Məhkəmə qərarları › İş №e-2(079)-465/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-465/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-465/2025 06.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Hyundai Accent” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 469.27 AZN (dörd yüz altmış doqquz manat, iyirmi yeddi qəpik) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 30 AZN (otuz) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********950 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 082580 saylı sığorta aktından görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər sığorta dəyəri 14000 AZN olmaqla könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən “Yekun defekt” aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Hyundai Accent” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5478 AZN zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən, 5378 AZN sığorta ödənişi zərərçəkən X1 hesabına ödənilmişdir. Cavabdehin icbari sığortası olan "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli qəbzə əsasən, 4908.73 AZN sığorta ödənişi tərəfimizə ödənildiyi üçün geri qalan 469.27 AZN (dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) sığorta ödənişi Cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı protokola əsasən, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 60 manat cərimə edilmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, şifahi əlaqə yaradılmış, lakin ödəniş edilməmişdir. Hesab edirik ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 469.27 AZN (dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC- nin xeyrinə tutulmalıdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. **********950 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan belə məlum olur ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icbari Sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı istehsal ili 2011 olan, 99XX781 dövlət qeydiyyat nişanlı, HYUNDAİ Accdent model minik nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixədək 1 il Sığorta təminat müddəti barədə razılığa gəlmişlər. xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP3032500 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 08:05 radələrində Bakı Mərdəkan şosesi Şağan ərazisində KİA RİO minik markalı, 67BG503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, 082580 nömrəli Sığorta Aktından ümumi məlumatlar bölməsində **********950 nömrəli könüllü Sığorta müqaviləsi ilə HYUNDAİ Accent markalı, 99XX781 dövlət qeydiyyat nişanlı, istehsal ili 2011-ci il olan avtomobilin xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək müddətdə, 14000 manat Sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2019-cu il tarixdə Mərdəkan qəsəbəsində baş verdiyi, KİA RİO markalı, 67BG503 dövlət qeydiyyat nişanlı avtomobilin sığortalanmış avtomobil ilə toqquşduğu, hadisənin Sığorta müaviləsi üzrə 1-ci hadisə olduğu, dəymiş zərərin "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli Preyskuranta uyğun olaraq müəyyən edildiyi, zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 5478.00 AZN (beş min dörd yüz yetmiş səkkiz) olduğu, sığorta ödənişinin 5378.00 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi yekun defekt aktdan HYUNDAİ Accent markalı, 99XX781 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 5478 manat həcmində olması müəyyən edilir. xx.xx.2020-ci il tarixli, PRP**********894 nömrəli ödəniş tapşırığından 5378 manat dəymiş zərərin məbləği olan Sığorta ödənişinin köçürmə yolu ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 5304 6785 0482 1997 nömrəli kart hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Həmçinin, xx.xx.2020-ci il tarixli, 1424 nömrəli ödəniş tapşırığından "xxxx" ASC tərəfindən 4908.73 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin AZ63JBBK******************** nömrəli hesabına köçürüldüyü aydın olur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, P2151/20 nömrəli və xx.xx.2025-ci il tarixli, O-AS-2025-0534 nömrəli cavabdehə ünvanlanmış pretenziyalardan xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio"xxxx"xxxx" ASC-də könüllü sığortalanmış “Hyundai Accent” markalı 99CC781 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyi, "xxxx" ASC tərəfindən dəymiş zərərin aradan qaldırıldığı, “Hyundai Accent” markalı 99CC781 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5378 AZN (beş min üç yüz yetmiş səkkiz manat) sığorta ödənişinin həyata keçirildiyi, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququnun yarandığı, hadisə ilə əlaqədar "xxxx" ASC icbari sığorta şirkətinin subroqasiya qaydasında dəymiş zərərin 4908.73 AZN (dörd min doqquz yüz səkkiz manat, yetmiş üç qəpik) ödənişi həyata keçirdiyi üçün qalıq borcun 469.27 AZN (dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) təşkil etdiyini, "xxxx" ASC tərəfindən zərərçəkənə sığorta ödənişi həyata keçirməklə, subroqasiya hüququna nail olduğu, "xxxx" ASC tərəfindən həyata keçirilən 469.27 AZN (dörd yüz altmış doqquz manat iyirmi yeddi qəpik) sığorta ödənişinin 10 iş günü ərzində “Atəşgah Sığorta Şirkəti ASC-nə ödəməsinin xahiş olunduğu, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətə ödənilmədikdə "xxxx" ASC tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin cavabdehdən tutulacağı barədə xəbərdar olunduğu aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə görə sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "KİA RİO" markalı, 67BG503 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsində "HYUNDAİ Accent” markalı, 99XX781 dövlət qeydiyyat nişanlı avtomobilin svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində ziyan vurulmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Xəzər rayon DYPŞ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən “KİA RİO” markalı, 67BG503 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdehin təqsirli bilindiyi hüquq pozuntudu nəticəsində "HYUNDAİ Accent” markalı, 99XX781 dövlət qeydiyyat nişanlı avtomobilə 5478 (beş min dörd yüz yetmiş səkkiz) manat məbləğində maddi zərər dəyməsi müəyyən olunmuşdur. PRP**********894 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5378 (beş min üç yüz yetmiş səkkiz) manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. **********950 nömrəli sığorta şəhadətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış könüllü Sığorta müqaviləsi əsasında Sığortaçı ilə Sığortalı 99XX781 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ Accent” model minik nəqliyyat vasitəsinin 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2020-ci il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə Sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin Sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət Sığortalanmışdır. “HYUNDAİ Accent” model minik markalı və modelli nəqliyyat vasitəsinin "xxxx" MMC tərəfindən tərtib olunan yekun defekt aktına görə nəqliyyat vasitəsinə vurulmuş 5478 manat məbləğində zərərin sığorta müqaviləsində nəzərdə tutulmuş 100 AZN (bir yüz) azadolma məbləği çıxılmaqla 5378 manatı zərərçəkən X1 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş Sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, Sığorta predmeti barəsində mülki məsuliyyəti Sığortalanmış zərərvuran şəxsin Sığorta hadisəsinin həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olması müəyyən edilmişdir. Belə ki, cavabdeh svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməklə qəsdlə müşayiət olunan hüquq pozuntusu törətmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 469.27 (dörd yüz altmış doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması barədə tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İddiaçının 0,40 (qırx) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərclərə aid olduğunu hesab edir və cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 469.27 (dörd yüz altmış doqquz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu və 0.40 manat (qırx qəpik) xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar