Məhkəmə qərarları › İş №e-2(078)-998/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-998/2021

23.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-998/2021 23.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyun 2020-ci il tarixli, 01600465 saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixə yaranmış 502 manat əsas, 150 manat cərimə, cəmi 652 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq Kreditor MMC-yə ödənilməsi barədə əmr verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, 01600465 nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən borclu aldığı “Samsung” markalı paltaryuyana görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla, cəmi 670 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 24 avqust 2020-ci il tarixdə 56 manat ödəniş etmiş və qalıq qalmış 502 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. 25 may 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 150 manat təşkil edir. Borclu 17 iyul 2021-ci il tarixə Kreditor MMC-yə olan borcu 502 manat əsas, 150 manat cərimə, cəmi 652 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Kreditor ilə Borclu arasında 08 iyun 2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi imzalanmış və borclu kreditorun xidmətlərindən istifadə etmişdir. Tərəflər arasında bağlanmış 08 iyun 2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. İş materiallarına əlavə olunmuş: 17 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən, Borclu Kreditornə 502 manat əsas, 150 manat cərimə, cəmi 652 manat borcu vardır. 08 iyun 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, Borclu Kreditornə 08 iyul 2020- 08 may 2021-ci il tarixləri aralığında 56 AZN, 08 iyun 2021-ci il tarixdə isə 54.88 AZN ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxxxx 1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Kreditor xeyrinə 502 (beş yüz iki) manat əsas borc və 150 (yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 652 (altı yüz əlli iki) manat borc və 20 (iyirmi manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar