Məhkəmə qərarları › İş №e-2(078)-793/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-793/2025

09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-793/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehin vəkili və nümayəndəsi X7, cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yetkinlik yaşına çatanadək ananın yanında saxlanılması və aliment tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı uşaqlarla ünsiyyət qaydasının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə 19 iyun 2018-ci ildə, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində 1353 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğvini, 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 özünün yanında qalmalarını və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşağa görə cəmi 492 (dörd yüz doxsan iki) manat alimentin, 50 (əlli) manat mediasiya xidmət haqqının və 100 (bir yüz) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o, İddiaçı, Cavabdeh ilə xx.xx.2018-ci il tarixli, 1353 nömrəli akt qeydi ilə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarındakı münasibətlər kəskinləşdiyindən artıq ailə münasibətlərini davam etdirməyin mümkünsüz olduğunu dərk etmiş, bu səbəblə də övladlarını götürərək ailəsi ilə birgə Naxçıvan şəhərinə getməyi və rəsmi olaraq qanunvericiliyə uyğun boşanma prosesinə başlamağı qərara almışdır. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlardan münasibətləri yaxşı olmuşdur. Son dövrlər cavabdeh ona və uşaqlarına qarşı hər dəfə laqeyd münasibət sərgiləyib. O, əvvəllər övladları atasız böyüməsin deyə cavabdehin bütün bu hərəkətlərinə dözmüş, bəlkə zaman keçdikcə düzələcəyini düşünmüşdür. Ancaq əksinə günü-gündən ona qarşı daha da aqressivləşmişdir. Demək olar hər gün evə gec saatlarda gəlmiş, nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Evli olduqları müddət ərzində uşaqlarının demək olar hər ehtiyacını özü qarşılamışdır. Çünki cavabdehdən fərqli olaraq ailənin dolanışığını maddi cəhətdən o, təmin etmişdir. Cavabdeh isə atasına məxsus idmantrenajor zalı və futbol meydançasına nəzarət etmiş, onun yanında işləmiş və hal-hazırda da işləyir. Evli olduqları müddətdə atası ona imkan olanda pul vermişdir. Ona görə də məcbur qalıb özü müvəqqəti olaraq müddətli müqavilə əsasında universitet və özəl təhsil-tədris mərkəzlərində müəllim kimi çalışmışdır. Bütün bunlara baxmayaraq ailənin maddi vəziyyətinin yaxşı olması üçün çalışıb əlindən gələni etmişdir. Cavabdehin isə ailəsi ilə maraqlanmaması, ailəyə ailə başçısı kimi davranmaması ona mənəvi əzab və əsəbdən başqa heç nə qazandırmamışdır. Bütün bunlara rəğmən səhhətinin ağırlaşması, həyati vacib tibbi əməliyyat olunmağı üçün xəstəxanaya getməyinin zəruri olduğu vaxtda onu xəstəxanaya aparmaması, səhhəti ilə maraqlanmaması onda artıq cavabdehlə bundan sonra ailə kimi birgə yaşamağına inamsızlıq yaratmışdır. Ona görə də mart ayının ilk həftəsində valideynlərinə mobil telefon vasitəsilə artıq boşanmaq qərarına gəldiyimi bildirmişdir. Valideyinləri onu Naxçıvana aparmaq üçün Bakı şəhərinə getmişlər. Buna əsaslı şübhələri olan Cavabdeh, qızını atası Nümayəndə və anası X1 ilə birgə AZAL Hava Yolları şirkəti vasitəsilə aldıqları biletlə havayolu vasitəsilə 9 mart tarixində 19:00 Bakı-Naxçıvan uçuşu ilə Naxçıvan şəhərinə aparmağına maneə ola bilmək üçün qızı 5 yaşlı Quluzadə Kəmalənin havayolu ilə səyahət üçün əsas olan sənədlərini (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) gizlətmiş, hava limanında isə rişxəndlə “indi get” ifadəsini işlədərək onu çıxılmaz vəziyyətdə qoymuş, bu yolla doğum haqqında şəhadətnaməsi özündə olan 4 yaşlı oğlu ilə qızını cavabdeh atası ilə buraxaraq getməyə məcbur qalmağıma nail olmuşdur. Cavabdehin bu cür hərəkətlərini qəbul etməyərək qızının ondan və qardaşından ayrı qalmasını qəbul edə bilməmişdir. Buna görə atası, Nümayəndə vəziyyətin daha da gərginləşməməsi üçün dostyana münasibət sərgiləyərək 10 aprel 2025-ci il tarixində Kəmaləni atası ilə danışaraq götürüb yanlarına gətirmək üçün təkrarən Bakı şəhərinə getmiş, lakin bütün səylərinə baxmayaraq uşağı atasından xoşluqla ala bilməmiş və 13 aprel tarixində geri qayıtmışdır. Bütün səylərə baxmayaraq o, cavabdehin yaşadığı yerin məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Beləliklə verdiyi ərizə əsasında Bakı şəhəri, Sabuncu Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-16(008)-131/2025 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, iddia ərizəsi üzrə məhkəmə qətnaməsi çıxarılanadək, qızı X4 ona verilməsi, qızına məxsus şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin gizlədilməsinin cavabdehə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri görülməsi ilə bağlı qərardad çıxarılmışdır. Artıq cavabdeh indiyə qədər qərardad barədə yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməmişdir. Artıq övladları ilə bir yerdəydir. O, övladlarını çox sevir və onlara çox bağlıdır. İstəyir ki, hər iki övladı da özünün yanında olsun və ana qayğısından məhrum olmasınlar. O, bir qadın olaraq cavabdehin ona və övladlarına olan soyuqluğunu, ailəyə qarşı laqeyd münasibətini qəbul edə bilmir və onunla birgə nikah münasibətində qalmağı mənasız hesab edir. Artıq uzun zamandır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaları artıq mümkün deyildir. Ali təhsillidir. Hazırda ixtisası üzrə doktorantura təhsili almaqdadır. Hal-hazırda Naxçıvan Dövlət Universitetində işləyir. Uşaqlar isə elə yaş həddindədirlər ki, onların layiqli həyat şəraitinin təmin olunması və digər xərclərinin qarşılanması üçün kifayət qədər maddi vəsaitə ehtiyac vardır. Buna görə də iddiasının əsası kimi cavabdehdən hər ay bir uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşağa görə cəmi 492 (dörd yüz doxsan iki) manat aliment tələb edir. “Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşaqlarla ünsiyyət qaydasının müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə cavabdeh-iddiaçı Cavabdeh valideynlik hüquqlarını həyata keçirməsi üçün xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 ilə hər həftənin cümə günü saat 10:00-dan bazar günü 18:00-dək onun yanında qalmaqla, hər ilin 19 yanvar, 19 iyul (uşaqların doğum günlərindən bir gün öncə) saat 10:00-dan 18:00-dək, hər ilin 25 fevral (cavabdeh-iddiaçının doğum günündən bir gün öncə), həftə içi hər gün 20:00dan 22:00-dək video-əlaqəli şəkildə, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 18:00-dək iddiaçı-cavabdeh xaricində başqa şəxslərin iştirakı olmadan ünsiyyətdə olmaqla görüş qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət edərək vəkil və nümayəndəsi olduğu Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci ildə 4 saylı Bakı Asan Xidmət Mərkəzində 1353 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğvinin, birgə nikahlarından doğulan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X6 iddiaçı-cavabdeh İddiaçı yanında qalmaqla yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 246 manat olmaqla, iki uşağa görə 492 manat alimentin vəkil və nümayəndəsi olduğu Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh aralarında bağlanmış nikahın pozulmasına razı olmayaraq nikahlarının pozulmasını qəbul etməməkdədir. Onun fikrincə nikahlarının pozulması üçün əsaslı səbəb yoxdur. Yalnız qayınatası onların ailəsinə müdaxilə edir və Türkanın iradəsinin zəif olmasından istifadə edərək qayınatası onların ailəsininin dağılmasına zəmin yaradıb bunu tələb edir. Cavabdeh hesab edir ki, həyat yoldaşı ondan ayrılmaq niyyətində deyil, lakin atasının təzyiqləri qarşısında aciz qalaraq onun fikrini icra etməkdədir. Həyat yoldaşının atası iddiaçı-cavabdeh İddiaçı təsir edərək öz adına etibarnamə götürüb onun adından bütün prosesləri özü icra edir, bu isə iddiaçı-cavabdeh İddiaçı iradəsini əks elətdirmir. Çünki, iddia ərizəsində Cavabdeh barəsində göstərilən halların hamısı şər və böhtandır, həmin halların əksini sübut etmək üçün əsaslı faktlar mövcuddur. Vəkil və nümayəndəsi olduğu Cavabdeh qeyd edir ki, İddiaçı atası İddiaçı və övladı X8 tanış həkimlərində müayinə elətdirmək adı ilə 3 aydan çox olar ki, özü ilə götürərək getmişdir. Həmin vaxt İddiaçı 1 ay ərzində geri qayıtmalı olduğu üçün Cavabdeh ilə aralarında razılaşmışdırlar ki, qızları Kəmalə vəkil və nümayəndəsi olduğu Cavabdeh yanında qalsın, oğulları Turan isə daha az yaşlı olduğu üçün anası ilə getsin. Cavabdeh həyat yoldaşı ayrılmaq niyyət ilə evdən çıxmamışdır. Təxminən 1 ay sonra onlar heç bir qanuni əsas olmadan məhkəmə qərarı çıxararaq övladını Cavabdeh almışlar. Həmin vaxt həmin qərardan apellyasiya şikayəti verməməsinin səbəbi həyat yoldaşı ilə barışmaq istəyində olaraq onu məhkəməyə vermək istəməməsi olmuşdur. Qızı Kəmaləni atasından alınaraq gedəndən sonra İddiaçı atasının təkidi ilə İddiaçı cavabdeh-iddiaçı ilə övladları arasındakı əlaqəni (ünsiyyəti) tamamilə kəsmişdir. Övladlarının atalarına nə qədər bağlı olmasını, onu çox istəmələrini bildikləri üçün həyat yoldaşının atasının müdaxiləsi ilə iddiaçıcavabdeh İddiaçı vəkil və nümayəndəsi olduğu Cavabdeh övladlarını görməyə və telefon vasitəsi ilə əlaqə saxlamağına heç cür şərait yaratmır. İddiaçı-cavabdeh bu hərəkətləri ilə həm atanın, həm də övladının hüququnu pozmuş olur. Cavabdeh-iddiaçı övladlarının qayğısına qalmaq, təhsil və tərbiyələri ilə məşğul olmaq istəyir. Onun övladları ilə səmərəli vaxt keçirməsinə, onlarla ünsiyyətdə olmasına iddiaçı-cavabdeh maneçilik yaradır və ünsiyyət hüququnun həyata keçirməsinə imkan vermir. Övladları azyaşlıdır. Cavabdeh-iddiaçı hesab edir ki, uşaqların ataları ilə ünsiyyəti pozulmamalıdır. Uşaqların atası ilə görüşləri, atası ilə birgə vaxt keçirmələri onlar üçün çox önəmlidir. Cavabdeh-iddiaçının fikrincə, anaları imkan verməlidir ki, uşaqlar ata sevgisindən və qayğısından məhrum olmasın. Çünki, uşaqların ata ilə bir yerdə ola bilməməsi, ünsiyyətsizliyi uşaqlarda natamamlıq kompleksi və özgüvənsizlik hissi yaradır. Bu səbəbdən də uşaqları ilə ünsiyyətdə olmaq üçün görüş qaydasının məhkəmə qaydasında müəyyən olunmasını tələb edir. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(078)-793/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yetkinlik yaşına çatanadək ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yetkinlik yaşına çatanadək ananın yanında saxlanılması və aliment tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı uşaqlarla ünsiyyət qaydasının müəyyən olunması tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2(078)-793/2025 nömrəli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 11 may 2025-ci il tarixli, 29844 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsinin ona geri qaytarılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə iddiaçıcavabdeh İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclaslarında iştirak etməmiş, məhkəmə baxış iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi X7 iddiaçı-cavabdehin iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçıcavabdeh İddiaçı iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 02 oktyabr 2025-ci il tarixə və 09 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə cavabdeh-iddiaçı Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, həmin məhkəmə baxış iclaslarında iştirak etməmiş, məhkəmə baxış iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil cavabdehiddiaçının iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh-iddiaçı Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı izahatında cavabdehin qarşılıqlı iddia ərizəsində onu atasının məcbur etdiyini qeyd etdiyini, ancaq özünü atasının məcbur etmədiyini, cavabdehin evləndikləri gündən işləmədiyini, atasının yanında işlədiyini, atasının da ona aylıq əmək haqqı vermədiyini, evləndikləri gündən 1 ay sonra özünün işləməyə başladığını, əmək haqqının yaxşı olduğunu, özünün əlindən gələn qədər ailəyə dəstək olduğunu, uşaqlarına özünün baxdığını, cavabdehin ailəsi ilə birlikdə yaşadıqları vaxt ərzində cavabdehin ailəsinin ona çox hörmətsizlik etdiyini, sonra Bakıda atasının evi olduğunu, köçüb orada yaşadıqlarını, cavabdehin xəyanət etdiyini, üzr istəsə də qəbul etmədiyini, əməliyyat olunduğunu, cavabdehin gəlmədiyini, ona çox pis təsir etdiyini, cavabdehin xəyanət etməsi, ailəsinin ona qarşı hörmətsizlik etməsi və cavabdehin işləməməsinin onu boşanmağa gətirib çıxardığını, özünün oğlu ilə birlikdə Naxçıvan şəhərinə gəldiyini, qızının Bakı şəhərində qaldığını, qayınanası ilə birlikdə qaldığını, cavabdehlə danışanda onun narahat olduğunu, qayınanasının da qızı ilə danışmağa qoymadığını, onun oğlunu narahat etdiyi üçün qızı ilə danışmağa qoymayacağını dediyini, özünün də məcbur qalıb məhkəməyə müraciət etdiyini, müvəqqəti təminat tədbiri kimi uşağın ona verildiyini, yoldaşının uşaqları manipulyasiya etdiyini, özünün nikahın pozulmasında fikrinin qəti olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi X11 izahatında iddia ərizəsində qeyd edilənlərə və iddiaçının bildirdiklərinə əlavəsi olmadığını, qarşılıqlı iddia tələbi ilə bağlı 5-ci gün də görüş istədiklərini, uşaqlardan birinin məktəbə başladığını, rəsm kursuna getdiyini, hazırlıqları olduğunu, ona görə də şənbə ya da bazar günü ünsiyyətin müəyyən edilməsini istədiyini, uşaqların doğum günlərinə münasibətdə istədikləri vaxtlara münasibətdə isə onların iş, dərs gününə təsadüf edə biləcəyini, həmin halların nəzərə alınmasını istədiklərini, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə qismən razı olduğunu, iş və dərs günlərinə düşəcək vaxtlarda saat 14:00-dan 18:00-dək görüş verilməsini istədiklərini, iddiaçının nikahın pozulmasında fikrinin qəti olduğunu, nikahın pozulmasını, uşağın ananın yanında saxlanılmasını və aliment təyin edilməsini istədiklərini bildirərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh izahatında özünün nikahın pozulmasını istəmədiyini, iddiaçının ona iddia ərizəsində yazılanları özünün yazmadığını, özünə aid olan fikirlər olmadığını dediyini, vəkil tərəfindən yazıldığını dediyini, məhkəməyə təqdim edilən yazışmaların köhnə olduğunu, həmin xanımla özünün məktəbdə birlikdə oxuduğunu, hazırlıq yoldaşı olduğunu, bacısının bacısı ilə qrup yoldaşı olduğunu, anasının anası ilə rəfiqə olduğunu, çox yaxın və səmimi münasibətləri olduğunu, xəyanət olmadığını, özünün başqa instagram hesabı olmadığını, şəxsi hesabında olduğunu, uşaqların qeyri-etik sözlər işlətdiklərini, 4-5 yaşındakı uşağın bilmədiyi sözləri dediklərini, uşağa elə şeylər öyrətməyin düzgün olmadığını, uşaqlar üçün görüş saatlarının özünün uzaq yoldan gəlməsi nəzərə alınaraq verilməsini istədiyini, özünün 7 ay ərzində əlindən gələni etdiyini, iddiaçı tərəfin gah ərizəni geri götürdüyünü, gah təkrar verdiklərini, artıq özünün də nikahın pozulmasına razı olduğunu, uşaqlarla ünsiyyətlə bağlı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə və cavabdeh-iddiaçının bildirdiklərinə əlavəsi olmadığını, qarşılıqlı iddia ərizəsində uşaqların doğum günlərindən bir gün əvvəl saat 10:00-dan 18:00-dək qeyd etdiyi saatı cavabdeh-iddiaçın doğum günündən bir gün əvvəl istədikləri görüşə də şamil etdiklərini, Cavabdeh da nikahın pozulmasına razı olduğunu, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə demək olar ki, razı olduğunu, uşaqların atası ilə də ünsiyyət hüququnun təmin edilməli olduğunu, genişmiqyaslı məhdudiyyət qoyulmasının düzgün olmadığını bildirərək ilkin iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında 19 iyun 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikah bağlanması, onların birgə nikahından 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 adlı uşaqlarının olması, tərəflərin hazırda ayrı yaşamaları, uşaqların anası, yəni iş üzrə iddiaçı-cavabdehin yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 1546 nömrəli arayışdan X12 ilə Cavabdeh arasında 19 iyun 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 1353 nömrə ilə qeyd edilməsi və nikah bağlandıqdan sonra iddiaçının özünə cavabdehin soyadını, yəni “Quluzadə” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, AZ-T seriyalı, 315491 nömrəli doğum haqqında şəhadətnamənin surətindən iş üzrə tərəflərin 20 yanvar 2020-ci il təvəllüdlü X9 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, AZ-İV seriyalı, 651814 nömrəli doğum haqqında şəhadətnamənin surətindən iş üzrə tərəflərin 20 iyul 2021-ci il təvəllüdlü X10 adlı övladlarının olması; -iş üzrə işdə iştirak edən şəxslərin məhkəmə iclası zamanı verdiyi izahatlarından iddiaçı-cavabdeh və cavabdeh-iddiaçının hazırda ayrı yaşamaları, birgə nikahlarından olan uşaqları 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 hazırda anası ilə birlikdə yaşamaları aydın olur. İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı nikahın pozulmasını, uşaqların onun yanında qalmasını və alimentin təyin olunmasını tələb etməsi isə ilkin iddia tələbinin mübahisəli hallarıdır. İşin ilk mübahisəli halı olan nikahın pozulması tələbini məhkəmə Azərbaycan Respublikası ailə qanunvericiliyinin normalarına əsaslanmaqla həll edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, məhkəmə tərəfindən nikaha xitam verilməsi həmin Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin məcəllənin 21.3-cü maddəsinə əsasən, nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Cavabdeh 16 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddiaçı-cavabdeh İddiaçı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, vaxt verilmədən nikahın pozulmasını istədiyini, bu səbəbdən də iddiaçının tələbi üzrə nikahın pozulması üçün vaxt verilmədən nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsi nəzərə alınmaqla iş üzrə tərəflərin hər ikisinin nikahın pozulmasına razılığının olması müəyyən edildiyindən tərəflər arasındakı nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin normalarını təhlil edərək hesab etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə nikahın pozulması dövlət qeydiyyatına alınarkən ödənməli olan dövlət rüsumu məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulan dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə keçirilməli, cavabdeh-iddiaçı isə bundan azad edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilsə də, məhkəmə nikahın könüllük prinsipi əsasında yaranması və bunun eyni prinsiplə davam etməsini, yəni bu tələbinin əsaslı və ya əsasız olmasının cavabdehin deyil, məhz iddiaçının iradəsindən asılı olduğunu nəzərə alaraq belə hesab edir ki, iddia qaldırılan zaman nikahın pozulması ilə bağlı ödənilmiş dövlət rüsumu və həmçinin mediasiya xərci olan 50 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddiaçı-cavabdeh İddiaçı digər tələbi isə qarşı tərəflə birgə nikahlarından olan 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 öz yanında qalmalarını tələb etməsidir. İddiaçı-cavabdeh İddiaçı bu tələbinə hüquqi qiymət verərək məhkəmə bildirir ki, 19 may 2025-ci il tarixli məktubla iddia ərizəsinin surəti cavabdehə göndərilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ona əlavə olunmuş sənədləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qanunvericiliyin bu tələbi baxımından məhkəmə onu da qeyd edir ki, tərəflərin birgə nikahından olan uşağın hansı valideynin yanında qalması ilə bağlı məhkəməyə saziş təqdim edilməyib. Cavabdeh-iddiaçı Cavabdeh isə uşağın ananın yanında qalmasını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı bu tələbi təmin olunmalı və tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 anası İddiaçı yanında qalmalıdırlar. İşin digər mübahisəli halı isə iddiaçı-cavabdeh İddiaçı uşaqların saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh hər ay bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, iki uşaq üçün ümumilikdə 492 (dörd yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində aliment tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində aliment cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçıcavabdeh İddiaçı verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8ci bənd üzrə 8.4-cü bəndə “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)” məzmununda 8.4-1-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, uşağın saxlanılması üçün müəyyən edilmiş sabit məbləğdə aliment minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun hesablanmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçı-cavabdeh İddiaçı da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçı-cavabdeh İddiaçı yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçı-cavabdeh İddiaçı diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni bir uşaq üçün 200 (iki yüz) manatın cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçı-cavabdeh İddiaçı tələbi bir uşaq üçün 246 (iki yüz qırx altı) manat məbləğində aliment təyin edilməsi ilə bağlı olsa da, məhkəmə alimentin 246 (iki yüz qırx altı) manat məbləğində təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, iddiaçı-cavabdeh İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı-cavabdeh İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “13” may 2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qarşılıqlı iddia tələbi üzrə işin mübahisəli halı isə cavabdeh-iddiaçı Cavabdeh övladları 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olmağı üçün hər həftənin cümə günü saat 10:00-dan bazar günü 18:00-dək onun yanında qalmaqla, hər ilin 19 yanvar, 19 iyul (uşaqların doğum günlərindən bir gün öncə) saat 10:00-dan 18:00dək, hər ilin 25 fevral (cavabdeh-iddiaçının doğum günündən bir gün öncə), həftə içi hər gün 20:00-dan 22:00-dək video-əlaqəli şəkildə, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 18:00-dək iddiaçı-cavabdeh xaricində başqa şəxslərin iştirakı olmadan ünsiyyətdə olmaqla görüş qaydasının müəyyən olunması formasında ünsiyyət hüququnun təmin edilməsini tələb etməsidir. Uşaqla görüşüb ünsiyyətdə olma qaydasının müəyyən olunması tələbinin həll edilməsi ilə bağlı məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.2-ci maddəsinə görə valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.3-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56-cı maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Eşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən mübahisəyə dair 27 avqust 2025ci il tarixli müayinə aktı tərtib edilmişdir. Həmin aktda Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-5/2-1376/2025 nömrəli məktubuna əsasən ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh mənzil-məişət şəraitinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan ünvanda bir ədəd iki mərtəbəli fərdi yaşayış evinin mövcud olduğu, yaşayış evinin birinci mərtəbəsinin 1 otaq, mətbəx və sanitar qovşaqdan, mansar tipli ikinci mərtəbənin isə 3 otaq və sanitar qovşaqdan ibarət olduğu, otaqların təmiz, səliqəli və işıqlı olduğu, otaqlardan ikisinin uşaqlar üçün ayrıldığı, yaşayış evinin su, məişət qazı, elektrik enerjisi və istilik sistemi ilə təchiz edildiyi, yaşayış evində Cavabdeh tək yaşadığı, vətəndaş Cavabdeh yaşadığı ərazinin təmiz olduğu, ərazidə məktəb, bağça və iaşə obyektləri yerləşdiyi, ünvan 1 ünvanında yaşayış üçün qənaətbəxş şərait yaradıldığının müəyyən edildiyi qeyd olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın mübahisəyə dair 03 oktyabr 2025-ci il tarixli, 34 nömrəli rəyi ilə iddiaçıcavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı Cavabdeh birgə nikahlarından doğulmuş 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X6 atası ilə aralarındakı bağın qorunub saxlanılmasının vacibliyini, yaşayış yerləri üzrə məsafəni nəzərə alaraq, hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 19 yanvar, 19 iyul (uşaqların doğum günündən bir gün öncə), hər ilin 25 fevral (atanın doğum günündən bir gün öncə) saat 10:00-dan 17:00dək, həftə içi hər gün saat 20:00-dan 22:00-dək video-əlaqəli şəkildə, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 17:00-dək ünsiyyətin müəyyən edilməsi uşağın hüquqi və qanuni mənafeyi baxımından məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik orqanının rəyini məhkəmədə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirilərək məhkəmə belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarının 10-cu bəndində qeyd edilmişdir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdır ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarını nəzərə alan məhkəmə uşağın maraqları baxımından aşağıdakıların qeyd olunmasını vacib hesab edir. Həmçinin məhkəmə qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsini də aşağıdakılarla əsaslandırır. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh övladları 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 ilə görüş və ünsiyyət hüququnu təmin edən zaman uşaqların mənafeyi nəzərə alınmalı, görüş və ünsiyyət üçün elə bir zaman seçilməlidir ki, uşaqların hüquqlarının, həmçinin qanunla nəzərdə tutulan valideynlik hüquqlarının real və maneəsiz həyat keçirilməsinə heç bir maneçilik yaranmasın. Komissiyanın rəyində nəticədən aydın olur ki, həftə içi hər gün saat 20:00-dan 22:00dək video-əlaqəli şəkildə uşaqların atası ilə danışması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə komissiya tərəfindən müəyyən edilmiş həmin müddətlə razılaşmır və belə hesab edir ki, uşaqların yaşları, onların yatmaq saatları nəzərə alınaraq həmin müddət həftə içi hər gün saat 20:00-dan 21:00-dək video-əlaqəli şəkildə danışmaqla ünsiyyət hüququnun təmin edilməsi formasında həyata keçirilməlidir. Bununla belə məhkəmə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın rəyinin qalan hissəsi razılaşır və qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh övladları 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 ilə ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 17:00-dək təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia tələbinin bir hissəsi də Azərbaycan Respublikasının bayram günlərində ünsiyyətdə olmaqla görüş qaydasının müəyyən edilməsindən ibarət olduğundan gələcəkdə qətnamənin icrasının təmini üçün həmin bayram günlərinin hansı günlərdən ibarət olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bayramları Yeni il bayramı (yanvarın 1 və 2-si), Qadınlar günü (martın 8-i), Faşizm üzərində qələbə günü (mayın 9-u), Müstəqillik günü (mayın 28-i), Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i), Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı), Müstəqilliyin bərpası günü (oktyabrın 18-i), Zəfər Günü (noyabrın 8-i), Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u), Konstitusiya günü (noyabrın 12-si), Milli Dirçəliş günü (noyabrın 17-si), Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i), Novruz bayramı (beş gün), Qurban bayramı (iki gün), Ramazan bayramıdır (iki gün). Məhkəmə mübahisəni həll edən zaman 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 fikirlərini dinləməmişdir. Çünki iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X9 20 yanvar 2020-ci il tarixdə və X10 isə 20 iyul 2021-ci il tarixdə doğulmaqla 7 yaşına çatmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 6.8-ci bəndində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 ” dekabr 2024-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. 12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir”. Plenum qərarın tələbinə əsasən məhkəmə belə hesab edir ki, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-da iddiaçı-cavabdeh İddiaçı tərəfindən cavabdehiddiaçı Cavabdeh, hər həftənin şənbə günü saat 17:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 17:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 17:00-da isə eyni ünvanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı təhvil verilməsi məqsədəmüvafiqdir. Məhkəmə belə hesab edir ki, ünsiyyət üçün müəyyən edilən vaxt və müddət iddiaçının qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilməsi tələbinə cavab verir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırır ki, uşaqlar azyaşlı olmaqla ana nəvazişinə və qayğısına daha çox ehtiyacı vardır, onun hüquq və mənafeyi baxımından iddiaçının tələb etdiyi müddət həddində görüşün müəyyən edilməsi məqsədəuyğun deyildir. Məhkəmə həmçinin qeyd edir ki, valideynlərin övladı ilə ünsiyyət hüququnun davam edən hüquq münasibəti olduğundan iddiaçının gələcəkdə görüş müddətinin uzadılması üçün təkrar iddia qaldırmaq hüquqlarının məhdudlaşdırılmadığı da iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə qarşılıqlı iddia qismən təmin edilməli olduğundan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçıcavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ilkin iddia qismən təmin edilməli; -İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1353 nömrə ilə qeydə alınmış nikah pozulmalı; -tərəflərin birgə nikahından olan 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmalı; -13 may 2025-ci il tarixdən hesablanmaqla 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-cavabdeh İddiaçı ödənilməli; -qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; -ilkin iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -qarşılıqlı iddia qismən təmin edilməli; -cavabdeh-iddiaçı Cavabdeh övladları 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 ilə ünsiyyət hüququ müəyyən edilməli; -ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 17:00-dək görüşmək və həftə içi hər gün saat 20:00-dan 21:00-dək video-əlaqəli şəkildə danışmaq formasında təyin edilməli; -ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-da iddiaçıcavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh, hər həftənin şənbə günü saat 17:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 17:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 17:00-da isə eyni ünvanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı təhvil verilməli; -qarşılıqlı iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməli və cavabdeh bundan azad edilməli; -ilkin iddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci onun özünə aid edilməli; -qarşılıqlı iddia qismən təmin edilməli olduğundan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1353 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından olan 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılsın. 13 may 2025-ci il tarixdən hesablanmaqla 20 yanvar 2020-ci il təvəllüdlü X4 və 20 iyul 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-cavabdeh İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İlkin iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdeh övladları 20 yanvar 2020-ci il təvəllüdlü X9 və 20 iyul 2021-ci il təvəllüdlü X10 ilə ünsiyyət hüququ müəyyən edilsin. Ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-dan 17:00-dək, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-dan 17:00-dək görüşmək və həftə içi hər gün saat 20:00-dan 21:00-dək video-əlaqəli şəkildə danışmaq formasında təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yeri üzrə ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 10:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 10:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 10:00-da iddiaçıcavabdeh İddiaçı tərəfindən cavabdeh-iddiaçı Cavabdeh, hər həftənin şənbə günü saat 17:00-da, hər ilin 19 yanvar tarixində (X4 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 19 iyul tarixində (X6 doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər ilin 25 fevral (Cavabdeh doğum günündən bir gün əvvəl) saat 17:00-da, hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 17:00-da və hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günü, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 17:00-da isə eyni ünvanda cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat rüsum alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh bundan azad edilsin. İlkin iddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci onun özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilməli olduğundan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçı-cavabdeh İddiaçı alınaraq cavabdeh-iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar