Məhkəmə qərarları › İş №e-2(079)-475/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(079)-475/2021

27.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Babək şəhəri İş № e-2(079)-475/2021 27.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq oğlu ünvan 1 ünvanında yerləşən Kreditor “22” sentyabr 1983-cü ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Babək rayonu, Məzrə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabolniçni küçəsi, ev 35-də yaşayan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində texnik işləyən Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Kreditor «24» sentyabr 2021-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək 30 noyabr 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə 17 sentyabr 2021-ci il tarixə yaranmış 884.35 (səkkiz yüz səksən dörd manat, otuz beş qəpik) manat əsas, 238.7 (iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1123 (bir min bir yüz iyirmi üç) manat məbləğində borcun, həmçinin ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Borclu onun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor ilə Borclu arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung A 515” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 74 manat olmaqla cəmi 884.35 (səkkiz yüz səksən dörd manat, otuz beş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu müqavilənin şərtlərini pozaraq borcu ödəməkdən yayınır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Borclunun müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2387 (iki min üç yüz səksən yeddi) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi güzəşt etmişdi. Bu səbəbdən də 238.7 (iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat cərimə Kreditornə ödənilməlidir. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, Kreditor Borclu qarşı olan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Həmin Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə Kreditor ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Kreditor Borclu qarşı borcun tutulması tələbi ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür ki, məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri də kreditorun tələbi aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələbin sadə yazılı formada bağlanmış əqdə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri yuxarıda qeyd edilən prosessual normaların tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iş materiallarından 30 noyabr 2020-ci il tarixdə Kreditor ilə Borclu arasında alqı-satqı müqaviləsinin bağlanılması aydın olur. Bu isə o deməkdir ki, kreditorun tələbi borclu ilə arasında bağlanmış yazılı əqdə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Borclu ilə Kreditor arasında 30 noyabr 2020-ci il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: -müqavilənin predmeti adlanan 1-ci bəndinə əsasən onun predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyidir; -müqavilənin 3.1, 3.1.2, 3.2, 3.2.1-ci bəndlərinin tələbinə görə alıcıya nisyə satılan malı yoxlayıb təhvil vermək satıcının vəzifəsi, müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirmək alıcının vəzifəsidir; -müqavilənin 3.3 və 3.3.1-ci bəndlərindən müəyyən edilir ki, alıcı müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsi və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək satıcının hüququdur; -müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən Borclu müqavilə ilə satılmış əşyanın dəyəri üçün “ödəniş cədvəli” əsasında 30 dekabr 2021-ci ildən başlayaraq 12 ay ərzində Kreditornə hər ay 74 (yetmiş dörd) manat, sonuncu ay, yəni 30 noyabr 2021-ci ildə isə 70.4 (yetmiş manat, qırx qəpik) manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Kreditorun tələbinin aşkarlılığı və ya borculunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, iş materiallarından aydın olur ki, kreditor və borclu arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuş və nəticə Borclu kreditora borcu yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edildiyindən, həmin Məcəllənin 600.4-cü maddəsinə istinad edərək, qeyd olunur ki, həmin maddəyə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddi hüquq normalarının məzmunundan da aydın olur ki, satıcıya qarşı olan öhdəliyin icrası üsulunu seçmək hüququ satıcıya məxsusdur və o isə verilmiş əşyanın dəyərinin ödənilməsini tələb edir. Kreditor öz öhdəliyi icra edərək mobil telefonu borcluya verməsi təhvil-təslim aktından aydın olur. Belə ki, məhkəməyə təqdim edilmiş 30 noyabr 2021-ci il tarixli təhviltəslim aktından, yəni müqaviləyə 1 nömrəli əlavədən Kreditor Borclu 30 noyabr 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə “SAMSUNG A515” markalı mobil telefonu təhvil verməsi müəyyən edilir. Müqavilənin 5.2-ci bəndindən o da aydın olur ki, qeyd edilən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək qüvvə qalır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, Kreditor Borclu qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə ərizəyə əlavə edilmiş 17 sentyabr 2021-ci maliyyə arayışından aydın olur ki, 30 noyabr 2020-ci il tarixli, ********* nömrəli müqavilə üzrə əsas borc 884.35 (səkkiz yüz səksən dörd manat, otuz beş qəpik) manat təşkil edir. Kreditorun borcluya qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərəflərin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli Əlavədən müəyyən edilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə dəbbə hesablanır. Qeyd edilənlərdən Kreditor Borclu qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Cərimə borcunun miqdarına gəldikdə isə, maliyyə arayışından aydın olur ki, 30 noyabr 2020-ci il tarixli, ********* müqavilə üzrə cərimə borcu 238.7 (iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat cərimə təşkil edir. Yuxarıda qeyd olunanları qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlirəm ki, kreditorun tələbi təmin olunmalı və tələb üzrə məhkəmə əmri verilməlidir. Məhkəmə tərəfindən kreditorun tələbinin əsaslı saydığından onu da bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Məhkəmə əmri verilməli olduğundan borcluya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbəbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: 30 noyabr 2020-ci il tarixli, ********* müqavilə üzrə 884.35 (səkkiz yüz səksən dörd manat, otuz beş qəpik) manat əsas, 238.7 (iki yüz otuz səkkiz manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1123 (bir min bir yüz iyirmi üç) manat məbləğində borc və ərizənin verilməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu “22” sentyabr 1983-cü ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Babək rayonu, Məzrə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabolniçni küçəsi, ev 35-də yaşayan, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində texnik işləyən Borclu Kreditor xeyrinə tutulsun. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar