Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-460/2021 09.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən kreditor “xxxx” MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu 2298 (iki min iki yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2568 (iki min beş yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli WTCN-006013 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu “xxxx” MMCdən kredit yolu ilə 1 ədəd dəyəri 2978 (iki min doqquz yüz yetmiş səkkiz) manat olan Samsung N9** DS *** (İMEİ **********05976) markalı mobil telefon əldə edib, həmin məbləği xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 6-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun 230 manat olmaqla 11 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx xxxx 2021-ci il tarixli 006013/21 nömrəli maliyyə arayışına əsasən Borclu xx xxx 2020-ci il tarixli WTCN-006013 saylı əşyanın nisyə alqısatqı müqaviləsi üzrə 2298 (iki min iki yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışın surətinə əsasən Həsənov X3 şəhəri, H.Rəhmanov, döngə 5, ev 13A ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “xxxx” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu xx xxx 2020-ci il tarixli WTCN-006013 saylı əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 2298 (iki min iki yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2568 (iki min beş yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti alınaraq kreditor “xxxx” MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-460/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-460/2021
09.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver