Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-660/2021 21.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Kreditor MMC-nin borclular Borclu1 və Borclu2 qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Kreditor MMC borclular Borclu1 və Borclu2 qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 arasında bağlanmış Nisyə satış müqaviləsi üzrə 3367.4 (üç min üç yüz altmış yeddi manat, qırx qəpik) manat əsas borc və 330 (üç yüz otuz) manat cərimə borcu olmaqla 3697.4 (üç min altı yüz doxsan yeddi manat, qırx qəpik) manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kreditorun məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun məhkəmə əmri verilməsi haqqında ərizəsi qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, məhkəməyə ünvanlanmış hazırki məhkəmə əmri haqqında ərizə Kreditor MMC-nin direktoru Əhəd Əsgərovun 27 aprel 2021-ci il tarixli verdiyi etibarnamə əsasında Nümayəndə tərəfindən imzalanmışdır. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.1-ci maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi barədə ərizə yazılı formada verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən, ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, Nümayəndə məhkəmə əmrinin verilməsi barədə ərizəni Kreditor MMC-nin direktoru Əhəd Əsgərovun 27 aprel 2021-ci il tarixli verdiyi etibarnamə əsasında imzalasa da Nümayəndə Kreditor MMC-nin işçisi olmasını təsdiq edən sənəd və yaxud da vəkil olmasını təsdiq edən sənəd ərizəyə əlavə olunmamışdır. Eyni zamanda məhkəmə kreditorun diqqətinə çatdırır ki, ərizəyə əlavə olunmuş 14 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyini icra etməsi üçün zamin Borclu2 göndərilmiş bildirişin ona çatıb çatmaması ilə bağlı sənədlər ərizəyə əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmri haqda ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də məhkəmə əmri verilməsi haqqında ərizənin ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.2-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bundan əlavə olaraq Kreditor MMC-yə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq qərar v e r d i m: Kreditor MMC-nin borclular Borclu1 və Borclu2 qarşı borc tələbi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Kreditor MMC-yə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-660/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-660/2021
21.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver