Məhkəmə qərarları › İş №e-2(078)-418/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-418/2023

08.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-418/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X3, X21 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X7rşı əmrin dəyişdirilməsi, orta əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrinin dəyişdirilərək AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin A bəndi ilə əvəz olunması, iddiaçının işəgötürənin təqsiri üzündən (əmək kitabçası qanunla müəyyən olunmuş vaxtda verilmədiyinə görə) işə düzələ bilmədiyi müddət üçün, yəni 1 il 2 aylıq orta əmək haqqının-28.640.36 (iyirmi səkkiz min altı yüz qırx manat, otuz altı qəpik) manat pulun (orta əmək haqqının), vurulan mənəvi ziyana görə 1.000 (bir min) manat pulun (mənəvi ziyanın), vəkil üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və dövlət rüsumu üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat pulun, ümumilikdə 30.319.36 (otuz min üç yüz on doqquz manat, otuz altı qəpik) manat pulun cavabdeh orqandan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsində müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu vəzifəsi isə həmin publik hüquqi şəxsin aparatında “pensiya təminatı” şöbəsinin müdiri vəzifəsi olmuşdur. Heç bir hüquqi əsas olmadan 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və müvafiq əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçıya işdən azad edildiyi gün qanunun tələbinə görə əmək kitabçası və son haqq hesab ödənilməli olduğu halda bunların heç biri edilməmiş və qanunvericiliyin tələbi kobud sürətdə pozulmuşdur. Həmçinin əmək kitabçası heç bir səbəb olmadan müvafiq orqanda saxlanılmış və işçi işəgötürənin təqsiri üzündən də heç bir yerdə işə düzələ bilməmişdir. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, iddiaçı 2022-ci ilin dekabr ayında, yəni 1 il 2 ay keçdikdən sonra idarəyə yaxınlaşaraq və müvafiq jurnala imza etməklə əmək kitabçasını götürmüşdür. Həmçinin o da qeyd olunmalıdır ki, işdən azad edilməsi və hansı maddə ilə işdən azad edilməsi barədə iddiaçıya rəsmi qaydada bu tarixədək heç bir məlumat verilməmişdir. Bundan sonra iddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh orqan mediasiya sessiyasında iştirak etmədiyindən mübahisə həll oluna bilməmişdir. Sonra iddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə mürcaiət etmiş, lakin Naxçıvan Şəhər Məhkəməsi iddianın AR MPM-nin 149-cu maddəsinin tələblərinə düzgün riayət edilmədiyindən ərizəni geri qaytarmış və buna dair xx.xx.2023-cü il tarixli, 2(078)-271/2023 saylı qərardad qəbul etmişdir. Bundan sonra iddiaçı onunla (vəkillə) hüquqi yardıma dair müqavilə bağlamış və hüquqlarının müdafiəsini ona (vəkilə) həvalə etmişdir. Qanunun tələbinə görə də ərizə geri qaytarıldıqda yenidən məhkəməyə müraciət oluna bilər və buna hər hansı bir maneə yoxdur. İddiaçının müvafiq maddə ilə işdən azad olunması üçün müvafiq idarənin həmkarlar ittifaqının iclası çağırılmalı və həmçinin bu iclas barədə də iddiaçı rəsmi qaydada məlumatlandırılmalı idi. Lakin iddiaçıya bu barədə heç bir rəsmi qaydada məlumat verilməmişdir. Həmçinin müvafiq maddə ilə işdən azad olunan zaman həmin maddə Əmək Məcəlləsinin tələbinə görə mütləq əsaslanıdırlmalı idi (hansı əmək funksiyası pozulub, yaxud hansı öhdəlik işçi tərəfindən yerinə yetirilməyib və ya Əmək Məcəlləsinin 72 ci maddəsində göstərilən hansı hallardan biri və ya bir neçəsi baş veribdir). Bu maddənin əsassız olduğunu və işçinin haqsız olaraq bu maddə ilə işdən azad olunduğunu hesab edir. Eyni zamanda 1 il 2 ay ərzində iddiaçıya əmək kitabçası verilməmiş və bu işəgötürənin təqsiri üzündən baş vermişdir. Əmək Məcəlləsinin tələbinə görə də bu hal işəgörüənin təqsiri üzündən baş verirsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməldir. İddiaçı ödənilməmiş bu orta əmək haqqını, yəni 28.640.36 (iyirmi səkkiz min altı yüz qırx manat, otuz altı qəpik) manat pulun, 1.000 (bir min) manat dəymiş mənəvi ziyanın, vəkil üçün ödədiyi 400 (dörd yüz) AZN xidmət haqqının, mediasiya üçün ödədiyi 50 (əlli) AZN pulun da cavabdehdən alınıb ona ödənilməsini istəyir. Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsin sədri tərəfindən məhkəməyə göndərilmiş iddiaya etirazda qeyd olunmuşdur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda əmək fəaliyyətinə başladıqdan sonra, ayrı-ayrı vəzifələrdə çalışmış və 15 sentyabr 2016-cı il tarixdən 198 nömrəli əmrə əsasən X25 şöbəsində müdir vəzifəsində işləmişdir. O işlədiyi müddətdə yol verdiyi kobud səhvlərə görə Fondun sədrinin 13 sentyabr 2021-ci il tarixli, 160 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq həmin vəzifədən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı şöbə müdiri işlədiyi dövrdə Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən xalası X2 2016-cı il tarixdə X13 zavodunda işlədiyi “yoxlayıcı laborant” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı halda qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Naxçıvan Şəhər İdarəsində 01 oktyabr 2016-cı il tarixdən 01 oktyabr 2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin tərkibi, əmək pensiyalarının təyinatının və ödənişinin düzgünlüyünün araşdırılıb təhlil edilməsi ilə əlaqədar Aparatın Pensiya şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı rəhbərliyi ilə audit yoxlaması aparılmışdır. Bu yoxlamanın nəticələri ilə bağlı 13 noyabr 2017-ci il tarixdə arayış tərtib edilmişdir. Həmin arayışa İddiaçı bilə-bilə öz xalası barədə aşkar olunmuş nöqsanları qeyd etməmişdir. Nəticədə İddiaçı xalası S.İbrahimovaya 11693,39 (on bir min altı yüz doxsan üç manat otuz doqquz qəpik) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bundan əlavə o, atası X16 pensiya işi ilə əlaqədar Fondun Naxçıvan Şəhər İdarəsinin müdiri Anar Eynalova öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməklə bir sıra qanunsuz göstərişlər vermiş, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin müdiri Anar Eynalov tərəfindən 2021-ci ilin sentyabr ayında Fondun Aparatına yazılı arayış təqdim edilmiş və bildirilmişdir ki, 21 may 2021-ci il tarixdə X25 təminatı şöbəsinin müdiri Hlikmət İsmayılov tərəfindən tələbnamə yazılaraq, atası X16 pensiya işinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X20 Naxçıvan Şəhər İdarəsinə qeydiyyata düşmək üçün göndərilməsini tələb etmişdir. Lakin qeyd edilən sənədlər növbəti ay pensiyaçılara pensiya ödənilən vaxtadək Fondun Naxçıvan Şəhər İdarəsinə daxil olmamışdır. İyul ayının 5-də pensiya ödənişi həyata keçirilən zaman İddiaçı atası X1 şöbəyə gəlməməsinə baxmayaraq, həmin ayda atasının pensiyasının 2365,27 (iki min üç yüz altmış beş manat iyirmi yeddi qəpik) manat məbləğində olduğunu bildirərək, ödənişinin bu qaydada həyata keçirilməsini tapşırmışdır. X16 pensiya sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından gəldikdə, Naxçıvan Şəhər İdarəsinin müdiri X44 İsmayılova atası X1 gəldiyini bildirdikdə, o, atasının pensiya sənədlərinə baxmış, artıq ödənilmiş pensiya məbləği və həmin məbləğin tutulması barədə daxil olmuş məktubu cıraraq zibil qutusuna atmış və bu barədə rəhbərliyə məlumat veriləcəyi təqdirdə Fondun Naxçıvan Şəhər İdarəsinin müdirini töhmət alacağı və hətta işdən azad olunacağı ilə hədələmişdir. X26 qeyri-qanuni olaraq 21912 (iyirmi bir min doqquz yüz on iki) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bu vəsaitin Fondun yığım hesabına geri qaytarılması üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğuna Fond tərəfindən məktub göndərilmişdir. (məktub və geri qaytarılan vəsaitə dair qəbzlərin surəti əlavə olunur. Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən qeyriqanuni ödənilmiş vəsait Fondun büdcəsinə bərpa olunsa da, İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı barəsində heç bir tədbir görülməmişdir. Bundan sonra Fondun Naxçıvan Şəhər İdarəsinin müdiri X44 İsmayılovun hərəkətləri ilə bağlı Fondun sədrinə məruzə etmişdir. Nəticədə İddiaçı 10 avqust 2021-ci il tarixdən 13 sentyabr 2021-ci il tarixədək əmək məzuniyyətində olduğundan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi X48 Bağırovun 13 sentyabr 2021-ci il tarixli təqdimatına və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin idarə X15 Komitəsi tərəfindən həmin tarixdə keçirilən yığıncağın 12 nömrəli Protokoluna əsasən X25 təminatı şöbəsinin müdiri İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Fondun qanuni mənafeyinə ciddi xələl gətirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq işdən azad edilmişdir. Bundan əlavə 2021 -ci ilin oktyabr ayından başlayaraq Fondun Audit şöbəsi tərəfindən son 5 ildə rayon (şəhər) idarə və şöbələrində əmək pensiyalarının təminatının və ödənişinin qanunvericiliyə uyğunluğu yoxlanarkən məlum olmuşdur ki, İddiaçı Fondun Aparatında yoxlama komissiyasının rəhbəri kimi rayon (şəhər) idarə və şöbələrində illik pensiya təyinatı və ödənişini araşdırarkən qeyri-qanuni göstəriş verdiyi üçün təyinat aparılan və yenidən hesablanan pensiya işlərini aşkara çıxarmadığı və yoxlama arayışlarında qeyd etmədiyi üçün Fondun büdcəsindən qanunsuz olaraq külli miqdarda pul vəsaiti ödənilmişdir. İddiaçı Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. İddiaçı pensiyaçıların əyani təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və keçmiş dövr üçün ödənilməli olan vəsaitin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş, 04 mart 2020-ci il tarixli, **********2 nömrəli məktubu Fondun rayon (şəhər) idarə və şöbələrinə göndərilməsini təmin etmədiyi üçün Qanunun 32.1 -1 -ci maddəsinə zidd olaraq 3 ildən əvvələ 405 min 880 manat pul vəsaitinin qanunsuz olaraq ödənişi həyata keçirilmişdir. Həmçinin, Fonda rayon (şəhər) idarə və şöbələrindən əmək pensiyası alan pensiyaçılar yazılı müraciət edərək İddiaçı tərəfindən qanunsuz pensiya hesablamaları aparılması qarşılığında onlardan rüşvət tələb olunaraq alındığını bildirmişlər. İddiaçı bu qanunsuz əməllərinə görə haqqında müvafiq tədbir görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna 16 fevral 2022-ci il tarixli, 01/95 №-li, 04 mart 2022-ci il tarixli, 01/126 №-li, 29 aprel 2022-ci il tarixli, 01/202 №-li, 05 avqust 2022-ci il tarixli, 01/350 №-li məktublar göndərilsə də, barəsində hər hansı bir tədbir görülmədiyindən, həmin sənədlər yenidən hazırlanaraq təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndəriləcəkdir. İdiaçıya məxsus əmək kitabçasının qaytarılması ilə bağlı qeyd edir ki, iddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmişdir. Fondun Aparatı tərəfindən iddiaçının əmək kitabçasının poçt vasitəsilə də göndərilməmişdir, çünki əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İddiaçının ona məxsus əmək kitabçasının vaxtında verilməməsi səbəbindən işə düzələ bilmədiyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı əmək kitabçasının vaxtında verilmədiyi gündən işsiz qalmasını iddia etsə də, məhz əmək kitabçasının olmaması ilə əlaqədar olaraq hər hansı quruma işə götürülməsi barədə müraciət etdiyi sübut olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işə götürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 6-cı bəndində Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsinə xitam verilməsinə dair bütün məlumatların elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi göstərilmişdir. Beləliklə, iddiaçınının əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə xitam verilməsi ilə bağlı məlumatlar xx.xx.2021 -ci il tarixdə elektron informasiya sisteminə daxil edildiyi üçün onun işdən azad olunduqdan sonra əmək kitabçasının vaxtında verilməməsinə görə işə düzələ bilməməsinə hər hansı bir maneə yaranmamışdır. İddiaçı işdən azad edilməsi barədə əmrin verildiyi tarixdən sonrakı bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. Qanunvericiliyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı qeyd olunan əmr ilə onun hüquqlarının həmin tarixdən, yəni 13 sentyabr 2021 -ci il tarixdən, məhdudlaşdırıldığını həmin vaxt bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X31rşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul etməsinı xahiş etmişdir. 20 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ərizəsində İddiaçı Naxçıvan Şəhər Məhkəməsində Naxçıvan MR Dövlət Sosial Müdafiə X7rşı əmrin dəyişdirilməsi, orta əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırdığını, iddia tələbinin dəyişdirilməsi zərurəti yarandığını, buna görə də iddia tələbinə Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvəlki işinə- Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin aparatında Pensiya təminatı şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq cavabdeh orqandan alınaraq qaytarılması, vurulan mənəvi ziyana görə 1.000 (bir min) manat pulun (mənəvi ziyanın), vəkil üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və dövlət rüsumu üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat pulun ümumilikdə 1679 (min altı yüz yetmiş doqquz) manat pulun cavabdeh orqandan alınaraq iddiaçıya ödənilməsi çərçivəsində baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(078)-418/2023 nömrəli qərardadı ilə iddiaçının vəkil və nümayəndəsinin ərizəsinin təmin edilməsi, iddia tələbinə Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvəlki işinə - Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin aparatında Pensiya təminatı şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq cavabdeh orqandan alınaraq qaytarılması, vurulan mənəvi ziyana görə 1.000 (bir min) manat pulun (mənəvi ziyanın), vəkil üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və dövlət rüsumu üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat pulun ümumilikdə 1679 (min altı yüz yetmiş doqquz) manat pulun cavabdeh orqandan alınaraq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. 08 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı məhkəməyə 04 may 2023-cü il tarixli ərizə təqdim edərək ərizəsində iddia tələbinin qismən geri götürülməsi zərurətinin yarandığını, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq cavabdeh orqanın alınaraq qaytarılması və vurulmuş mənəvi ziyan üçün 1000 (min) manat pulun alınaraq iddiaçıya qaytarılması” hissəsini geri götürdüyünü, iddia tələbinin qismən geri götürülməsi barədə ərizəni nəzərə almağı xahiş edərək iddia tələbinə Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvəlki işinə - Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin aparatında Pensiya təminatı şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, vəkil üçün ödənilmiş 400 (dörd yüz) AZN xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) AZN rüsumun və dövlət rüsumu üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) AZN pulun ümumilikdə 679 (altı yüz yetmiş doqquz) AZN pulun cavabdeh orqandan alınaraq iddiaçıya ödənilməsi tələbləri daxilində baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, e-2(078)-418/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X7rşı əmrin dəyişdirilməsi, orta əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq cavabdeh orqandan alınaraq iddiaçıya qaytarılması və vurulmuş mənəvi ziyan üçün 1000 (min) manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını tələb etməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, e-2(078)-418/2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 16 fevral 2023-cü il tarixli, 1384 nömrəli və 21926 nömrəli qəbzlərlə ödənilmiş cəmi 229 ( iki yüz iyirmi doqquz manat) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdeh tərəfin iddiaya etiraz ərizəsində qeyd etdiklərinin yalan olduğunu, Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsin rayon şəhər şöbələrinin onun tabeliyində olmadığını, onun tabeliyində olmayan şəxslərin də onun göstərişi ilə hərəkət etmələrinin inandırıcı olmadığını, atasına təyin olunmuş guya artıq ödənilmiş pensiya ilə bağlı məktubu cırmadığını, bunu onu işdən çıxarmaq üçün bəhanə etdiklərini, xalasının pensiyası ilə bağlı artıq ödəmədən xəbəri olmadığını bununla bağlı hər hansı bir tapşırıq vermədiyini, ümumiyyətlə onun pensiya təyin etmədiyini, onun səlahiyyətinin ancaq rayonlara metodiki köməklik göstərmək olduğunu, hər hansı bir pensiyanın təyin olunması ilə bağlı müvafiq rayonlar üzrə pensiya təyin edən komissiyalara göstəriş vermək səlahiyyətinin olmadığını, səhv hesablamalar nəticəsində yaranan əlavə ödəmələrin onun nöqsanına görə yaranmadığını, bunların hamısının yalan olduğunu, özünün həmişə işinə məsuliyyətli yanaşdığını, əmək funksiyalarını vaxtlı-vaxtında yerinə yetirdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında iddiaya etiraz ərizəsində hər şeyi göstərdiklərini, həmin halların nəzərə alınmasını xahiş etdiyini, iddiaçının həmkarlar ittifaqı təşkilatının iclasına çağırılmadığını, iclasın onun iştirakı olmadan keçirildiyini, iddiaçının işdən çıxarılmasına səbəbin nə olduğunu nümayəndə olaraq onların bilmədiyini, işdən çıxarılma əmrinin və əmək kitabçasının həqiqətən də iddiaçıya verilmədiyini, iddiaçının əmək kitabçasını 24 noyabr 2022-ci il tarixdə aldığını, əmrin surətinin isə ona ümumiyyətlə verilmədiyini, iddiaçıya son haqq hesabın ödənilibödənilmədiyini bilmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X34 izahatında iddiaya etirazda hər şeyin göstərildiyini, əlavə deyəcək sözü olmadığını, hazırki məsələdən məlumatı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X12 izahatında iddiaya etirazda hər şeyin göstərildiyini, əlavə deyəcək sözü olmadığını, hazırki məsələdən məlumatı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində özünün uzun müddət Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsinin müdiri vəzifəsində işlədiyini, Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 şəxsinin sədri Rasim Bağırovun onu Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna çağıraraq İddiaçı əleyhinə izahat yazmağını istədiyini, onun izahatı yazmayacağı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxaracağını bildirdiyini, onun da məcbur qalıb İddiaçı əleyhinə izahat yazdığını, daha sonra onun özünün də məcbur qalaraq ərizəsini yazıb işdən azad olunduğunu, İsmayılov Himətin ona heç bir göstəriş vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində 13 sentyabr 2021-ci il tarixdə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin sədr müavini Sahil Rüstəmovun onu və hüquq sektorunun müdiri X5 yanına çağırıb İddiaçı Əmək Məcəlləsinin 70 ci maddəsinin ç bəndi ilə işdən azad olunacağını bildirib bununla əlaqədar həmkarlar ittifaqının iclası təşkil etməklərini tapşırdığını, onların ona İddiaçı da həmin iclasa dəvət olunmalı olduğunu bildirdiklərini, lakin onun onlara “nə deyilibsə gedin tapşırığı yerinə yetirin” dediyini, onların da iclası təşkil edib keçirdiklərini, lakin İddiaçı iclasa dəvət olunmadığını bildirdi. İş materiallarına əlavə olunmuş İddiaçı mxsus əmək kitabçasının təsdiq olunmuş surətindən X9: -02 may 2011-ci il tarixli, 83 nömrəli əmrlə həmin tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə X36 uçotun təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi; -16 yanvar 2013-cü il tarixli, 06 nömrəli əmrlə həmin tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu aparatının Gəlirlər şöbəsinə aparıcı məsləhətçi təyin edilməsi; - 31 yanvar 2014-cü il tarixli, 11 nömrəli əmrlə həmin tarixdən tutduğu vəzifədən azad edilməsi və Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Aparatının informasiya texnologiyaları sektoruna baş məsləhətçi təyin edilməsi; - 22 dekabr 2014-cü il tarixli, 259 nömrəli əmrlə həmin tarixdən tutduğu vəzifədən azad edilməsi və Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Aparatının hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş bölməsinə baş məsləhətçi vəzifəsinə təyin edilməsi; -15 sentyabr 2016-cı il tarixli, 196 nömrəli əmrlə həmin tarixdə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Aparatının hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş bölməsinə baş məsləhətçi vəzifəsindən azad edilməsi; -15 sentyabr 2016-cı il tarixli, 198 nömrəli əmrlə həmin tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə X30 şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi; -02 noyabr 2020-ci il tarixli, 184 nömrəli əmrlə həmin tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun ştat cədvəlinin təsdiq edilməsi haqqında Naxçıvan MR Nazirlər Kabinetinin 27 oktyabr 2020-ci il tarixli, 185 nömrəli Qərarının icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi; -02 noyabr 2020-ci il tarixli, 187 nömrəli əmrlə həmin tarixdən ərizəsinə əsasən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 X14 təminat şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi; -13 sentyabr 2021-ci il tarixli, 160 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən Naxçıvan MR Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 X14 təminatı Şöbəsinin müdiri vəzifəsindən azad edilməsi aydın olur. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin 13 sentyabr 2021-ci il tarixli 160 nömrəli əmrindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən işdə yol verdiyi ciddi nöqsanlara görə 13 sentyabr 2021-ci il tarixdən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Pensiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilməsi aydın olur. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə X39 X15 Komitəsi tərəfində keçirilən yığıncağın 12 nömrəli protokolundan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin İdarə X15 Komitəsinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi X48 Bağırovun 13 sentyabr 2021-ci il tarixli təqdimat məktubu nəzərə alınaraq X25 təminatı şöbəsinin müdiri İddiaçı əmək fəaliyyəti zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Fondun qanuni mənafeyinə ciddi xələl gətirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına etiraz etmədiyinin qərara alındığı və həmin iclasda İddiaçı iştirak etmədiyi aydın olur. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 X48 Bağırovun Naxçıvan MR Dövlət Sosial Müdafiə X39 X15 Komitəsinə verdiyi təqdimatda “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Pensiya təminatı şöbəsinin müdiri İddiaçı atası X16 pensiya işini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tələbnamə yazılaraq alınmasını Fondun Naxçıvan şəhər şöbəsinin müdirindən tələb etdiyi, daha sonra 2021-ci iyulun 5-də pensiya ödənişi həyata keçirilən zaman atası X16 pensiya işi sənədlərinin gəlib çıxmamasına baxmayaraq, qeyriqanuni olaraq həmin ayda pensiyanın 2365 manat 27 qəpik olduğunu bildirərək ödənişinin bu qaydada həyata keçrilməsini tapşırdığı, pensiya işinə aid sənədlər gəldikdən sonra İddiaçı vəzifəsindən sui-istifadə edərək atası N.Ə.İsmayılovun pensiya işindən bəzi sənədləri və daxil olmuş məktubu doğrayaraq zibil qutusuna atdığı, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın məktubunda göstərilən 25918 manat artıq ödənişin geri qaytarılması ilə bağlı tələbin icra olunmamasını və pensiyanın məbləğinin 2069,40 manat ödənilməli olduğu halda 2365,27 manat ödənilməsi ilə bağlı qeyri-qanuni tapşırıqlar verdiyi, X25 təminatı şöbəsinin müdiri X24 Azərbayan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması ilə bağlı razılıq verilməsinin xahiş olunduğu qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinə Fondun Şəhər Şöbəsinin müdiri X32 tərəfindən göndərilmiş arayışda 21 may 2021-ci il tarixində Dövlət Sosial Müdafiə X42 şəxsin Pensiya Təminatı şöbəsinin müdiri İddiaçı atası X16 pensiya işini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından tələbnamə yazılaraq istənməsini tələb etdiyi və tələb olunan sənədlərinin şöbəyə sonradan gətirilib veriləcəyini bildirdiyi, İddiaçı iyul ayının 5 də pensiya ödənişi həyata keçrilin zaman atası X1 gəlib çıxmamasına baxmayaraq, həmin ayda pensiyanın 2365 manat 27 qəpik olduğunu bildirərək ödənişinin bu qaydada həyata keçrilməsini tapşırdığı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından aldığı pensiyasının dayandırıldığını və sənədlərin gələcəyini bildirdiyi, həmin ay sənədlər gəldikdə, onun İddiaçı zəng edib atası X1 gəldiyini bildirdiyi, onun da şöbəyə gəlib atasının sənədlərinə baxıb, daxil olmuş məktub və digər sənədləri yırtaraq zibil qutusuna atdığı və pensiyanın heç bir dəyişiklər olunmadan ödənişinin davam etdirilməsini tapşırdığı, onu bu barədə yuxarı rəhbərliyə məlumat verəcəyi təqdirdə töhmət alacağı ilə və işdən azad olunacağı ilə hədələdiyi, İddiaçı şöbəni tərk edəndən sonra onun otaqda olan zibil qutusundakı yırtılmış kağızları yığaraq özündə saxladığı qeyd edilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 şəxsin İnformasiya texnologiyaları sektorunun baş mütəxəssisi, İdarə X15 Komitəsinin sədri X10, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 şəxsin maliyyə və mühasibat uçot şöbəsinin müdiri, İdarə X15 Komitəsi sədrinin müavini X17, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 şəxsin sosial və icbari şəxsi sığorta şöbəsinin baş mütəxəssisi, idarə X15 Komitəsinin xəzinədarı X11, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat və içtimayətlə əlaqələr üzrə baş mütəxəssisi, İdarə X15 Komitəsinin üzvü X23, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 şəxsin Hüquq sektorunun müdiri X3 iştirakı ilə tərtib olunmuş aktda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin şəhər şöbəsinin müdiri Anar Eynalovun təqdim etdiyi arayışa əsasən Fondun sədri Rasim Bağırov tərəfindən verilmiş 13 sentyabr 2021- ci il tarixli Təqdimatına əsasən İdarə X15 Komitəsinin 13 senyabr 2021-ci il tarixli 12 nömrəli protokoluna əsasən, X25 təminatı şöbəsinin müdiri İddiaçı əmək fəaliyyəti zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Fondun qanuni mənafeyinə ciddi xələl gətirilməsi ilə əlaqədar Azərbaycan Respublika Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndini rəhbər tutaraq işdən azad edildiyi qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən xx.xx.2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 şəxsin sədrinin müvafiq əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeydin xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə daxil edilməsi aydın olur. Məhkəmə hesab edir ki, ilkin olaraq cavabdeh təşkilatın iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməlidir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmişdir. Fondun Aparatı tərəfindən iddiaçının əmək kitabçasının poçt vasitəsilə də göndərilməmişdir, çünki əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İddiaçının ona məxsus əmək kitabçasının vaxtında verilməməsi səbəbindən işə düzələ bilmədiyinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı əmək kitabçasının vaxtında verilmədiyi gündən işsiz qalmasını iddia etsə də, məhz əmək kitabçasının olmaması ilə əlaqədar olaraq hər hansı quruma işə götürülməsi barədə müraciət etdiyi sübut olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işə götürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 6-cı bəndində Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsinə xitam verilməsinə dair bütün məlumatların elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi göstərilmişdir. Beləliklə, iddiaçınının əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə xitam verilməsi ilə bağlı məlumatlar xx.xx.2021 -ci il tarixdə elektron informasiya sisteminə daxil edildiyi üçün onun işdən azad olunduqdan sonra əmək kitabçasının vaxtında verilməməsinə görə işə düzələ bilməməsinə hər hansı bir maneə yaranmamışdır. Məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən əmək kitabçasının və əmrin iddiaçıya verilməsinə təşəbbüs göstərilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənədlər iddiaçıya cavabdehin təqsiri səbəbindən verilməmişdir. Həmin sənədləri iddiaçıya təqdim etmək cavabdehin vəzifəsidir, iddiaçının bununla bağlı cəhd etməli olması qanuvericiliklə müəyyən edilmir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsi qanunvericiliyin tələbinə əsasən cavabdehi iddiaçıya işdən çıxarılması barədə əmrin surətinin və əmək kitabçasının verilməsini və son haqq hesabın ödənilməsi öhdəliyindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan qanunvericilik normasının tələbindən də göründüyü kimi cavabdeh tərəfindən əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda verilməmiş, iddiaçıya əmək kitabçası 24 noyabr 2022-ci il tarixdə verilmiş, əmrin surəti isə ümumiyyətlə təqdim edilməmiş, məhkəmə gedişində məhkəməyə təqdim edilən əmrin surəti məhkəmə tərəfindən iddiaçının vəsatəti əsasında ona verilmişdir. İşin araşdırılması zamanı isə iddiaçıya son haqq hesabın verilməsi ilə bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsi əsassızdır və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hisəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini buraxmamışdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında işdən çıxarılma əmrinin və əmək kitabçasının həqiqətən də iddiaçıya verilmədiyini, iddiaçının əmək kitabçasını 24 noyabr 2022-ci il tarixdə aldığını, əmrin surətinin isə ona ümumiyyətlə verilmədiyini, iddiaçıya son haqq hesabın ödənilibödənilmədiyini bilmədiyini qeyd etmişdir. Bununla yanaşı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi işçilərin əmək kitabçalarının qeydiyyatı kitabından təsdiq edilmiş çıxarışdan da görünür ki, həqiqətən də cavabdeh tərəfindən əmək kitabçası iddiaçıya 24 noyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüququnun pozulmasını aşkar etdiyi gün 24 noyabr 2022-ci il tarixi hesab olunmalı və iddiaçının məhkəməyə müraciət etməsi üçün olan 1 təqvim ayı həmin gündən hesablanmalıdır. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı 1 təqvim ayı tamamlanmadan mediasiya təşkilatına müraciət etmiş, ondan sonra isə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsin sədrinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının iclası keçirilsə də həmkarlar ittifaqı təşkilatına ünvanlanan təqdimat qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, həmin təqdimata heç bir əsaslandırma sənədi əlavə edilməmişdir. Çünki məhkəməyə təqdim olunan təqdimatın təsdiq edilmiş surətindən görünür ki, həmin təqdimatda qoşma qismində heç bir sənəd göstərilməmişdir. Bu hal da həmin təqdimata əsaslandırma sənədi əlavə edilmədiyi, həmkarlar ittifaqı təşkilatı tərəfindən yalnız təqdimata baxılaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verildiyi qənaətinə gəlməyə əsas verir. Həmkarlar ittifaqı təşkilatının iclas protokolunda Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin Naxçıvan şəhər Şöbəsinin müdiri Anar Eynalov tərəfindən yazılı arayış təqdim edildiyi göstərilsə də, həmin arayışın təqdimata əlavə edilməsi məhkəməyə təqdim edilən sənədlərlə sübuta yetirilmir. Həmçinin həmin arayışın tarixi yoxdur və cavabdeh təşkilata daxil olması ilə bağlı həmin sənədə möhür vurulmamış, sənədə nömrə verilməmişdir. Həmçinin təqdimatda göstərilən digər hallara dair heç bir əsaslandırma göstərilməmiş, həmin hallarla bağlı heç bir əsaslandırma sənədi təqdimata əlavə edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsin sədri tərəfindən cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməsinə baxmayaraq həmin təqdimatda göstərilən halları təsdiq edən əsaslandırma sənədləri təqdimata əlavə edilməmiş, buna baxmayaraq həmkarlar ittifaqı tərəfindən həmin təqdimata baxılmış, əsaslandırma sənədləri olmadan iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həmçinin həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçının işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ayrıca qərar qəbul edilməmiş, keçirilmiş iclasın protokolunda heç bir əsaslandırma olmadan razılıq verilməsi ilə bağlı qərara gəlinməsi qeyd olunmuşdur. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilatın həmkarlar ittifaqı təşkilatı iddiaçının hüquqlarını nəinki müdafiə etmiş, hətta əsaslandırma sənədləri əlavə olunmayan təqdimata baxaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. İddiaçının həmkarlar ittifaqı təşkilatının iclasına dəvət edilməməsini cavabdehin nümayəndələri də məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı şöbə müdiri işlədiyi dövrdə Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən xalası X2 2016-cı il tarixdə X13 zavodunda işlədiyi “yoxlayıcı laborant” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı halda qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Naxçıvan Şəhər İdarəsində 01 oktyabr 2016-cı il tarixdən 01 oktyabr 2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin tərkibi, əmək pensiyalarının təyinatının və ödənişinin düzgünlüyünün araşdırılıb təhlil edilməsi ilə əlaqədar Aparatın Pensiya şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı rəhbərliyi ilə audit yoxlaması aparılmışdır. Bu yoxlamanın nəticələri ilə bağlı 13 noyabr 2017-ci il tarixdə arayış tərtib edilmişdir. Həmin arayışa İddiaçı bilə-bilə öz xalası barədə aşkar olunmuş nöqsanları qeyd etməmişdir. Nəticədə İddiaçı xalası S.İbrahimovaya 11693,39 (on bir min altı yüz doxsan üç manat otuz doqquz qəpik) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bundan əlavə o, atası X16 pensiya işi ilə əlaqədar Fondun Naxçıvan Şəhər İdarəsinin müdiri Anar Eynalova öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə etməklə bir sıra qanunsuz göstərişlər vermiş, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin müdiri Anar Eynalov tərəfindən 2021-ci ilin sentyabr ayında Fondun Aparatına yazılı arayış təqdim edilmiş və bildirilmişdir ki, 21 may 2021-ci il tarixdə X25 təminatı şöbəsinin müdiri Hlikmət İsmayılov tərəfindən tələbnamə yazılaraq, atası X16 pensiya işinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X20 Naxçıvan Şəhər İdarəsinə qeydiyyata düşmək üçün göndərilməsini tələb etmişdir. Lakin qeyd edilən sənədlər növbəti ay pensiyaçılara pensiya ödənilən vaxtadək Fondun Naxçıvan Şəhər İdarəsinə daxil olmamışdır. İyul ayının 5-də pensiya ödənişi həyata keçirilən zaman İddiaçı atası X1 şöbəyə gəlməməsinə baxmayaraq, həmin ayda atasının pensiyasının 2365,27 (iki min üç yüz altmış beş manat iyirmi yeddi qəpik) manat məbləğində olduğunu bildirərək, ödənişinin bu qaydada həyata keçirilməsini tapşırmışdır. X16 pensiya sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından gəldikdə, Naxçıvan Şəhər İdarəsinin müdiri X44 İsmayılova atası X1 gəldiyini bildirdikdə, o, atasının pensiya sənədlərinə baxmış, artıq ödənilmiş pensiya məbləği və həmin məbləğin tutulması barədə daxil olmuş məktubu cıraraq zibil qutusuna atmış və bu barədə rəhbərliyə məlumat veriləcəyi təqdirdə Fondun Naxçıvan Şəhər İdarəsinin müdirini töhmət alacağı və hətta işdən azad olunacağı ilə hədələmişdir. X26 qeyri-qanuni olaraq 21912 (iyirmi bir min doqquz yüz on iki) manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bundan əlavə 2021 -ci ilin oktyabr ayından başlayaraq Fondun Audit şöbəsi tərəfindən son 5 ildə rayon (şəhər) idarə və şöbələrində əmək pensiyalarının təminatının və ödənişinin qanunvericiliyə uyğunluğu yoxlanarkən məlum olmuşdur ki, İddiaçı Fondun Aparatında yoxlama komissiyasının rəhbəri kimi rayon (şəhər) idarə və şöbələrində illik pensiya təyinatı və ödənişini araşdırarkən qeyri-qanuni göstəriş verdiyi üçün təyinat aparılan və yenidən hesablanan pensiya işlərini aşkara çıxarmadığı və yoxlama arayışlarında qeyd etmədiyi üçün Fondun büdcəsindən qanunsuz olaraq külli miqdarda pul vəsaiti ödənilmişdir. İddiaçı pensiyaçıların əyani təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi və keçmiş dövr üçün ödənilməli olan vəsaitin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş, 04 mart 2020-ci il tarixli, **********2 nömrəli məktubu Fondun rayon (şəhər) idarə və şöbələrinə göndərilməsini təmin etmədiyi üçün Qanunun 32.1 -1 -ci maddəsinə zidd olaraq 3 ildən əvvələ 405 min 880 manat pul vəsaitinin qanunsuz olaraq ödənişi həyata keçirilmişdir. Həmçinin, Fonda rayon (şəhər) idarə və şöbələrindən əmək pensiyası alan pensiyaçılar yazılı müraciət edərək İddiaçı tərəfindən qanunsuz pensiya hesablamaları aparılması qarşılığında onlardan rüşvət tələb olunaraq alındığını bildirmişlər. Məhkəmə bu hallarla əlaqədar olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan halların sübutu qismində təqdim olunan məlumat və artıq vəsait ödənişinə dair siyahı təqdim olunsa da həmin siyahıda və məlumatda göstərilən məbləğlərin iddiaçının nöqsanı nəticəsində yaranması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfin diqqətinə çatdırır ki, məhkəməyə iddiaçı tərəfindən nöqsanlara yol verilməsi ilə bağlı sübut qismində təqdim olunmuş izahatlar və şikayətlər iddiaçı işdən çıxarıldığı vaxtdan sonrakı dövrdə yəni 2022-ci ilin müxtəlif aylarında verilmiş izahat və şikayətlərdir. Belə olan halda həmin izahat və şikayətlərdə qeyd olunanların iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən nəzərə alınması qeyri-mümkündür. Yuxarıda qeyd olunan hallar mülki işin araşdırılması zamanı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin iddiaya etirazda cavabdeh tərəf iddiaçının işində yol verdiyi nöqsanlarala bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət etdiyini qeyd etsə də, məhkəməyə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna ünvanlanan məktublar təqdim etsə də qeyd olunan halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan məktubların həqiqətən də Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilməsini təsdiq edən hər hansı bir sənəd (poçt xəbərnaməsi, qəbz və.s ) məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna sorğu göndərilmiş, xx.xx.2023-cü il tarixli 08/177 nömrəli Naxçıvan Muxtar Respublikası Prokrorluğu tərəfindən göndərilmiş cavab məktubunda isə İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası Prokrorluğunda hər hansı material və müraciətin araşdırılmadığı qeyd olunmuşdur. Cavabdeh təşkilatın etiraz ərizəsində həmçinin qeyd olunmuşdur ki, İddiaçı Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə bu halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi İddiaçı Azərbaycan Respubliklası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə nəinki təqsirli sayılaraq barəsində hökm çıxarılması, hətta onun barəsində qeyd olunan hallara görə araşdırma aparılması belə məhkəmə araşdırması zamanı aşkarlanmamamışdır. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdə yol verdiyi ciddi nöqsanlara görə 13 sentyabr 2021-ci il tarixdən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Aparatının Pensiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur.Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının əmək fəaliyyətində olan nöqsanların nədən ibarət olması, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən işdə yol verdiyi ciddi nöqsanlara görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının işdə yol verdiyi ciddi nöqsanların olmasına istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlar isə bu halı təsdiq etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsinin sədrinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. İddiaçının digər tələbi isə vəkil üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının və mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 Şəxsin sədrinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmri ləğv edilməli; - İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 Şəxsinin aparatında Pensiya təminatı şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalı; - Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 Şəxsin sədrinin 13 sentyabr 2021-ci il tarixli, 160 saylı əmri ləğv edilsin. İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X42 Şəxsinin aparatında Pensiya təminatı şöbəsinin müdiri vəzifəsinə bərpa olunsun. Naxçıvan MR Dövlət Sosial Müdafiə X42 Şəxsindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar