Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-758/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh X1 məxsus Bakı şəhəri Nəsimi rayonu 2-ci mk/rn H.Seyidzadə küçəsi, bina 35, mənzil 26-ya dəymiş zərərə görə ödənilmiş 50 (əlli) manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 51 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baxış aktına əsasən xx.xx.2023-cü tarixdə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən qonşusu X1 məxsus 26 nömrəli mənzilə su axıdılaraq qəza hadisəsi törədilmişdir. İş materiallarına əlavə edilmiş RAT ********** nömrəli sığorta şəhadətnaməsinin surətindən göründüyü kimi X1 məxsus Bakı şəhəri Nəsimi rayonu 2-ci mkrn H.Seyidzadə küçəsi bina 35 mənzil 26 yaşayış sahəsi İddiaçı SŞ-da sığortalanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 2-ci mkrn H.Seyidzadə küçəsi bina 35 mənzil 26 yaşayış sahəsinə 50 (əlli) manat məbləğində zərər dəymişdir.İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş ********* (8285) nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri Nəsimi rayonu 2-ci mk/rn H.Seyidzadə küçəsi bina 35 mənzil 26 yaşayış sahəsinə görə zərərçəkən X1 250 manat azadolma məbləği (franşiza) çıxılmaqla 50 (əlli) manat sığorta ödənişi həyata keçirmişdir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququ yaranıb. Belə ki, xx.xx.2023-cü il tarixli tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh məxsus mənzildən olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirlər ki, ödənilmiş borc məbləği, yəni 50 (əlli) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 29 aprel 2024-cü il tarixdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək qeyd etmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin icraatında iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbinə" dair e-2(078)- 758/2024 nömrəli mülki iş vardır. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar barışıq əldə olunduğu üçün ərizənin geri qaytarılması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbinə" dair e-2(078)-758/2024 nömrəli mülki işin AR MPM-in 170.1-ci maddəsinə əsasən, baxılmamış saxlanılması və iddia ərizəsi ilə mülki işin materiallarının iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlayn ödəmə sistemi vasitəsilə 18 aprel 2024-cü il tarixli, 57181692 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlayn ödəmə sistemi vasitəsilə 18 aprel 2024-cü il tarixli, 57181692 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim:Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-758/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-758/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver