Məhkəmə qərarları › İş №e-2(079)-204/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-204/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-204/2024 03.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh "BMW X7” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2010 AZN (iki min on manat) pulun və ödənilmiş 40.10 (qırx manat on qəpik) dövlət rüsumunun iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Forma 4 arayışına əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Forte” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW X7" markalı, ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 107514 nömrəli sığorta aktından və icbari Sığorta bürosundan çıxarışdan görünür ki, sözügedən “Kia Forte” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər “Atəşgah" SŞ-da icbari Sığorta müqaviləsi ilə Sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “BMW X7" markalı, ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2010 AZN (iki min on manat) məbləğində zərər dəymişdir. Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş PRP**********858 nömrəli ödəniş tapşırığına əsasən, “BMW X7" markalı, ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X4 2010 AZN (iki min on manat) Sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərardan və xx.xx.2022ci il tarixli İXP seriyalı ******* saylı protokolundan görünür ki, Cavabdeh İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirik ki, 2010 AZN (iki min on manat) pul Cavabdeh iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə düzəliş barədə ərizəyə əsasən texniki səhv səbəbi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı hissəsinə “** ZO ***” əvəzinə “** ZO ***” qeyd edildiyi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı “** ZO ***” olaraq nəzərə alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinə mövcud texniki səhvliyin düzəldilməsi barədə iddiaçının ərizəsi nəzərə alınmaqla baxılmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari Sığorta şəhadətnaməsinə dair məlumatdan belə məlum olur ki, xx.xx.2022-ci il tarixli PAT********** nömrəli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış icbari Sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı istehsal ili 2017 olan, 99ZO439 dövlət qeydiyyat nişanlı, KİA FORTE model minik nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə: 5 000 (beş min) manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: 1) bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat Sığorta məbləği ilə, Sığorta haqqının hesablanması, baza Sığorta haqqı 50 manat, Sığorta haqqı 71.25 manat olmaqla, Sığorta haqqının ödənilməsi qaydası birdəfəlik və nağdsız qaydada müəyyən olunmaqla 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4699395 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Suraxanı rayonu H.Əliyev prospekti ərazisində KİA FORTE minik markalı, 99ZO439 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh izahatında xx.xx.2022-ci il tarixdə təxminən saat 18:30 radələrində idarə etdiyi KİA FORTE minik markalı, 99ZO439 DQN avtomobillə Suraxanı rayonu Əliyev prospekti ilə mərkəz istiqamətdə hərəkətdə olarkən sağdan sola manevr edərkən solunda düzünə hərəkətdə olan BMW markalı ** HV *** DQN avtomobili vuraraq zərbədən həmin avtomobil yolun solunda olan dəmirə dəydiyini, hadisə nəticəsində 300 manat maddi ziyan yetirdiyini, hadisə baş verməmişdən qabaq avto maşını təxminən 110 km/saat sürətlə idarə etdiyini, hadisənin sutkanın işıqlı vaxtında asfalt örtüyünün quru hissəsində olduğunu, hadisə zamanı bədən xəsarəti alan olmadığını, hadisə olduqda dayandıqlarını sonradan maşını avtomaşını düzəltdirməyə sonra razılaşa bilmədikləri üçün yenidən hadisə yerinə qayıdıb gəldiyini, sonra Sığorta və qəza xidmətinə xəbər verdiklərini bildirmişdir. X5 izahatında BMW markalı ** HV *** DQN avtomaşınla H.Əliyev prospekti ilə hava limanında mərkəz istiqamətində hərəkətdə olarkən KİA markalı 99ZO439 DQN avtomaşın sağdan-sola manevr edərkən özünün avtomaşınına vurduğunu və zərbə nəticəsində idarə etməni itirərək yolun solunda olan dəmir manevrə dəydiyini, hadisənin sutkanın işıqlı vaxtında asfalt örtüyünün quru sahəsində olduğunu, hadisə zamanı avtomaşında tək olduğu üçün bədən xəsarəti alanın olmadığını, avtomaşına 5500-6000 Azn arası maddi ziyan dəydiyini, hadisədən öncə spirtli içki və narkotik maddə qəbul etmədiyini, hadisə olduqdan sonra qarşı tərəfin özünün idarə etdiyi avtomobilin icbari Sığortasını bilmədiyini, nömrəni götürdüyünü, avtomaşını özünün düzəldəcəyini deyib getdiyini, təxminən 20-30 dəqiqə sonra qarşı tərəfin idarə etdiyi avtomaşının icbari Sığortasının olduğunu, hadisə yerinə qayıtmaqlarını xahiş etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli, 107514 nömrəli Sığorta Aktından ümumi məlumatlar bölməsində PAT********** nömrəli icbari Sığorta müqaviləsi ilə KİA FORTE markalı, 99ZO439 dövlət qeydiyyat nişanlı, istehsal ili 2017-ci il olan avtomobilin xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədən müddətdə, 55000.00 manat Sığorta məbləği ilə Sığortalandığı, Sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Ramana bölgəsində baş verdiyi, Sığortalanmış avtomobil - KİA FORTE markalı, 99ZO439 dövlət qeydiyyat nişanlı avtomobilin BMW X7 markalı 90HV300 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, hadisənin Sığorta müaviləsi üzrə 1-ci hadisə olduğu, dəymiş zərərin xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq müəyyən edildiyi, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 2010.00 AZN (iki min on manat) olduğu, qiymətin əsasının texniki ekspertiza olduğu, Sığorta ödənişinin 2010.00 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, Sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan BMW X7 markalı, 90HV300 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 2010.00 manat həcmində olması müəyyən edildiyi, zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı, ölçü vahidi, məbləğlərinin: 1 ədəd sol faraya suvuran qiyməti 30.00, 1 ədəd sol faraya suvuran qiyməti 30.00, 1 ədəd sol faraya suvuran qiyməti 40.00, cəmi 100.00 manat olmaqla, işçilik üzrə 1 ədəd detal üzrə qiyməti 1272.33 manat, rəng materialı üzrə 1 ədəd detal üzrə qiyməti 143.33 manat, rəng işçiliyi 1 ədəd detal üzrə 401.33 manat, armatur işi üzrə 1 ədəd detal üzrə qiyməti 94.00 manat, cəmi 1910.99 manat olmaqla, yekun 2010.99 manat olduğu müəyyən edilir. xx.xx.2022-ci il tarixli, PRP**********858 nömrəli ödəniş tapşırığından 2010 manat dəymiş zərərin məbləği olan Sığorta ödənişinin köçürmə yolu ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 AZ02NABZ******************** nömrəli hesab nömrəsinə təhvil verildiyi müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, O-AP-20222974 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan xx.xx.2022-ci il tarixdə idarə etdiyi "KİA FORTE" markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin "BMW” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu, baş vermiş yol nəqliyyat hadisəsində "BMW X7” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2010 Azn (iki min on manat) Sığorta ödənişi həyata keçirildiyi, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayınılması səbəbindən ona qarşı subroqasiya tələbi hüququnun yarandığı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı (subroqasiya hüququ) maddəsinə əsasən Sığorta ödənişi almış şəxsin (zərərçəkən) ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı (zərərvuran) malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququnun olduğu, İddiaçı Sığorta Şirkəti ASC-nin zərərçəkənə sığorta ödənişi həyata keçirməklə subroqasiya hüququna nail olduğu və ödənilmiş zərər məbləğinin Sığorta təşkilatına ödənilməsi tələb olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "KİA FORTE" markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu Əliyev prospekti istiqamətində "BMW X7” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə sağdan-sola manevr edərkən vurduğu zərbə nəticəsində vurulan avtomobilin idarə etməni itirərək yolun solunda olan dəmir manevrə dəyərək yolnəqliyyat hadisəsinin törənilməsinə səbəb olmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən “KİA FORTE” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "BMW X7” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə 2010 (iki min on) manat məbləğində maddi zərər dəymişdir. PAT********** saylı Sığorta şəhadətnaməsi əsasında PRP**********858 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 2010 (iki min on) manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. PAT********** nömrəli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış icbari Sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı 99ZO439 dövlət qeydiyyat nişanlı, KİA FORTE model minik nəqliyyat vasitəsinin 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2023-cü il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə Sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin Sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət Sığortalanmışdır. KİA FORTE model minik markalı və modelli nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 2010 manat məbləğində zərər zərərçəkən X3 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş Sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, Sığorta predmeti barəsində mülki məsuliyyəti Sığortalanmış zərərvuran şəxsin Sığorta hadisəsi zamanı təqsirli olması və təqsirli olduğu hadisə yerindən yayınması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 2010 (iki min on) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 40.10 (qırx manat on qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2010 (iki min on) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 40.10 (qırx manat on qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar