Məhkəmə qərarları › İş №e-2(078)-271/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-271/2021

21.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-271/2021 21.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 103 (yüz üç) manat borc məbləğinin, 80 (səksən) manat cərimənin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun, cəmi 203 (iki yüz üç) manatın tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Tələbkar MMC-nin direktoru X1 ilə Borclu arasında xx xxxxxx 2019-cu il tarixdə hissə-hissə ödənilmək şərtilə WTCN-001687 nömrəli alqı-satqı müqaviləsi bağlandığını, müqaviləyə əsasən alıcı olan Borclu Tələbkar mağazasından ümumi nisyə dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat olan Huawei Y5 Lite (İMEİ **********59959) markalı mobil telefon aldığını, alıcı Borclu xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ayın 03-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 20 (iyirmi) manat ödəniş etməli olduğu halda, aylıq ödənişlər etmədiyini, aldığı malın qalıq pulunun ümumi dəyəri olan 103 (yüz üç) manatı mağazaya ödəmədiyini, dəfələrlə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlərin nəticəsiz qaldığını, götürdüyü malın dəyərini ödəməkdən yayındığını, göründüyü kimi şirkət olaraq borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində olduqlarını, bunları nəzərə alaraq, Borclu 103 (yüz üç) manat borc məbləğinin, 80 (səksən) manat cərimənin və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun, cəmi 203 (iki yüz üç) manatın tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən kreditor Tələbkar ilə Borclu arasında xx xxxxxx 2019-cu il tarixdə X3-satqı Müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş: xx xxxxxx 2019-cu il tarixli, WTCN-001687 saylı X3-satqı Müqaviləsinin 1.1-ci və 2.3-cü bəndlərinin tələblərinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 10 (on) ay müddətinə 228 (iki yüz iyirmi səkkiz) AZN məbləğində əmtəəni, əşyanı (Huawei Y5 Lite (İMEİ **********59959, İMEİ2 **********59956)) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlinə əsasən, Borclu Tələbkarnə xx xxxxxxxx 2019-xx xxx 2020-ci il tarixləri aralığında 20 AZN, xx xxxx 2020-ci il tarixdə isə 23 AZN ödəməyi öhdəsinə götürür. xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışına əsasən, Borclu Tələbkarnə xx xxxxxx 2021-ci il tarixə əsas məbləğ üzrə borcu 103 AZN, cərimə borcu 80 AZN, cəmi borcu 183 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditor təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxxxx 1992-ci il tarixdə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, haliyədə ünvan 2 mənzil 22 ünvanında qeydiyyatda olan Borclu Tələbkar xeyrinə 103 (yüz üç) manat əsas borc, 80 (səksən) manat cərimə borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 203 (iki yüz üç) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar