Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-186/2025 11.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin vəkilnümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı vəkil-nümayəndəsi Vəkil “30” yanvar 2025-ci ildə “Elektron Məhkəmə” İnformasiya Sisitemi vasitəsilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 03 oktyabr 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində) müəyyən edilməklə alimentin alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 oktyabr 2023-cü il tarixdə el adəti ilə toy edib ailə qurmuşuq. 23 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahımızı rəsmiləşdirmişik. Lakin cavabdehin valideynləri məni yola verməyib böhtan atdıqları üçün 28 fevral 2024-cü il tarixdə qayıdıb atam evinə gəlmişəm. Bizim həmin nikahdan 1 nəfər övladımız doğulmuşdur: 03 oktyabr 2024-cü il təvəllüdlü X6. Hörmətli məhkəmə! Mən Natiqlə 28 fevral 2024-cü il tarixdəndir ki ayrı, yəni atam evində yaşayıram. Atam evində yaşadığım müddətdə 03 oktyabr 2024-cü il tarixdə oğlum Əfsun doğulmuşdur. İndiyə kimi 1 dəfə də olsun nə Natiq, nə də ki yaxınları uşaqla maraqlanmayıblar. Mən övladımı atam evində valideynlərimin köməkliyi ilə böyüdürəm. Özüm heç bir yerdə işləmirəm. Maddi imkanım heç də yaxşı deyil. Tək qadın olaraq Əfsunun qida, geyim və digər ehtiyaclarını qarşılamaqda çətinlik çəkirəm. Hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də məcburiyyət qarşısında qaldığımdan övladımın saxlanılması, inkişafı və gələcəyi üçün Cavabdeh aliment ödənilməsini istəyirəm. Həmçinin bildirmək istəyirəm ki, Cavabdeh oğu İİİ qrup əlil kimi həm pensiya alır, həm də Şıxmahmud kəndində çörək sexində sürücü işləyərək əmək haqqı alır. Mən X2na aliment tələbi barədə müraciət etsəm də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən orada məsələ öz müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərdə tutan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında tərəflərin 23 iyun 2023-cü il tarixdə nikahlarını rəsmiləşdirib, 08 oktyabr 2023-cü il tarixdə faktiki ailə qurduqlarını, birgə nikahlarından 08 oktyabr 2024-cü il tarixdə X5 doğulduğunu, hazırda iddiaçının valideyləri ilə qaldığını, uşağın tərəflər faktiki olaraq ayrıldıqdan sonra iddiaçının ata evində dünyaya gəldiyini, cavabdehin ayrı yaşadıqları müddət ərzində uşaqla maraqlanmadığını, onun saxlanması üçün maddi köməklik göstərmədiyini, bu səbəbdən iddiaçının uşağın saxlanması üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində olmaqla 246 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, hazırda cavabdehin valideynləri ilə birlikdə Şıxmahmud kəndində yerləşən çörək sexində işlədiyini, buna dair sübutları olmasa da çörək sexinin sifarişlərini iddiaçının bütün Naxçıvana, həmçinin iddiaçının yaşadığı Şıxmhmud kəndində paylayıb qazanc əldə etdiyini, həmçinin əlilliyinə görə pensiya aldığını, iddiaçının isə işləmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında cavabdehin hazırda heç bir yerdə işləmədiyini, verilən məlumata əsasən onun 3-cü dərəcəli əlil olduğunu, onun səhhətinin heç bir yerdə işləməyə imkan vermədiyini, şizofreniya xəstəliyindən əziyyət çəkdiyini, bir neçə dəfə intihara cəhd etdiyini, psixi xəstəliyinə görə hətta atasının da Türkiyədən Naxçıvana qayıtdığını, iddiaçının yoldaşına xəyanət etdiyi üçün evdən çıxarıldığını, buna görə də cavabdehə qarşı prinsip apardığını, cavabdehin işləməsi ilə bağlı verilən məlumatların yanlış olduğunu, cavabdehin xəstəliklə bağlı pensiya aldığını, bunun nəzərə alınmasını və pensiya məbləğinə münasibətdə aliment təyin edilməsini xahiş etdiyini, cavabdehin hazırda heç bir əmək fəaliyyəti ilə məşğul olmadığını, onu xəstəliyinə görə heç bir yerdə işə götürmədiklərini, cavabdehin ailə üzvlərindən yalnız anasının çörək sexində işlədiyini, atasının isə ümumiyyətlə işləmədiyini, cavabdehin nəinki çörək sexində sürücü işləməsi, onun sağlamlıq vəziyyəti ilə bağlı sexə girməyə belə icazə verilmədiyini, buna baxmayaraq elə ailə münasibətlərində olduqları müddətdə də ailəsinə ata-anasının baxdığını, cavabdehin 150 manat pensiya aldığını və bu həddə aliment təyin edilməsinə etirazlarının olmadığını, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini bildirmiş, iddianın qismən, şəxsin aldığı pensiya məbləği həddində təyin edilməsini xahiş etmişdir. Mülki işin materiallarını proses iştirakçılarının izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 23 iyun 2023-cü il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından X5 anadan olması, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşağın anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 31 iyul 2024-ci il tarixli, AZ-İİ seriyalı, 516875 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 261 nömrə ilə qeyd edilməsi, iddaçının özünə nikahdan sonra “Əzimova” soyadını götürməsi; - iddia ərizəsinə əlavə edilmiş və Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 04 dekabr 2024-cü il tarixli, AZ-V seriyalı, 217352 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 03 oktyabr 2024-cü il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-Ə-00030 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan cavabdehin mediasiyada iştirak etmədiyi; - iddia tələbindən və tərəflərin vəkil-nümayəndələrinin məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşağın hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması, cavabdehin uşağın saxlanılmasında iştirak etməməsi aydın olur. İşin mübahisəli halı isə iddiaçının övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən tələb etdiyi bir uşaq üçün 246 (iki yüz qırx altı) manat miqdarında sabit aliment məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının aliment tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat miqdarında aliment tutulmasını tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Y.Budaqov adına X1 17 fevral 2025-ci il tarixli, 3-28-34-4/2- 480/2025 nömrəli məktubundan Cavabdeh xx.xx.2013-cü il tarixindən “Şizofreniyayabənzər psixoz. Həyata keçirilmiş intihar cəhdi ilə” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatında dayandığı, “AZEMİS”dən cavabdehin sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan isə 3-cü qrup əlil olmaqla 130 manat pensiya aldığı müəyyən olunur. Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydası nəzərə alınmaqla cavabdehin müəyyən edilmiş qazancı və ya sair gəlirlərindən müəyyən hissə kimi tutulmasının iddiaçının və dolayısı ilə uşağın marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə biləcəyini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran hallarla bağlı sübut təqdim etmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə onu da qeyd edir ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən “AZEMİS”dən cavabdehin sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan onun əmək müqaviləsi üzrə gəlirləri müəyyən olunmur, həmçinin pensiya məlumatları üzrə çıxarışdan məlum olur ki, 3-cü qrup əlildir və 150 manat pensiya alır. Bundan əlavə, məhkəmə iclasında cavabdehin vəkil-nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş Y.Budaqov adına X1 17 fevral 2025-ci il tarixli, 3-28-34-4/2- 480/2025 nömrəli məktubundan Cavabdeh xx.xx.2013-cü il tarixindən “Şizofreniyayabənzər psixoz. Həyata keçirilmiş intihar cəhdi ilə” diaqnozu ilə dispanserdə qeydiyyatda dayandığı müəyyən olunur. Məhkəmə tərəfindən “AZEMİS”dən iddiaçının sorğulanmış gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, "ŞAHBUZ RAYON MƏRKƏZİ XƏSTƏXANASİ" X10 laborant vəzifəsində işləyir, 846.8 manat əmək haqqı alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin siyahısında həmçinin faktiki alınan pensiyası da nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci il üzrə ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun və minimum əmək haqqının məbləğini, uşağın ananın yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf və məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində ananın üzərinə düşməsini, uşağın yaşını və sayını, tərəflərin gəlir vəziyyətini və cavabdehin sağlamlıq vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, sabit pul məbləğinin miqdarı 150 manat həddində müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Alimentin hansı vaxtdan tutulmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 30 yanvar 2025-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x(246x1)=2952) təmin edilmiş hissəsinə (12x(150x1)=1800) mütənasib olan 30.19 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan 03 oktyabr 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.37 misli həddində sabit pul məbləğində aliment ödənilməli, iddia digər hissədə rədd olunmalı, Cavabdeh 30.19 manat (otuz manat, on doqquz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 03 oktyabr 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.37 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilsin. İddia digər hissədə rədd olunsun. Cavabdeh 30.19 manat (otuz manat, on doqquz qəpik) miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-186/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-186/2025
11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver