Məhkəmə qərarları › İş №e-2(078)-475/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-475/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-475/2025 19.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2, cavabdeh təşkilat Cavabdeh1 MMC-nin nümayəndəsi X4 və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi, Cavabdeh1 MMC-yə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hidromek 102S” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi ******* (bir milyon altmış min manat) manat məbləğində zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 50000 (əlli min) manatın və həmin ekskavatorun əsaslı təmiri üçün işlərin görülməsi və ehtiyat hissələrinin dəyişdirilməsi üçün 43819.30 (qırx üç min səkkiz yüz on doqquz manat otuz qəpik) manatın, cəmi 1153819.30 (bir milyon yüz əlli üç min səkkiz yüz on doqquz manat otuz qəpik) manat pul məbləğinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər idarəsi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi, “Hyundai R210LC-7” markalı ekskavatoru 2008-2024-cü illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi ******* (bir milyon səkkiz yüz doxsan bir min beş yüz manat) manat məbləğində zərərin, bu müddət ərzində ekskavatorun istifadəsi nəticəsində dəyər itirməsinə görə 80000 (səksən min) manatın və həmin ekskavatorun təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi isə 47908 (qırx yeddi min doqquz yüz səkkiz manat) manatın, cəmi ******* (iki milyon on doqquz min dörd yüz səkkiz manat) manat pul məbləğinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon idarəsinin hüquqi varisi Cavabdeh1 MMC, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi, ödənilmiş 2376.62 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin hüquqi varisi Cavabdeh1 MMC, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddia tələbinə etiraz göndərilmiş, tələbin rədd edilməsi xahiş edilmişdir. Cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 15 aprel 2025-ci il tarixdə cavabdehin dəyişdirilməsi barədə məktub göndərmiş, cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb olunmasının məqsədəmüvafiq hesab olunması qeyd edilmişdir. Məhkəmə iclası cavabdehlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə hazırlıq iclaslarında İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməni təqdim etmişdir. Həmin şəhadətnamə ilə müəyyən edilir ki, İddiaçı VÖEN ********** xx.xx.2006-cı il tarixdən vergi ödəyicisidir. Elektron məhkəmə informasiya sistemi ilə İddiaçı vergi məlumatları əsasında onun vergi ödəyicisi statusunun aktiv olduğu müəyyən edilir. Məhkəmə hazırlıq iclasında cavabdeh təşkilat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin hüquqi varisi Cavabdeh1 MMC-nin nümayəndəsi X1 qurumunun dövlət qeydiyyatı haqqında (VÖEN **********) nömrəli şəhadətnamə təqdim etmişdir. Həmin şəhadətnamə ilə müəyyən edilir ki, Cavabdeh1 MMC xx.xx.1997-ci il tarixdə 4 saylı Ərazi Vergi İdarəsində qeydiyyata alınmışdır. Ünvanı Ordubad rayonu Ordubad şəhəri Heydər Əliyev 101 ünvanıdır. Təqdim edilmiş kommersiya qurumunun dövlət reyestrindən Çıxarışla müəyyən edilir ki, Cavabdeh1 MMC-nin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, sahibkarlıq subyektinin meyarı kiçik sahibkar olmaqla nizamnamə kapitalının miqdarı 100 manat, təsisçilər və nizamnamə kapitalında mayalrın miqdarı X6 100%, çıxarışın verildiyi tarix və nömrəsi xx.xx.2025, 3-21-2-24- 4/2-1921/2025. Həmçinin Cavabdeh1 MMC-nin yeni redaksiyada tərtib edilmiş 13 fevral 2025-ci il tarixli Nizamnaməsi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddia tələbinə Naxçıvan Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli e- 2(078)-135/2024 nömrəli qətnaməsi əlavə edilmişdir. Həmin qətnamə üzrə tələb İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon İdarəsinə qarşı əşyaların qanunsuz sahiblikdən alınması barədədir. Sözügedən qətnamədə İddiaçı izahatında göstərilmişdir ki, iddia ərizəsində bütün halların ətraflı qeyd olunduğunu, iddia ərizəsinə əlavə olaraq 2006-cı ildə qardaşı Abbasov Səfəri çağıraraq qaz xətlərini çəkməyini istədiklərini, qardaşının mühəndis olduğunu, özünün 1993-cü ildən Bakı şəhərində yaşadığını, orada bizneslə məşğul olduğunu, qardaşının həmin vaxt yəni, 2006-cı ildə onunla əlaqə saxlayaraq “burada ekskavator kimi texnikalar yoxdur, gətir icarəyə verərək işlədək” dediyini, onun da gətirdiyini, sonra Naxçıvan MR Nazirlər Kabinetinin Baş nazirinin müavininin onlarla əlaqə saxladığını və “rəhbərlikdən texnikaları verin bizə biz işlədək, bizə bağışlayın deyirlər” dediyini, sonra da texnikaları götürdüklərini, Daxili İşlər Nazirliyinə müraciət etdiyini, orada etibarnamə istədiklərini, onun da texniki pasport ala bilmədiyi üçün etibarnamə təqdim edə bilmədiyini, 2008-ci ildən 2018-ci ilədək istifadə etdiklərini, qazanc əldə etdiklərini, həmin vaxtlar rəhbərliyə görə məhkəməyə müraciət edə bilmədiyini, özü Bakı şəhərində yaşasa da qardaşı Naxçıvan şəhərində yaşadığı üçün ona problem yaradacaqlarını bildiyi üçün heç nə etmədiyini, o Ban nömrəsi 35S122179, Mühərrik nömrəsi RG38101U414799P olan, 2007-ci il buraxılışlı “Hidromek 102S” markalı və Ban nömrəsi 60716720, Mühərrik nömrəsi 26416533 olan, 2007-ci il buraxılışlı “Hyundai R210LC-7” markalı ekskavatorları bağışlamadığını, ondan həmin texnikaların zorla alındığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi Hazırki məhkəmə iclasında da İddiaçı eyni məzmunlu izahat verərək həmin vaxt Naxçıvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, Bakıda işinin olduğunu, Naxçıvan şəhərində o dövrdə qardaşının qaz çəkilməsinə dair şirkətinin işi ilə bağlı birlikdə iş gördüklərini, qardaşının mühəndis olduğunu, Naxçıvan şəhərində qazlaşdırma apardıqlarını, daha sonra onlara Naxçıvanda qalıb işləmək təklif edildiyini, hətta torpaq sahəsi ayrıldığını, bununla bağlı həmin maşınları gətirdiyini, maşınları gətirmək məqsədinin iş görmək olduğunu, bunun üçün hətta onlara yer də ayrıldığını, bir ildən sonra, əvvəlki hakimiyyətin dövründə texnikaların ondan tələb edildiyini və zorla əlindən alındığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyası 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 13.2.3-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Həmin Məcəllənin 33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbullunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 10-cu bəndində qeyd edilir: 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 1-ci bənddə qeyd edilir: O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənddə qeyd edilir: Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətininhəyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənddə qeyd edilir: əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənddə qeyd edilir: məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, həmçinin Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. İş materiallarından müəyyən olunanlara əsasən, hazırki iş üzrə iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir, cavabdehlərdən biri Cavabdeh1 MMC isə kommersiya hüquqi şəxsidir. Bu baxımdan qeyd olunmalıdır ki, Plenum Qərarına əsasən mübahisənin tərəflərdən ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması işə kommersiya icraatı qaydasında baxılmasına imkan verir. Beləliklə, subyekt tərkibi baxımından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması mümkündür. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tərəflərin təkcə subyekt tərkibi yeganə meyar deyil. Bunun üçün mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də birgə götürülməklə zəruri meyarlardır. Hazırki işdə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbinin mahiyyəti və iş materiallarında olan sənədlər də işin kommersiya aidiyyəti ilə bağlı nəticəyə gəlməyə kifayət qədər əsas verir. "Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına istinadən məhkəmə bildirir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddia tələbindən aydın olur ki, iddiaçı cavabdehlərdən əmlaklarından məhrum olduğu müddətdə əlindən çıxan faydanı, əmlaklarından istifadə nəticəsində dəyərinin itirilməsi xərcini və əmlakının təmiri xərcini tələb edir. Bu qeyd edilənlər onu deməyə imkan verir ki, tərəflər arasında olan mübahisənin yuxarıda qeyd edilən hissələri üzrə hüquq münasibətlərinin xarakteri qanundan irəli gələn öhdəlik münasibətləri (zərərin ödənilməsi və əsassız varlanma) olmaqla, onların ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhkəmə tərəflərin hər birinin vergi ödəyicisi olması, mübahisənin xarakterini və iddianın predmetini nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən maddəni qeyd etməkdə məqsəd ondan ibarətdir ki, işin aidiyyət məsələsi də məhz prosessual hüquq normaları əsasında tənzimləndiyindən cavabdehlərdən birinin sahibkarlıq subyekti olması nəzərə alınaraq işin aidiyyəti üzrə göndərilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan və tərəflər vergi ödəyicisi olduğundan məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi, Cavabdeh1 MMC, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar