilin qapısının bağlı olduğunu və kirayə verilmədiyini göstərmişəm. Bunun əsasında yəni mənzilin keçmiş illərdə kirayə verildiyi sübuta yetmədiyindən yalnız aprel və mart ayları üzrə iki mənzilin 1/2 hissəsinin ödənməyən vergi borcunun ödənilməsi tələb olunmuşdur. Məndə həmin vergi borcu olan 126 manatı xx.xx.2024-cü ildə ödəmişəm. May ayından isə rəsmi olaraq 1/2 payın kirayə müqaviləsi notariusda qeydiyyata alınmışdır. Vergi xidmətindən mənə verilən şəxsi hesab vərəqəsini sizə təqdim edirəm. 2021-ci ildə və 2022-ci ildə ünvan 6 ünvanda təxminən yay aylarında hər il su sızmasına görə qonşunun şikayəti üzrə hamam tualet və koridorda yerdən 1 metr hüdürlükdə kafellər və döşəmədə metlaxlar sökülmüş və betonu usta və fəhlələr vasitəsilə daşınmış iki aydan artıq vaxtda divarların quruması və su sızıntısının mənbəyinin tapılmasına ustalar vasitəsilə çalışılmışdır. Həmin ustalar tapa bilmədikdə həm 2021-ci ildə həmdə 2022-ci ildə Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsinə zəng vurmuşam və paspotist Şahid3 və həmin idarənin təcrübəli fəhləsi Şahid4 göndərmişlər. Onların da səyi ilə su sızan nöqtə hamamda tapılmışdır. Həmin şəxslər 2021-ci il və 2022-ci ildə ev təmir olunduğu aylarda evdə olmuşlar və evdə kirayə qalanın olmadığını təsdiq edə bilərlər”. Cavabdeh 08 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “Vəsatətə münasibətim belədir ki, təkrar ekspertiza üçün heç bir əsas yoxdur, ekspertiza kirayə icarə müqaviləsi istəyir o da heç vaxt mövcud olmayıb xahiş edirəm vəsatət təmin olunmasın. Ekspertiza keçirilən ötən müddət ərzində tərəfindən ötən illər üzrə bir dənə də olsun fakt və sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı aliment ödənişindən və aliment borclarını ödəməkdən boyun qaçırmaq üçün keçmiş illərdə hər iki mənzilin kirayə verilməsinə dair əsassız iddia ilə məhkəməyə müraciət edib. İddiaçı məhkəməyə keçmiş illərdə vəkili vasitəsilə müvafiq icra hakimiyyətinə mənzildə kirayə olubolmaması barədə verdiyi sorğunun cavabını gizlətmiş lakin tərəfimdən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Şərur rayon Vəkil Bürosunun vəkili X13 şəhər 4 saylı Mənzil İstismar idarəsi tərəfindən yazılmış məktubun surətini, həmdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan şəhər Vəkil Bürosu vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə sorğu verilmiş və cavabın əslini məhkəməyə təqdim etmişəm. Naxçıvan Vergi Xidməti tərəfindən iddiaçıya verilmiş cavabda keçmiş illərdə mənzilin tamamının kirayə verilməsi barədə heç bir məlumat qeyd olunmayıb. Mən məhkəmə tərəfindən müəyyən edilmiş və ümumi paylı mülkiyyətin iştirakçısı olaraq öz payımı 2024-cü ilin mart ayından kirayə vermişəm. Lakin sənədləşmə işi Çənlibel məhəlləsindəki mənzildə mənzilin keçmiş sahibinin ailə üzvləri qeydiyyatda olduğundan və onların tapılaraq qeydiyyatdan çıxarılması və yeni mənzil çıxarışlarının əmlak xidmətindən alınması üçün müvafiq sənədləşmə bir aydan artıq vaxt apardığından kirayə müqavilələrinin bağlanması gecikmişdir. Vergi xidmətinin hesablaması ilə hər iki mənzil üçün iki aylıq kirayə vergisi 126 manat tərəfimdən vergi xidmətinə ödənilmişdir. Əlavə olaraq da 2024-cü ildə kirayə müqaviləsinin bağlanması yubandığından 40 manat cərimə ödəmişəm. Məhkəməyə təqdim etdiyim kimi Vergi Xidmətinə də paylı mülkiyyətçi olduğumu və mənzilin müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçmiş illərdə kirayə ilə bağlı təftiş olunduğunu göstərmişəm. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli, 261 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin 16-cı abzasında göstərildiyi kimi: "Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipotekaya qoya və istifadəyə (icarəyə, kirayəyə və s.) verə bilər" normasına uyğun olaraq öz payımı kirayə vermişəm. Mənzilin mətbəx, hamam və tualeti isə mülkiyyətçilərin hər ikisinin istifadə etdiyi sahə hesab olunur və bir mülkiyyətçiyə aid deyildir. Mən 2024-cü ildə öz payımı kirayə vermişəm və iddiaçı ilə onun da payının kirayə verib ona qazanc gətirəcəyim barədə hər hansı öhdəlik və müqaviləm yoxdur”. Cavabdeh 11 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “İddiaçı aliment öhdəliyi üzrə yığılan borclarından qurtulmaq üçün əsası olmayan iddia qaldırmış və keçirilən proseslərin heç birində iştirak etməmiş və son iki prosesdə iddialarını müdafiə edib-etməmələri ilə bağlı məhkəməyə yazılı münasibət də bildirməmişdir. Məhkəmə tərəfindən iddiaçıya humanizm göstərildikcə iddiaçı və vəkilinin bu işdə ruhlanmasına səbəb olur. İddiaları 2021-2024-cü illər üzrə guya mənzillərin kirayə verilməsilə bağlı ondan pul alınıb ona verilməsidir. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmiş lakin həmin müddət ərzində iddialarını təsdiq edəcək kirayə və ya icarə müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İddiaçı təkrar ekspertiza üçün vəsatətlə məhkəməyə müraciət etmiş və sübut təqdim etmədiyindən məhkəmənin qərardadı ilə təkrar ekspertizanın keçirilməsi rədd edilmişdir. Möhtərəm hakim! İddiaçı sübutlarını təqdim etməli olduğu halda onun yerinə mən onun iddiasının əsassız olduğuna dair həm vəkili Emin Aslanovun sorğusunun cavabını həm də Naxçıvan Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə verdiyim sorğunun cavabının əslini məhkəməyə təqdim etmişəm. Nəzərinizə çatdırıram ki, mübahisələndirilən məsələdə mənzillərin 1/2 hissəsi mənə 1/2 hissəsi isə iddiaçıya məxsusdur. 2024-cü ilin fevralında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı çıxdıqdan sonra artıq mübahisə bitdiyindən hər iki mənzildə mənə məxsus olan 1/2 payın kirayə verilməsi üçün aidiyyəti üzrə həm notariat həmdə əmlak üzrə dövlət xidmətinə müraciət etdim lakin ünvan 6-ün qeydiyyatında əvvəlki ev sahibinin ailə üzvləri qeydiyyatda olduğundan həmin mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılması, mənzil çıxarışının alınması və kirayə müqaviləsinin bağlanması iki aya yaxın vaxt aldı. Digər mənzildə qeydiyyatda olan olmadığından həmin mənzilin çıxarışının alınması və müqavilənin bağlanması daha tez alındı. İddiaçı həmin müddət ərzində məni vergi xidmətinə şikayət etdiyindən vergi xidmətinə çağırıldım və vəziyyəti onlara izah edərək məhkəməyə təqdim etdiyim sənədləri və məhkəmə qərarlarını onlara da göstərdim və hər iki mənzildəki payımın istifadə hüququnun Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2018-ci il, N-6 maddə 1360-a, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli, 261 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli və xx.xx.2018-ci il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin 16 və 17-ci abzasında göstərildiyi kimi: “Ümumi; paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipotekaya qoya və istifadəyə (icarəyə, kirayəyə və s.) verə bilər” normasını onlara da bildirdim. Yeni çıxarışın alınması və notariusda 1/2 hissə üzrə kirayə müqaviləsinin yubandığını bildirdikdən sonra vergi xidmətinin əməkdaşları 1/2 hissə payın iki ay üzrə ümumilikdə 126 manat vergi ödənişini ödəməyimi bildirdilər və mən də həmin məbləği aprel ayında vergiyə ödədim. Əlavə olaraq da vergi orqanında uçotda durmadığıma görə 40 manat cərimə ödədim. Möhtərəm hakim! Qeyd olunan faktlar iddiaçının mənzillərdə olan 1/2 payının istifadə olunmasına dəlalət etmir. İddiaçı vergi xidmətinə şikayət etməklə və aldığı cavabla yetinir, lakin həmin vaxt hər iki mənzilin tamamının istifadə olunmasına dair heç bir fakt aşkar olunmamış və məhkəməyə təqdim olunmamışdır. Bunun əksini sübut edəcək şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin eksperti Şahid1dir. 2024-cü ilin mart ayında məhkəmə tərəfindən mənzillərin naturada bölünməsinin ekspertizası keçirilmişdir. Həmin vaxt ekspert tərəfindən mənzillərdə otağın birinin bağlı olduğunu və iddiaçının cehiz və şəxsi əşyalarının saxlanıldığını o da görmüşdür. Ona görə də bir başa çıxışımda vəsatətlə çıxış edirəm və ayrıca vəsatətə ehtiyac olarsa onu da təqdim edə bilərəm. Xahiş edirəm məhkəmədə dindirilməsi üçün məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə məktub göndərilib ekspert Şahid1 məhkəməyə gəlib dindirilməsini təmin edəsiniz. iddiaçının keçmiş illərdə mənzillərin kirayə verilməsi və onun payının istifadə olunmasına dair sübutunun olmadığı və məhkəməyə sübut təqdim etmədiyi iddianın rədd olunmasına kifayət etmirsə mənzilərin kira verilmədiyini 2021 və 2022-ci illərdə uzun müddət mənzildə təmir işlərinin aparıldığını usta və Naxçıvan şəhər 4 saylı Mİİ-də işləyən fəhlə və pasportist də təsdiq edə bilər. Həmçinin Naxçıvan şəhərində ev kirayə və alqı-satqısı ilə məşğul olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sosial səhifənin sahibi də mənzillərin keçmiş illərdə kirayə verilmədiyini təsdiq edə bilər”. Cavabdeh 09 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “İddiaçı məhkəmənin 2022-ci il tarixli qətnaməsi ilə elan olunmuş qərarla hər iki mənzildə ümumi paylı mülkiyyətin 1/2 hissənin sahibidir. Məhkəməyə 2021-2024-cü illərdə hər iki mənzilin icarəyə verildiyini və buna görə ona əldə olunmuş gəlirin yarısının verilməsi üçün iddia qaldırmış və əmtəəşünaslıq ekspertizasının keçirilməsini vəsatətlə tələb etmişdir. Məhkəmə tərəfindən vəsatəti təmin edilmiş lakin mənzillərin 2021- 2024-cü illərdə kirayəyə verilməsini təsdiq edən hər hansı kirayə və ya icarə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bunun əksinə tərəfimdən 2021-2024-cü illərdə hər iki mənzilin kirayə və ya icarə müqaviləsinin bağlanmadığını təsdiq edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə verilmiş sorğu və cavabın əslini məhkəməyə təqdim etmişəm. Əlavə olaraq keçmiş illərdə iddiaçının vəkili Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Şərur rayon Vəkil Bürosunun vəkili Emin Aslanovun mənzilin kirayəyə verillib-verilmədiyi ilə bağlı Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsinə yazmış olduğu sorğuya cavab məktubunu da məhkəməyə təqdim etmişəm. 2023cü ildə verilmiş həmin cavab məktubunda mənzilin qapısının bağlı olduğu, tərəfimdən qapının açıldıqdan sonra isə mənzilin boş olduğu iddiaçının vəkilinə həmin məktubda bildirilmişdir. İddiaçı iddia materialında makler tərəfindən Çənlibel məhəlləsindəki mənzilin kirayə elanını materiala əlavə etmişdir. Nəzərinizə çatdırıram ki, keçmiş illərdə əmlakın bölünməsi ilə bağlı fikir və mövqelərimiz yaxınlaşdığından düşündüm ki, razılığa gələ bildik lakin, İddiaçı fikrini dəyişdiyindən mənzilin kirayə verilməsindən imtina etdim. Mənzilin kirayə verilmədiyini mənzili elanda yerləşdirmiş şahid qismində iştirak üçün dəvət olunmuş makler Şahid2 də təsdiq edə bilər. 2021 və 2022-ci illərdə Çənlibel məhəlləsindəki mənzilin hamam və tualet hissəsində qonşuya su getdiyindən hamam və tualetin kafel və metlağı sökülmüş axan suyun mənbəyi axtarılsada tapılması uzun zaman almışdır. Hətta bunun üçün Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsinin pasportisti Şahid3 zəng vurub yardım istəmişik. O, da 2021-ci və 2022-ci illərdə özü ilə həmin idarənin işçisi Şahid4 gətirmiş və suyun axan mənbəyi tapılmışdır. Həmin illərdə mənzilin kirayə verilmədiyini şahid qismində iştirak üçün dəvət olunmuş mənzildə fəhlə işləmiş Şahid5, pasportist Şahid3 və Şahid4 da təsdiq edə bilər. Əlavə olaraq 2023-cü ilin mart ayında mənzillərdə müvafiq ekspertiza aparmış Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin eksperti Şahid1 də mənzillərin hər birində otağın birinin İddiaçı əşyalarının və gətirdiyi mebel cehizlərin saxlandığından bağlı olduğunun şahidi olmuşdur. O da şahid qismində ifadə vermək üçün məhkəməyə dəvət olunmuşdur. 2023-cü ilin fevral ayında əmlakın bölünməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərardadı çıxdıqdan sonra mənzillərdə mənə məxsus 1/2 hissə payın kirayə müqaviləsinin bağlanması üçün Naxçıvan Regional "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə və Əmlak xidmətinə yaxınlaşdım onlarda mənzillərdə 1/2 hissə payın kirayə müqaviləsinin mənzillərə yeni çıxarışların alındıqdan və polisdən verilən arayışa əsasən mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarıldıqdan sonra mümkün ola biləcəyini bildirdilər. Çənlibel məhəlləsindəki mənzildə qeydiyyatda olanlar Bakı şəhəri və xaricdə yaşadığından onların tapılıb qeydiyyatdan çıxarılması və yeni çıxarışların alınması bir aydan artıq vaxt aldı. 2023cü ilin aprel ayında iddiaçı məni vergi xidmətinə şikayət etdi. Məndə əlimdə olan məhkəmə qərarlarını, onun vəkilinə verilmiş sorğu cavabını və s. sənədləri vergi xidmətinə təqdim etdim. Naxçıvan Vergi Xidməti tərəfindən iddiaçıya verilmiş cavabda keçmiş illərdə mənzilin tamamının və ya onun payı olan 1/2 hissə payın kirayə verilməsi barədə heç bir məlumat qeyd olunmayıb. Mən məhkəmə tərəfindən müəyyən edilmiş və ümumi paylı mülkiyyətin iştirakçısı olaraq öz payımı 2024-cü ilin mart ayından kirayə vermişəm. Vergi xidmətinin hesablaması ilə hər iki mənzilin 1/2 hissəsinin iki aylıq kirayə vergisi 126 manat tərəfimdən vergi xidmətinə ödənilmişdir. Əlavə olaraq 2024-cü ildə kirayə müqaviləsinin bağlanması yubandığı müddətdə vergi uçotunda durmadığıma görə 40 manat cərimə ödəmişəm. Qeyd olunan cərimə isə onun 1/2 hissə payının tərəfimdən istifadə olunmasına dəlalət etmir. Vergi Xidmətinə paylı mülkiyyətçi olduğumu və mənzilin müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçmiş illərdə kirayə ilə bağlı təftiş olunduğunu və keçmiş illərdə kirayə verilmədiyini təsdiqləyən məktubu göstərmişəm. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000ci il tarixli 261 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin 16-cı abzasında göstərildiyi kimi: "Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipotekaya qoya və istifadəyə (icarəyə, kirayəyə və s.) verə bilər" normasına uyğun olaraq öz payımı kirayə vermişəm. Mənzilin mətbəx, hamam və tualeti isə mülkiyyətçilərin hər ikisinin istifadə etdiyi sahə hesab olunur və bir mülkiyyətçiyə aid deyildir. Mən 2024-cü ildə öz 1/2 hissə payımı kirayə vermişəm və iddiaçı ilə onun da payının kirayə verib ona qazanc gətirəcəyim barədə hər hansı öhdəlik və müqaviləm yoxdur. Möhtərəm hakim şahidləri dinləyib sübutu olmayan iddianın rədd edilməsi barədə qərar çıxarmanızı sizdən xahiş edirəm”. Cavabdeh 22 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə çıxış təqdim edərək qeyd etmişdir ki, “İddiaçı məhkəmənin 2022-ci il tarixli qətnaməsi ilə elan olunmuş qərarla hər iki mənzildə ümumi paylı mülkiyyətin 1/2 hissənin sahibidir. İddiaçı 2024cü ildə digər bir prosesdə birgə mülkiyyətimiz olan ünvan 7 ünvanda və ünvan 8ərtəbə 8/1 ünvanda yerləşən mənzillərin mənim tərəfimdən istifadə edilməsinə qadağa qoyulması (müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il, e-16(078)-17/2024 saylı qərardadında iddiaçı və onun vəkilinin ərizəsinə baxaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin: 157.1-ci və 157.2-ci maddəsinin məzmununu iddiaçının nəzərinə çatdırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarına əsasən, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından hakim Gülnar Səfərəliyeva ərizəni araşdırıb qeyd etmişdir ki, iddiaçı və vəkilinin ərizəsi qismən təmin olunmalıdır. Belə ki, ərizə birgə mülkiyyət olan hər iki mənzilin cavabdehin tərəfindən istifadə edilməsinə qadağa qoyulmasına dair hissədə rədd olunmalıdır. Ona görə ki, hər iki əmlak birgə mülkiyyət olmaqla tərəflərin bərabər payları müvafiq hüquq müəyyənedici sənədlərlə təsdiq edilmişdir. Həmin əmlaklardan istifadənin cavabdehə qadağan edilməsi müvəqqəti təminat tədbiri qismində çıxış edə bilməz. Cavabdeh mülkiyyətçidir, əmlaklardan istifadə onun mülkiyyətini həyata keçirən hüquqdur, bu hüquq iddiaçıya qadağan edilməmişdir. İddiaçı da cavabdeh kimi əmlaklardan istifadə edə bilər. Qərardadın qərar hissəsində birgə mülkiyyətimiz olan hər iki mənzilin tərəfimdən istifadə edilməsinə qadağa qoyulmasına (müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək) dair hissədə rədd olunmuşdur. İddiaçı birgə mülkiyyətimiz olan mənzillərin 1/2 hissəsinin tərəfimdən istifadə olunmasını bütün iddialarında onun da payının istifadə olunduğu kimi qələmə verir. Halbuki, hər iki mənzildə bir otaq yalnız onun şəxsi əşyaları və cehiz mebeli yerləşdiyindən bağlıdır. Bunu məhkəmə ifadəsində şahid kimi iştirak edən ekspert də 2024-cü ildə mənzildə apardığı ekspertiza müşahidələrində də bildirmişdir. Cavabdeh olaraq mülkiyyətçi olduğum və əmlaklardan istifadə mənim mülkiyyətimi həyata keçirmək hüququmdur, bu hüquq iddiaçıya da qadağan edilməmişdir. İddiaçı da mənim kimi əmlaklardan istifadə edə bilər. Naxçıvan Vergi Xidməti tərəfindən iddiaçıya verilmiş cavabda keçmiş illərdə mənzilin tamamının və ya onun payı olan 1/2 hissə payın kirayə verilməsi barədə heç bir məlumat qeyd olunmayıb. Həmçinin iddiaçı paylı mülkiyyətçi olduğunu yazdığı ərizədə vergi xidmətindən gizlətmişdir. Mən məhkəmə tərəfindən müəyyən edilmiş və ümumi paylı mülkiyyətin iştirakçısı olaraq öz payımı 2024-cü ilin mart ayından kirayə vermişəm. Vergi xidmətinin hesablaması ilə kirayə müqaviləsi bağlananadək olan iki ayadək olan dövrdə hər iki mənzilin 1/2 hissəsinin iki aylıq kirayə vergisi 126 manat tərəfimdən vergi xidmətinə ödənilmişdir. Əlavə olaraq 2024-cü ildə kirayə müqaviləsinin bağlanması yubandığı müddətdə vergi uçotunda durmadığıma görə 40 manat cərimə ödəmişəm. Qeyd olunan cərimə isə onun 1/2 hissə payının tərəfimdən istifadə olunmasına dəlalət etmir. Vergi Xidmətinə paylı mülkiyyətçi olduğumu və mənzilin müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçmiş illərdə kirayə ilə bağlı təftiş olunduğunu və keçmiş illərdə kirayə verilmədiyini təsdiqləyən məktubu da göstərmişəm. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli, 261 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin 16-cı abzasında göstərildiyi kimi: “Ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipotekaya qoya və istifadəyə (icarəyə, kirayəyə və s.) verə bilər” normasına uyğun olaraq öz payımı kirayə vermişəm. Mənzilin mətbəx, hamam və tualeti isə mülkiyyətçilərin hər ikisinin istifadə etdiyi sahə hesab olunur və bir mülkiyyətçiyə aid deyildir. Mən 2024-cü ildə öz 1/2 hissə payımı kirayə vermişəm və iddiaçı ilə onun da payının kirayə verib ona qazanc gətirəcəyim barədə hər hansı öhdəlik və müqaviləm yoxdur. Möhtərəm hakim iddiaçı paylı mülkiyyətçidir və öz payını istifadə etməkdə maraqlı deyil və ehtiyac da duymur çünki repetitorluqdan kifayət qədər gəlir əldə edib Bakı şəhərində yaşayır. Mən isə 3 övladımın yaşatmaq, onların təlim-tərbiyə, qida, sağlamlıq, geyim və digər ehtiyaclarını ödəməklə məşğulam. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci, 13.1ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli, 261 nömrəli Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin 16-cı abzasında göstərilmiş bəndi nəzərə alıb iddianın rədd edilməsi barədə qərar çıxarmanızı sizdən xahiş edirəm”. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində həmin vaxt şəhərdə 2 evə baxdıqlarını, birinin 14 nömrəli məktəbin qarşısında, digərinin isə Cahan Gənclər şəhərciyində olduğunu, hər iki evdə bir otağın qapısının bağlı olduğunu, bu səbəbdən həmin iki otağa baxa bilmədiklərini, səbəbini soruşduqda xanımın şəxsi əşyalarının olduğunu dediklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində 2021-ci ilin və 2022ci ilin yay ayında, yəni 2 dəfə Pərvizin kömək lazım olduğunu dediyini, 14 nömrəli məktəbin yanındakı evdə problem olduğunu, su sızması olduğunu, kafeli qırdıqlarını, daşıdıqlarını, hamam və tualetin birlikdə olduğunu, suyun haradan sızdığını tapa bilmədiklərini, sonra Mənzil İstismar İdarəsindən adam çağırdıqlarını, onun tapdığını, özünün köməklik etdiyini, qum daşıdığını, həmin evdə başqa heç kimin yaşadığını görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində idarəyə şikayət daxil olduğunu, qonşunun evinə su sızdığını, evə usta apardığını, baxıb düzəltdiklərini, həmin evdə Pərvizi, atasını və başqa bir ustanı gördüyünü, başqa heç kimi görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində özünün makler olduğunu, sosial şəbəkələrdə ev elanlarını paylaşdığını, işlətdiyi instagram hesabının adının “naxcivan_ev_alqi_satqi_kiraye” olduğunu, Pərviz müəllimin evlərin şəkillərini göndərdiyini, özünün də sosial şəbəkədə paylaşdığını, təxminən 2022-2023-cü illərdə olduğunu, sonra müştəri tapdığını, Pərviz müəllimə zəng vurduğunu, onun da evi kirayəyə vermək istəmədiyini dediyini, səbəbini bilmədiyini, ev sahibi evi kirayəyə vermək istəmədikdə və ya ev kirayəyə verildikdə müştərilər narahat etməsin deyə sosial şəbəkədə paylaşdığı şəklin altına “kirayə verildi” ifadəsi yazdıqlarını, Pərviz müəllimə məxsus heç bir evin özünün vasitəsilə kirayəyə verilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində özünün 14 nömrəli məktəbin qarşısında yerləşən evdə 2 dəfə olduğunu, 2021-ci ilin və 2022-ci ilin yay ayında olduğunu, qonşunun evinə su axdığını, pasportistin ona zəng vurub çağırdığını, özünün əvvəl Mənzil İstismar İdarəsində işlədiyini, ona görə çağırdığını, problem olduğunu, qonşunun evinə su sızdığını dediklərini, bu hadisənin 2 dəfə baş verdiyini, su sızan yeri tapıb düzəltdiklərini, həmin evdə başqa heç kimi görmədiyini bildirdi. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəməyərək vergidən yayınması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********877400 nömrəli) aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətdə qeyd edilən Cavabdeh ünvan 10 və ünvan 9 ünvanında olan mənzillərin icarə müqaviləsi bağlamadan ayrı-ayrı şəxslərə kirayə verildiyi aşkarlanmışdır. Vətəndaş Cavabdeh vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmiş, yaranmış vergi öhdəliyinin büdcəyə ödənilməsi təmin edilməklə yanaşı, gələcəkdə əmlakların icarəyə verilməsi ilə bağlı vergi qanunvericiliyinin tələbləri izah edilməklə bu cür nöqsanlara yol verilməməsi diqqətinə çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, tərəflərindən aparılan araşdırma ilə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, İş №2(078)-881/2021 nömrəli Qətnaməsinə əsasən yuxarıda qeyd olunan hər iki mənzillə İddiaçı 1/2 hissəsinə payçı kimi müəyyən edildiyindən, həmin əmlakların icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun şəkildə icarə müqaviləsinin bağlanılması və yaranan vergi öhdəliyi üzrə digər payçı ilə yanaşı birgə məsuliyyət daşımağı diqqətinə çatdırılmışdır. Əks təqdirdə onun razılığı olmadan əmlakların kirayəyə verilməsi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət edə bilər. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh adına qeydiyyata alınmış ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 2 otaqlı mənzil, Şahbuz rayon, Nurs kəndində yerləşən 600 m2 həyətyanı torpaq sahəsi və **-BE-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX 35” markalı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Qəribova Şəlalə Fəxrəddin qızının həmin əmlakların 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Qəribova Şəlalə Fəxrəddin qızı arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış nikahın pozulması və iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, 01 aprel 2010-cu il təvəllüdlü X9 və 28 mart 2014-cü il təvəllüdlü X5 isə anaları Qəribova Şəlalə Fəxrəddin qızının yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Qəribova Şəlalə Fəxrəddin qızına qarşı nikahın pozulması, uşaqların atanın himayəsində qalması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)-12/2021 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(078)- 12/2021 nömrəli qətnaməsi qismən mübahisələndirilən “iddia qismən təmin edilsin, iş üzrə tərəflərin uşaqları- 01 aprel 2010-cu il təvəllüdlü X9 və 28 mart 2014-cü il təvəllüdlü X10 isə anaları Qəribova Şəlalə Fəxrəddin qızının yanında saxlanılsın və iddia qalan hissədə rədd edilsin” hissələrdə ləğv edilməsi və ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməsi, iddianın tam təmin edilməsi və iş üzrə tərəflərin birgə nikahdan doğulmuş uşaqları- 01 aprel 2010-cu il təvəllüdlü X9 və 28 mart 2014-cü il təvəllüdlü X5 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Qəribova Şəlalə Fəxrəddin qızının kassasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-125/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilin paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Qəribova Şəlalə Fəxrəddin qızının və xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilin paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə 1/2 hissədə Qəribova Şəlalə Fəxrəddin qızının və xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş kirayə verən Cavabdeh ilə kirayəçi Gulac Tugce arasında bağlanmış xx.xx.2024-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kirayə verən Qəribov X4 şəhəri, Əziz Əliyev küçəsi, ev 9 (F bloku), mənzil 8/1 ünvanında yerləşən mənzilin özünə məxsus olan 1/2 hissəsini, yəni 30.595 kv.m, 1 otaq hissəsini kirayəçi Gulac Tugceyə aylıq 200 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə vermişdir. İş materiallarına əlavə edilmiş kirayə verən Cavabdeh ilə kirayəçi X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kirayə verən Qəribov X4 şəhəri, Çənlibel məhəlləsi, ev 25, mənzil 34 ünvanında yerləşən mənzilin özünə məxsus olan 1/2 hissəsini, yəni 33.18 kv.m, 3 otaq hissəsini kirayəçi X6 aylıq 175 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə vermişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 31 nömrəli məktubdan görünür ki, ünvan 10 ünvanı Cavabdeh məxsusdur və xx.xx.2023-cü il tarixdə mənzilə baxış keçirilmişdir. Mənzilin qapısının bağlı olduğu və mənzilin kirayə verilməsi barədə heç bir əsas olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasını Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 969/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, ev 9 (F bloku), mənzil 8 və ünvan 10 ünvanında yerləşən hər iki evlə bağlı 2021-2024-cü il tarixlərində tərəflərindən kirayə müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 10 və ünvan 12 ünvanlarda yerləşən Cavabdeh məxsus 1/2 pay əmlaklarının icarəyə verilməsi ilə bağlı 2024-cü ilin mart-aprel aylarında ödənilmiş 126,0 manat ödəmə mənbəyindən verginin hansı gəlir məbləğindən ödədiyi ilə bağlı müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********158800 nömrəli) aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. xx.xx.2024-cü il tarixdə evlərin kirayəsi fəaliyyət növü üzrə Naxçıvan Şəhər Vergilər İdarəsində (VÖEN: **********) qeydiyyata alındığı müəyyən olunmuşdur. Tərəfindən ödənilmiş 126.0 manat vergi məbləği vergi orqanlarında qeydiyyata alınmamışdan əvvəl ödənildiyindən, həmin məbləğ şəxsi hesab vərəqəsində öz əksini tapmadığından, 2024-cü ilin 2-ci rübü üzrə təqdim etdiyi bəyannamədə qeyd olunan məbləğə hesablama verilməmiş və gəlir göstərilməmişdir. Daşınmaz əmlak üçün icarə haqqından, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6501 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi və xx.xx.2024 tarixədək 40 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə 17 aprel 2024-cü il tarixli, DVX seriyalı, 004454 nömrəli aktdan görünür ki, Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il, saat 16:18-də keçirilən nəzarət tədbirləri zamanı Cavabdeh müvafiq vergi orqanında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkar edilmiş və Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən Cavabdeh Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləğləri xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 28 manat, xx.xx.2024-cü il tarixdə 52.5 manat olmaqla cəmi 120.5 manat və xx.xx.2024-cü il tarixdə 126 manat, xx.xx.2024-cü il tarixdə 52.5 manat, xx.xx.2024-cü il tarixdə 52.5 manat olmaqla cəmi 231 manat təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)- 125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, cavabdeh tərəfdən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsini araşdırıb, həmin izahatları və iddiaya etiraz məktubunu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. İşin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlər, cavabdehin izahatı əsasında müəyyən edilmişdir ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzil Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh adına qeydiyyata alınmış ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil, ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 2 otaqlı mənzil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Qəribova (Nəsirova) Şəlalə Fəxrəddin qızının həmin əmlakların 1/2 hissəsinə payı müəyyən edilmişdir. Yəni qeyd edilənlərdən də görünür ki, Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilmiş həmin mənzillər, yəni ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzillərdə İddiaçı 1/2 hissədə mülkiyyət hüququ olmasına baxmayaraq onun razılığı olmadan kirayəyə verilmişdir. Bu səbəbdən də qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən gəlir ümumi əmlakın tərkibinə daxil olduğundan və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülməli olduğundan Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilmiş həmin mənzillərdən əldə edilmiş gəlirin yarısı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd olunan evlər üçün kirayə haqqının müəyyən edilməsinə ehtiyac yaranmış, həmin halın müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(078)-873/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 noyabr 2024-cü il tarixdə məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün zəruri sənədlər, yəni ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 66.36 kv.m olan mənzilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış icarə müqavilələri (hər bir ay üçün icarə məbləği göstərilməklə) və ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 61.19 kv.m olan mənzilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış icarə müqavilələrinin (hər bir ay üçün icarə məbləği göstərilməklə) təqdim edilməsi barədə vəsatət göndərilmişdir. İddiaçı isə 19 noyabr 2024-cü il tarixdə məlumat göndərərək qeyd etmişdir ki, “Məhkəmə qərarı əsasında iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmaqdan ötrü iş ekspertizaya göndərilmişdir. Elektron kabinetə yerləşdirilmiş xx.xx.2024cü il tarixli ekspert vəsatətindən görünür ki, ekspert tərəfindən ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 2 otaqlı mənzilin xx.xx.2021-ci il tarixindən-xx.xx.2024-cü il tarixədək, mövcud olmuş kirayə müqavilələrinin təqdim olunması tələb olunmuşdur. Bununla bağlı bildirirəm ki, əvvəla cavabdeh tərəfindən həmin mənzillər hər hansı icarə müqaviləsi bağlanmadan uzun illər ərzində icarəyə verilmiş və bunu təsdiq edən vergi orqanının məsuliyyətə cəlb etməsi barədə qərarı da məhkəməyə təqdim edilmişdir. İkincisi tərəfimizdən vəsatət verilən zaman vəsatətdə göstərmişdik ki, qeyd edilən ərazidə bazar qiymətləri əsasında formalaşmış kirayə haqlarının 2021-ci il tarixdən bugünki günədək dəyişkən olduğunu nəzərə alaraq, qeyd edilən ərazidə həmin tarixdən bugünədək dəyişən kirayə haqlarının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Yəni, həmin mənzillərə dair kirayə müqavilələri qanunsuz şəkildə bağlanılmadığından və kirayə müqavilələri həmin dövrlər üçün mövcud olmadığından vəsatətdə də, qeyd edildiyi kimi tələb olunan dövr üzrə kirayə haqqı məbləğləri həmin ərazidə oxşar mənzillərin kirayə verilməsi qiymətləri əsas götürülməklə hesablanmalıdır”. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 09 dekabr 2024-cü il tarixdə məhkəməyə göndərilmiş məktubda qeyd edilmişdir ki, 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə 17 sentyabr 2024-cü il tarixli qərardadla e-2(078)-873/2024 nömrəli mülki işin materialları daxil olmuşdur (iki cilddə). Daxil olmuş materiallarla tanış olduqda müəyyən olunmuşdur ki, məhkəmə-mühasibatlıq ekspertizanın aparılması üçün ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 66,36 kv.m olan və ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 61,19 kv.m olan mənzillərə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış icarə müqavilələrinin (hər bir ay üçün icarə məbləği göstərilməklə) təqdim olunması barədə 07 noyabr 2024-cü il tarixdə ekspert tərəfindən vəsatət verilmiş, 28 noyabr 2024-cü il tarixdə isə mərkəzə daxil olmuş məlumata əsasən icarə müqavilələrinin təqdim olunmasının mümkün olmaması barədə cavab daxil olmuşdur. Bağlanmış icarə müqavilələri (hər bir ay üçün icarə məbləği göstərilməklə) olmadan təyin olunmuş ekspertizanın əsaslı şəkildə tam və obyektiv tədqiqatının aparılması mümkün deyil. Odur ki, “Məhkəmə ekspertizasi fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq vəsatət təmin edilmədiyindən məhkəməmühasibatlıq ekspertizasının təyini haqqında 17 sentyabr 2024-cü il tarixli qərardad icra olunmadan göndərilmiş materiallar məhkəməyə geri qaytarılmışdır. Məhkəmə tərəfindən İddiaçı və Cavabdeh mülkiyyətində olan ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilin və ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilin yerləşdiyi ərazi üzrə ona mütənasib olan mənzillərə kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan bazar qiymətləri ilə bağlı məlumat əldə edilməsi üçün Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə sorğu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 551/2025 nömrəli məktubdan görünür ki, ünvan 16 ünvanda yerləşən mənzilin istifadəyə yararlığına, yəni yeni və köhnə tikililərə, təmirindən asılı olaraq kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan qiymət 500-800 manat, ünvan 10 ünvanda yerləşən mənzilin istifadəyə yararlığına, yəni yeni və köhnə tikililərə, təmirindən asılı olaraq kirayə müqavilələrinin bağlanması zamanı mövcud olan qiymət isə 300-500 manat dəyərindədir. Məhkəmə iş üzrə Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin məktubunu nəzərə alaraq, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzil və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin kirayə verilməsinə münasibətdə bir aylıq orta bazar qiymətinə uyğun olaraq 300 manat olmaqla iki ay üçün 600 manat kirayə haqqının yarısı yəni 300 manat və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzilin kirayə verilməsinə münasibətdə bir aylıq orta bazar qiymətinə uyğun olaraq 500 manat olmaqla iki ay üçün 1000 manat kirayə haqqının yarısı yəni 500 manat Cavabdeh alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində, həmçinin məhkəməyə göndərdiyi ərizələrdə ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan 3 otaqlı mənzilin və ünvan 17da yerləşən ümumi sahəsi 61.19 m2 olan 2 otaqlı mənzilin Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək, yəni 3 il ərzində kirayəyə verildiyi və nəticəsində 39600 (otuz doqquz min altı yüz) manat gəlir əldə edildiyi qeyd edilsə də, həmin halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən İddiaçı ünvan 10 ünvanında və ünvan 17da yerləşən mənzillərin Cavabdeh tərəfindən kirayəyə verilməsini və kirayə haqqının məbləğini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan sənədlər məhkəməyə göndərilməmişdir. Həmçinin məhkəmədə işin araşdırılması zamanı da həmin hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 4.04 (dörd manat dörd qəpik) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 2.02 (iki manat iki qəpik) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən təmin edilməli; -İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 600 (altı yüz) manat məbləğin yarısı, yəni 300 (üç yüz) manat və ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 1000 (bir min) manat məbləğin yarısı, yəni 500 (beş yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 4.04 (dörd manat dörd qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 2.02 (iki manat iki qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 66.36 m2 olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 600 (altı yüz) manat məbləğin yarısı, yəni 300 (üç yüz) manat və ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 61.19 m2 olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 1000 (bir min) manat məbləğin yarısı, yəni 500 (beş yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 4.04 (dörd manat dörd qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 2.02 (iki manat iki qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-23/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-23/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver