Məhkəmə qərarları › İş №e-2(079)-383/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-383/2022

30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-383/2022 30.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 26 iyul 2022-ci ildə vəkil-nümayəndəsi Vəkil vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 18 noyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 14 iyul 2003-cü il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Birgə nikahımızdan 07 iyun 2004-cü il təvəllüdlü X5 və 18 noyabr 2007-ci il təvəllüdlü X6 adlı iki övladımız doğulmuşdur. Mənim iddiam əsasında aramızda olan nikah Babək Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən hər iki uşaq mənim yanımda saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 100 manat olaqla, iki uşağa birlikdə 200 manat aliment qət olunmuşdur. Mən 08 yanvar 2016-cı il tarixdə Türkiyə Respublikasına getdim, orada Sedat adlı türk vətəndaşı ilə ailə qurub, 6 ay sonra qayıtdım ki, uşaqları da özümlə birlikdə Türkiyəyə aparım. Həmin vaxt Hilal razılıq vermədi ki, alimentdən imtina elə verim. Mən də məcbur qalıb alimentdən imtina elədim, aliment işi üzrə icraata xitam verildi. Hilal mənə notarial qaydada razılıq verdi ki, özümlə birlikdə uşaqları Türkiyəyə aparım. 7 ilə yaxındır ki, uşaqlar mənimlə birlikdə Türkiyədə yaşayır və orada təhsil alırlar. Hilalla ayrıldığımız bu 7 il ərzində bir dəfə də olsun nə özü, nə də ki, yaxınları uşaqlarla maraqlanmayıb, hər hansısa bir maddi köməklik göstərməyiblər. Oğlum Öztürk artıq 18 yaşını tamamlayıb. Özləmin yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh aliment ödəməsini istəyirəm. Tərəfimdən mediasiyaya müraciət edilmiş, lakin heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdir İddiaçı vəkil-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında iddia ərizəsində qeyd edilənləri bildirməklə yanaşı iddiaçının 7 ildir ki, uşaqları ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, İddiaçı bildirməsinə görə əvvəllər onun maddi imkanı yaxşı olduğundan Cavabdeh aliment tələb etmədiyini, hazırda isə iddiaçı işsiz olduğundan qızının saxlanılması üçün qarşı tərəfdən aliment tələb etdiyini, Cavabdeh gəliri və qazancı barədə məlumatsız olduğunu, tərəflərin birgə nikahından olan X2 hazırda məktəbli olduğunu, cavabdehin onun tələbatlarının qarşılanmasında iştirak etmədiyini qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə 2003-cü ildə ailə qurduğunu, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, 2015ci ildə isə qarşı tərəflə boşandığını, İddiaçı ondan boşanmasından dərhal sonra Türkiyə Respublikasına ərə getdiyini, bildiyinə görə onun iddiaçının və ərinin oteldə işlədiyini, 7 ildir ki, iddiaçı ilə ayrı yaşadığını, Səma ilə boşandıqdan sonra birgə nikahlarından olan qızının dörd il özü ilə birlikdə qaldığını, son üç ildir ki, qızının anası ilə yaşadığını, iddiaçının uşağın baxılmasında ona köməklik etməməsi ilə bağlı bildirdiklərinin yalan olduğunu, qızı Özləmin bir neçə dəfə ondan pul istədiyini və hər ay olmasa da, özünün ona pul göndərdiyini, ev təmiri işləri ilə məşğul olduğunu, iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə imkanının olmadığını, hazırda başqa şəxslə evli olduğunu və sonuncu nikahından bir uşağın dünyaya gəldiyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdeh 22 avqust 2022-ci ildə iddia tələbinə qarşı etirazla müraciət edərək bildirmişdi ki, iddia ərizəsi ilə razılaşmıram, iddiaçının iddia ərizəsində göstərdiyi faktların heç biri düzgün deyil, yalandır. Belə ki, onunla ilə bizim nikahımız pozulandan sonra qızımın məktəbə getməsinə görə razılaşmışdıq ki, o, mənim yanımda qalsın, oğlum isə anası ilə getsin. Belə olduğuna görə qarşlıqlı razılaşmışdıq ki, aramızda heç bir aliment mübahisəsi olmayacaq. Qızım Özləm 5-ci sinfədək mənim yanımda qaldı. Oğlum Öztürk isə anası ilə Türkiyədə yaşayırdı. Hal-hazırda da Öztürk anasının yanındadır və oteldə işləyir. Mən heç bir vaxt qızımla anasının ünsiyyətinə mane olmamışam. Bu səbəbdən də iddiaçı müxtəlif yollarla qızımı ələ alaraq onunla Türkiyə Respublikasına aparmağa razı saldı və mən də qızımın istəyinə qarşı çıxmadım, çünki qızım qardaşından ötrü darıxdığını bildirirdi. Mən qızımın getməsinə razılıq verəndən sonra məhkəmədə aliment məsələmiz müzakirə olunarkən Səma məhkəmə işçilərinə dedi və yazılı şəkildə ərizə ilə bildirdi ki, mən Türkiyədə ailə qurmuşam və həyat yoldaşım mənə də uşaqlarıma da baxacaq. Bu səbəbdən də alimentdən imtina elədi və ümumiyyətlə istəməyəcəyini bildirdi. Buna baxmayaraq mən fəhlə işləyə-işləyə gücüm çatdığı qədər uşaqlarıma hər zaman maddi dəstək olmuşam. Türkiyədə işləyən dost-tanışlarımın vasitəsi ilə, yaxud köçürmə yolu ilə uşaqlarıma az da olsa pul göndərmişəm. Bu addımı atmağa da məni heç kim məcbur etməyib. Mən bir ata kimi imkanım daxilində könüllü yardım etmişəm. Bundan sonra da imkanım yaxşı olarsa uşaqlarıma maddi köməklik edəcəm. Onu da qeyd edim ki, mən 2017-ci ildə ikinci dəfə ailə qurmuşam və bu nikahımdan da bir uşağım var. Ailəmi fəhləliklə dolandırıram, qazancım ailəmi dalandırmağa çətinliklə yetir. Oğlum Öztürk artıq 18 yaşını tamam edib, oteldə işə düzələrək işləyir və anası ilə bir yerdə qalır. Səmanın bir ailədə oğlumla birlikdə qazancı mənim qazancımdan artıqdır. Bu səbəbdən də mənə aylıq məcburi ödənilməli olan alimentin müəyyən olunması məni çətin vəziyyətə salacaq. Mən fəhlə işlədiyimə görə hansı bölgədə yerdə iş olsa gedib işləyirəm. Qazancım da ailəmə bəzən yetir, bəzən yetmir. Ona görə də iddiaya etiraz edirəm və xahiş edirəm ki, yuxarıda göstərilən halları nəzərə alaraq iddia tələbini rədd edəsiniz. Cavabdeh iddia tələbinə qarşı etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərinə cavab vermədiyindən, o məhkəmə tərəfindən nəzərə alınmamış və bu barədə cavabdehə 23 avqust 2022-ci il tarixli məktubla məlumat verilmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında əvvəllər nikah bağlanması, sonradan onlar arasında bağlanmış nikahın pozulması, tərəflərin nikahından X5 və X6 adlı uşaqların dünyaya gəlməsi, tərəflər birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması, onların birgə nikahından olan övladı Öztürk Əliyevin yetkinlik yaşına çatması, Babək Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsi əsasında verilmiş uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması barədə icra sənədinin icraata xitam verilməsi, cavabdehin yenidən nikaha daxil olması və azyaşlı uşağın dünyaya gəlməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 14 iyul 2003-cü ildə nikahın bağlanması; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 27 oktyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 174412 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Didivar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2004-cü il tarixli, AZ-İ seriyalı, 208326 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 07 iyun 2004cü il tarixdə X5 adlı övladının dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilən və Babək rayonu, Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2008-ci il tarixli, AZ-İİ seriyalı, 164094 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 noyabr 2007-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; -iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması və onların birgə nikahından olan uşaqların iddiaçının yanında yaşaması; -iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 8(079)-79/2015 nömrəli qərardadından məhkəmənin 10 iyul 2015-ci il tarixli, 2(079)- 48/2015 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin X3 ilə nikaha daxil olması və 03 fevral 2020-ci il təvəllüdlü X4 uşağın dünyaya gəlməsi aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tələb etsə də, məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2022-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, cavabdehin yenidən ailə qurmasını, himayəsində azyaşlı uşağın olmasını, daimi iş yerinin olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, Özer X7 Rayon Məhkəməsinə 26 iyul 2022-ci il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x193=2316) təmin edilmiş hissəsinə (12x120=1440) mütənasib olan 26 (iyirmi altı) manat, 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -26 iyul 2022-ci il tarixdən hesablanmaqla, 18 noyabr 2007-ci ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 26 (iyirmi altı) manat, 75 (yetmiş beş) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 26 iyul 2022-ci il tarixdən hesablanmaqla, 18 noyabr 2007-ci ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 26 (iyirmi altı) manat, 75 (yetmiş beş) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar