Məhkəmə qərarları › İş №e-2(078)-991/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-991/2025

24.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-991/2025 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair iddiasına dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X7 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ümumilikdə 2488,40 (iki min dörd yüz səksən səkkiz manat qırx qəpik) əməkhaqqı məbləğinin (müvafiq vergi və məcburi tutulmalar çıxıldıqdan sonra) ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- X7 05 noyabr 2023-cü il tarixli əmək müqaviləsi əsasında Cavabdehndə “qaynaqçı” vəzifəsinə işə götürülmüş, 02 aprel 2024-cü il tarixdə isə əmək müqaviləsində dəyişiklik edilməklə, işəgötürən tərəfindən “idarə qulluqçusu, reklamçı” vəzifəsinə keçirilmişdir. Qeyd etməsi zəruridir ki, işə başladığı ilk vaxtdan etibarən işəgötürən tərəfindən onun aylıq əməkhaqqısı doğrudüzgün, hətta demək olar ki, yox səviyyədə ödənilməmişdir. Belə ki yalnız 2023-cü ilin dekabr ayında xx.xx.2025-ci il tarixli əmək haqqı kart hesabından müvafiq möhürlə təsdiqlənmiş çıxarışda da qeyd olunduğu kimi 400,05 (dörd yüz manat beş qəpik) manat məbləğində əməkhaqqı müvafiq olaraq əməkhaqqı kartına köçürülmüş, digər aylarda isə müvafiq olaraq 200 (iki yüz); 300(üç yüz) və 100(bir yüz) manat, ümumilikdə 600(altı yüz) manat “kəsir əməkhaqqı” məbləği müəyyən ehtiyaclarını qarşılaya bilmədiyini, pula ehtiyacı olduğunu bildirdiyi çoxsaylı israrlarından sonra işəgötürən Sarvan Bünyətov tərəfindən nağd şəkildə verilmişdir. Qeyd edir ki, əmək fəaliyyəti müddətində daim məsuliyyətli, intizamlı işçi kimi seçilmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir. Məhz halal zəhmətinin qarşılığı olan əməkhaqqını almaqda yaşadığı bu sıxıntılar ucbatından işdən öz xahişi ilə çıxmış, lakin bu zaman da işəgötürən tərəfindən işinə xitam verilməsi barədə əmr təsdiq olunub müvafiq qaydada ƏMAS sisteminə əlavə edilmədiyi üçün yeni işinə başlamasına da maneçilik törədilmişdir. Eyni qaydada çoxsaylı səylərim nəticəsində nəhayət ki, 01 iyul 2024-cü il tarixdə Cavabdeh MMC-dəki işinə xitam verilməsi rəsmiləşmişdir. Qəti bir dillə cavabdeh işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə, habelə ƏMAS sistemində eyd olunmuş əmək müqaviləsinin şərtlərinə əməl edilmədiyini, yəni ƏMAS sistemi vasitəsilə əldə olunmuş əmək müqaviləsində birbaşa qeyd olunmuş 2023-cü ilin dekabr ayındakı 400 manat və əldən verilmiş 600 manat məbləğdən savayı qalan aylıq əməkhaqqı məbləğini-ümumilikdə 2488,4 (iki min dörd yüz səksən səkkiz manat, qırx qəpik) manat əmək haqqı məbləğinin (ümumi 8 aylıq əmək müddətində bir aylıq əməkhaqqının karta köçürüldüyünü və 600 manat nağd verildiyini nəzərə alaraq və həmin məbləği ümumi məbləğdən çıxaraq yerdə qalan ödənişlər hesablanmışdır) ödənilməmiş olaraq qaldığını, o cümlədən işlədiyi 8 aylıq müddət ərzində bir neçə dəfə, məsələn, Batabatda təşkil olunan festival ərəfəsində və Novruz bayramı günlərində əməyə cəlb edildiyini, həmin vaxt iş saatından artıq işlədilməklə evinə səhər üzü qayıtdığını da bəyan edir. Cavabdeh qurumun rəhbəri S.Bünyətova etdiyi çoxsaylı şifahi müraciətlərin hər dəfəsində nəticəsiz qaldığını, Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciətin məhz işəgötürənin Xidmətə gəlməməsi və məsuliyyətdən boyun qaçırması səbəbindən yarımçıq qaldığını, habelə X2 etdiyi müraciət də qarşı tərəfin iştirak etməməsi səbəbindən nəticə vermədiyini diqqətə çatdırmaqla cavabdeh tərəfindən ümumilikdə 2488,40(iki min dörd yüz səksən səkkiz manat qırx qəpik) əməkhaqqı məbləğinin(müvafiq vergi və məcburi tutulmalar çıxıldıqdan sonra) ödənilməsi (pul) tələbi ilə məhkəməyə müraciət edirəm. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə cavabdeh təşkilat Cavabdeh MMC-yə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclaslarının cavabdeh təşkilat Cavabdeh MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X3 verdiyi izahatında bir ildən çoxdur o şirkətdən çıxdığını, orada işləmədiyini, Sarvanın yalan danışdığını, hər bir ayını hesabladığını, 2200 manatdan çox pul etdiyini, əmək haqqının ATB ilə ödəndiyini, sadəcə 1 dəfə əmək haqqı aldığını, başqa ödənişin olmadığını, sonra buğun-sabah verəcəm deyib günü günə sataraq onun pulunu vermədiyini, cavabdehin nümayəndəsinin onunla danışmadığını, heç bir əlaqə saxlamadığını bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçı izahatında 2023-cü ildə işə daxil olduğunu, əmək haqqı kartı verdiklərini, bir dəfə 400 manat əmək haqqı aldığını, sonra 100-200 manat pul aldığını, sonra pul verilmədiyini, sonra 2 ay 200-300 manat pul aldığını, sonra buğunsabah deyərək onun aylarla pulunu vermədiyini, dəfələrlə pulunu istədiyini, lakin pulunu ala bilmədiyini, qaynaqçı kimi işə düzəldiyini, 650 manat əmək haqqı ilə qaynaqçı işinə başladığını, işlədiyi müdətdə ilk ay əmək haqqını aldığını, sonra kartından əmək haqqı almadığını, sonra reklam işində işlədiyini, şəhərin reklam lövhələrini vurduğunu, sonra onun işini dəyişib reklamçı etdiyini, bu barədə özünün heç bir ərizəsinin olmadığını bildirərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarışandan aydın olur ki, X7 xx.xx.2024-cü il tarixdə X7 Cavabdeh MMC-də reklam ustası və qaynaqçı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2/a maddəsi ilə işdən azad edilmişdir. İş materiallarında olan ATB Bankın əmək haqqı kartı üzrə çıxarışına əsasən X1 edilən əməliyyatlarda əmək haqqının 400 manat olduğu aydın olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-9-5/2-181/2025 saylı məktubunda X6 bildirilmişdir ki, Cavabdehndə (bundan sonra – Cəmiyyət) qaynaqçı vəzifəsindən əmək müqavilənizə xitam verilərkən son haqq-hesabın ödənilməməsi, həmçinin 2024-cü il üzrə işlədiyiniz ayların əmək haqqının natamam ödənilməsi ilə bağlı müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətində (bundan sonra – Xidmət) baxılmışdır. Müraciətdə qaldırdığınız məsələyə münasibət bildirilməsi və sizə aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.9-cu maddəsinə əsasən araşdırmaya təqdim edilməsi məqsədilə Cəmiyyətə sorğu göndərilsə də, Qanunda nəzərdə tutulan müddətdə müvafiq sənədlər təqdim olunmamışdır. Həmçinin Cəmiyyətin işəgötürəni ilə dəfələrlə telefon (***-***-**-**) əlaqəsi saxlanılsa da, o, Xidmətə gəlməmiş, hər hansı bir məlumat təqdim etməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və məşğulluq altsisteminə baxış zamanı sizinlə işəgötürən arasında bağlanmış 1 noyabr 2023-cü il tarixli reklam ustası (qaynaqçı) peşəsi üzrə əmək müqaviləsinə 1 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bununla yanaşı, müraciətdə qaldırdığınız məsələ ilə bağlı sənəd və sübutlar təqdim olunması üçün Xidmətə gələrək təqdim etdiyiniz yazılı izahat və bank çıxarışına baxılmaqla işəgötürənin əmək qanunvericiliyi üzrə pozuntu törətməsini sübuta yetirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd etdiyiniz müraciətdə qaldırdığınız məsələyə baxılması və əmək hüquqlarınızın təmin olunması üçün Cəmiyyət və ya sizin tərəfinizdən müvafiq sənəd və sübutlar təqdim edildiyi halda müraciətinizə Xidmətdə qanunamüvafiq olaraq baxılacaqdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X5 İştirak edilməməsi barədə arayışdan aydın olur ki, Cavabdeh sessiyada iştirak etməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyul 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlə Vergi Xidməti 07 avqust 2025-ci il tarixli 3-21-2-24/2-24825/2025 saylı məktubda bildirmişdir ki, "SMART VİSİON” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsini və adının dəyişdirilib dəyişdirilməməsi, dəyişdirildiyi halda indiki adının hüquqi sənədlərinin məhkəməyə göndərilməsi barədə məktubunuza Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlə Vergi Xidmətində qanunamüvafiq qaydada baxılmışdır. Uçot-baza məlumatlarına əsasən bildiririk ki, Cavabdeh 16 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı AZ7000 ünvan 1ə afişa sütunlarında, reklam lövhələrində, afişa və elan çərçivələrində, vitrinlərdə, nümayiş zallarında, avtomobillərdə və avtobuslarda yerləşdirilməsi xidmətlərinin göstərilməsi) və hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarına Cavabdeh MMC-nin Nizamnaməsi əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-991/2025 saylı qərardadı ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunsun. Ekspert qarşısında 1.İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmışdırmı? 2. İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamışdırsa ödənilməyən (kəsir) əmək haqqı nə qədərdir və kəsir əmək haqqı hansı müddət aralığında verilmişdir? 3. İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği nə qədərdir? Kimi suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e22(078)-991/2025 saylı qərardadı ilə İddiaçı X3 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 13 noyabr 2025-ci il tarixli məktubda bildirilir ki, 09 oktyabr 2025-ci il tarixdə Məhkəmə eksperizası mərkəzinə daxil olmuş 02 sentyabr 2025-ci il tarixli qərardadla 2-(078)-991/2025 saylı mülki iş üzrə təyin etdiyiniz "Məhkəmə mühasibat" ekspertizasının aparılması üçün əmək müqaviləsinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr, əmək haqqı ödəniş cədvəllərinin təmin edilməsi məqsədilə 13 oktyabr 2025-ci il tarixdə 1044 saylı ekspert vəsatəti Sizə göndərilmişdir. Lakin, vəsatətdə qeyd edilən tarixdən bir aydan artıq müddət keçməsinə baxmayaraq zəruri olan sənədlər ekspertə təqdim edilməmişdir. Odur Ki, ekspertiza keçirilməsi barədə 02 sentyabr 2025-ci il tarixli qərardadınız "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"-ın 5.8-ci bəndinin tələbinə uyğun olaraq həmin işin icrası dayandırılır və müliki iş materialları geri qaytarılır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-991/2025 saylı qərardadı ilə iddiaçı X4 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-991/2025 saylı qərardadı ilə iddiaçı X4 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunsun. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. Ekspert qarşısında 1.İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmışdırmı? 2. İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamışdırsa ödənilməyən (kəsir) əmək haqqı nə qədərdir və kəsir əmək haqqı hansı müddət aralığında verilmişdir? 3. İddiaçı X7 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği nə qədərdir? kimi suallar qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-cı il tarixli, e-2(078)-991/2025 saylı qərardadı ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 21 yanvar 2026-cı il tarixli məktubda bildirilir ki, 16 dekabr 2025-ci il tarixdə Məhkəmə eksperizası mərkəzinə daxil olmuş 27 noyabr 2025-ci il tarixli qərardadla 2-(078)-991/2025 saylı mülki iş üzrə təyin etdiyiniz "Məhkəmə mühasibat" ekspertizasının aparılması üçün əmək haqqı üzrə hesablama-ödəniş cədvəllərinin, əmək haqqı üzrə plastik karta mədaxil reyestri və.s təmin edilməsi məqsədilə 18 dekabr 2025-ci il tarixdə 1261 saylı ekspert vəsatəti Sizə göndərilmişdir. Lakin, vəsatətdə qeyd edilən tarixdən bir aydan artıq müddət keçməsinə baxmayaraq zəruri olan sənədlər ekspertə təqdim edilməmişdir. Odur ki, ekspertiza keçirilməsi barədə 27 noyabr 2025-ci il tarixli qərardadınız "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"-ın 5.8-ci bəndinin tələbinə uyğun olaraq həmin işin icrası dayandırılır və müliki iş materialları geri qaytarılır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(078)-991/2025 saylı qərardadı ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı işə götürən tərəfindən ödənilməmiş əmək haqqı məbləğinin tam ödənilməsi-pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin 2-ci bəndinə görə bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi:

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137.3-cü maddəsinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin "d" bəndinə əsasən işçinin əməkhaqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən maddi məsuliyyət daşıyır. Məhkəmə iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən sənədlərə istinadən hesab edir ki, iddiaçının işlədiyi müddət ərzində əmək müqaviləsinə uyğun olaraq əmək haqqı işəgötürən tərəfindən ödənilməmişdir. Əmək haqqının tam ödənilməməsi iddiaçı tərəfindən kart hesabından çıxarışı ilə təsdiqini tapır. Aylıq iddiaçıya ödənilməli olan məbləğə münasibətdə mühasibatlıq sənədlərinin təqdim edilməsi üçün dəfələrlə cavabdeh təşkilata sorğu verilmiş, lakin sənədlər təqdim edilməmişdir. Bunun nəticəsində iddia tələbində qeyd edilən pul məbləğinin düzgün hesablanması məsələsi ekspert tərəfindən mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq icrası mümkün olmamışdır. Bununla əlaqədar cavabdeh təşkilatın nümayəndəsi ilə əlaqə saxlanılmış, sənədlərin təqdim ediləcəyi bildirilsə də keçən müddət ərzində təqdim edilməmişdir. Sözügedən sənədlərin təqdim edilməsi, işçiyə ödənilməli olan, əmək müqaviləsi əsasında qeyd edilən əmək haqqı məlumatlarını təqdim etmək, bu barədə zəruri sübutları təqdim etmək cavabdehin vəzifəsi idi, çünki sübutlar cavabdehdə idi. Lakin həmin sübutlar təqdim edilməmişdi. Buna görə də məhkəmə sənədlərin təqdim edilməməsini cavabdehin ziyanına şərh edilən hal hesab edərək belə nəticəyə gəlir ki, əmək haqqının natamam ödənilməsi mübahisəsiz haldır və iddiaçının tələbi tam şəkildə təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Odur ki, əmək mübahisəsi üzrə iddiaçı dövlət rüsumundan azad olduğundan qiymətləndirilən iddia üzrə 45 (qırx beş) manat dövlət rüsumu əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia əsaslı olduğundan təmin edilməli; -Cavabdeh MMC-dən 2488.4 (iki min dörd yüz səksən səkkiz manat qırx qəpik) manat pul tutularaq iddiaçı X6 qaytarılmalı, -əmək mübahisəsi üzrə iddiaçı dövlət rüsumundan azad olduğundan qiymətləndirilən iddia üzrə 45 (qırx beş) manat dövlət rüsumu əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi:

İddia təmin edilsin. Cavabdehndən 2488.4 (iki min dörd yüz səksən səkkiz manat qırx qəpik) manat pul tutularaq iddiaçı X6 ödənilsin. İddiaçı dövlət rüsumundan azad olduğundan qiymətləndirilən iddia üzrə 45 (qırx beş) manat dövlət rüsumu əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar